Məhkəmə qərarları › İş №2(004)-3884/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3884/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3884/2021 26.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı ASC-nin (əvvəlki "xxxx" İKB ASC) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 25.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.05.2019-cu il tarixli 24-BİZ-1-0-13- 19 nömrəli kredit müqaviləsi üzrə yaranmış 26.869,88 manat əsas borc, 2.873,77 manat faiz borcu, 47,75 manat cərimə borcu olmaqla, ümumilikdə 29.791,40 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 29.821,40 manat pul cavabdehlər (borcalan) Cavabdeh1, (zamin) Cavabdeh2 və (zamin) Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin (əvvəlki "xxxx" İKB ASC) nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 24% hesablanmaqla 24 ay müddətinə 40.000 manat kredit verilmişdir. Borcalan Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədilə "xxxx" İKB ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında 15.05.2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Borcalan Cavabdeh1 öhdəliyini lazımi qaydada icra etməmiş və müqavilə üzrə 08.04.2021-ci il tarixə 26.869,88 manat əsas borc, 2.873,77 manat faiz borcu, 47,75 manat cərimə borcu olmaqla, ümumilikdə 29.791,40 manat borcu yaranmışdır. İddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Müqavilənin müddətinin bitməsinə baxmayaraq, borclu öhdəliyini icra etməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 24% hesablanmaqla 24 ay müddətinə 40.000 manat kredit verilmişdir. Borcalan Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədilə "xxxx" İKB ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında 15.05.2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin 22.11.2019-cu il tarixli çıxarışdan müəyyən edilir ki, iddiaçı "xxxx" İKB ASC-nin adı - İddiaçı ASC adına dəyişdirilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. 08.04.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, borcalan Cavabdeh1 08.04.2021-ci il tarixə kimi 13.130,12 manat əsas borc, 10.753,58 manat faiz borcu ödəmişdir, onun müqavilə üzrə 08.04.2021-ci il tarixə 26.869,88 manat əsas borc, 2.873,77 manat faiz borcu, 47,75 manat cərimə borcu olmaqla, ümumilikdə 29.791,40 manat borcu yaranmışdır. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zaminlər həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlər. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.05.2019-cu il tarixli 24-BİZ-1-0-13-19 nömrəli kredit müqaviləsi üzrə yaranmış 26.869,88 manat əsas borc, 2.873,77 manat faiz borcu, 47,75 manat cərimə borcu olmaqla, ümumilikdə 29.791,40 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 29.821,40 manat pul cavabdehlər (borcalan) Cavabdeh1, (zamin) Cavabdeh2 və (zamin) Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.05.2019-cu il tarixli 24-BİZ-1-0-13-19 nömrəli kredit müqaviləsi üzrə yaranmış 26.869,88 manat əsas borc, 2.873,77 manat faiz borcu, 47,75 manat cərimə borcu olmaqla, ümumilikdə 29.791,40 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 29.821,40 (iyirmi doqquz min səkkiz yüz iyirmi bir manat qırx qəpik) manat pul cavabdehlər (borcalan) Cavabdeh1, (zamin) Cavabdeh2 və (zamin) Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar