Məhkəmə qərarları › İş №2(004)-3890/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3890/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3890/2021 07.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı” ASCnin xeyrinə, 09.01.2008-ci il tarixli kredit müqaviləsi üzrə 794,79 ABŞ dolları əsas borc, 1125,35 ABŞ dolları faiz borcu, 440,44 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 09.01.2009-cu il tarixdən 06.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 198,35 ABŞ dolları məbləğində əldən çıxmiş fayda olmaqla, ümumlikdə 2558,94 ABŞ dolları borcun tutulması, 09.01.2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə iddiaçıya heç bir məlumat verməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan X2 Bankı ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2007ci il tarixli 96 №-li kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank Cavabdeh 1000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş, borcalan (Cavabdeh) isə müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür, kredit vəsaitindən istifadə müddəti 12 aydır və 28.12.2009-cu il tarixdə bitir. İş materiallarında olan 06.05.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 794,79 ABŞ dolları əsas borc, 1125,35 ABŞ dolları faiz borcu, 440,44 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 198,35 ABŞ dolları məbləğində əldən çıxmiş fayda olmaqla ümumlikdə 2558,94 ABŞ dolları borcu vardır. İş materiallarında olan 01.04.2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, borc müqaviləsi üzrə Yelobank ASC-nin tələb hüququna xitam verilmişdir. Mülki Məcəllədə öhdəliklərin xitamı əsaslarından biri də öhdəlik hüququ üzrə müddətin keçməsidir. Öhdəlik hüququnun əşya hüququndan əsaslı fərqlərindən biri də qanuna əsasən öhdəliklərin mövcud olması üçün müddətin müəyyən edilməsidir. Bu halda kredit müqaviləsinin müddəti 28 dekabr 2009-cu ildə bitmiş və 10 ildən artıq müddət keçmiş və öhdəliyin icra müddətinin axımı kəsilməmiş və dayandırılmamışdır. Məhkəmə qeyd edir ki, öhdəliyin icra müddətinin tətbiqi üçün cavabdehin ərizəsinin məhkəməyə təqdim edilməsinə dair Mülki Məcəllədə hər hansı şərt qoyulmamışdır. Bu hal iddia müddətlərinə şamil olunur. Həmçinin iddia müddəti movcud pozulmuş hüququn müdafiəsi üçün müddətdir. Bu halda isə hüquq artıq mövcud deyildir, hətta qanunla müəyyən edilən 10 illik ümumi müddət belə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş iddia tələbi təmin edilmədiyindən özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh İddiaçı” ASC-nin xeyrinə, 09.01.2008-ci il tarixli kredit müqaviləsi üzrə 794,79 ABŞ dolları əsas borc, 1125,35 ABŞ dolları faiz borcu, 440,44 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 09.01.2009-cu il tarixdən 06.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 198,35 ABŞ dolları məbləğində əldən çıxmiş fayda olmaqla ümumlikdə 2558,94 ABŞ dolları borcun tutulması, 09.01.2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə İddiaçı ASC-nin iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar