Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3891/2021 09.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 25.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.09.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 04.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4728,38 manat əsas borc, 60,62 manat faiz borcu, 55,33 manat cərimə, 598,55 manat illik beş faizlə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 5442,88 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirir ki, Cavabdeh1 04.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik faizlə 60 ay müddətinə 4761,93 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 04.09.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 08.04.2021-ci ilədək Cavabdeh1 banka 04.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4728,38 manat məbləğində əsas borc, 60,62 manat məbləğində faiz borcu, 55,33 manat cərimə, 598,55 manat illik beş faizlə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 5442,88 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, bankdan kredit götürmüş, lakin xəstəliyi ilə əlaqədar ödənişlərdə gecikmə yaranmışdır. Bununla bağlı sənədləri var. 3 aydan bir bahalı iynə vurdurur. Prezidentin 2019-cu il fevral ayında imzaladığı fərman mənədə şamil olunmuşdur. Onu bankdan çağırdılar və yeni cədvəl verdilər. Ödəniş etdikdən sonra pandemiya düşdü və evdən çölə çıxa bilməmişdir. Aprel ayında yenidən ödəniş etməyə başlamışdır. Ayda 150 manat olmaq şərtilə borcun onun pensiyasından tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək borcun pensiyadan tutulmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.09.2019-cu il tarixli, 2-Z2-2-0-227-14 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı borcalana illik 1% ödəmək şərtilə 60 ay müddətinə 4761,93 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Nikoyl” İKB ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 04.09.2019-cu il tarixli, 2-Z2-2-0-227-14 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış 04.09.2019-cu il tarixli, 2-Z2-2-0-227-14 nömrəli kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 02.04.2021-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 08.04.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 04.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4728,38 manat əsas borc, 60,62 manat faiz borcu, 55,33 manat cərimə, 598,55 manat illik beş faizlə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 4844,33 manat məbləğində borcu vardır. İş materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından müəyyən olunur ki, qurumun əvvəlki adı "xxxx" İKB ASC, hazırki adı isə İddiaçı ASC-dir. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit müaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh -borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi 04.09.2019-cu il tarixli, 2-Z2-2-0-227-14 saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqavilələyə əsasən digər cavabdehlər – zaminlər Cavabdeh2 və Cavabdeh3 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 598,55 manat faiz borcunun iddiaçının xeyrinə tutulması hissəsində əsassızdır. Belə ki, 04.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə kreditin bitmə tarixi 04.09.2024cü il olduğundan icra müddəti bitməmişdir. İddiaçı isə xəbərdarlıqdan sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.09.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 04.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4728,38 manat məbləğində əsas borc, 60,62 manat məbləğində faiz borcu, 55,33 manat cərimə olmaqla, cəmi 4844,33 (dörd min səkkiz yüz qırx dörd manat otuz üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.09.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 04.09.2019cu il tarixli kredit müqaviləsi üzrə 4728,38 manat məbləğində əsas borc, 60,62 manat məbləğində faiz borcu, 55,33 manat cərimə olmaqla, cəmi 4844,33 (dörd min səkkiz yüz qırx dörd manat otuz üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə ətəmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3891/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3891/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver