Məhkəmə qərarları › İş №2(004)-39/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-39/2023

18.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-39/2023 18.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunsuzluqları nəticəsində mülkiyyətçi İddiaçı (mənzilinin təmirinin yararsız hala salınması ilə bağlı) mənzilinin təmirinə görə 10000 (on min) manat məbləğində pulun, əldən çıxmış faydaya görə 4000 (dörd min) manat məbləğində pulun, istifadə edilib qəsdən ödənilməyən kommunal borclara görə 796,6 manat məbləğində pulun, mənzilin qanunsuz zəbt edildiyi dövrdə işlədib qəsdən ödənilməyən işıq puluna görə 126,88 manat məbləğində pul olmaqla, cəmi 14923,48 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsini əsassız hesab edir. Qeyd olunanlar şər və böhtan xarakterlidir. Nağıla bənzəyir. İş üzrə iddiaçının oğlu ilə ailə qurduqdan bir müddət sonra ünvan 1 ünvanda yaşamağa başlamışlar. Həmin mənzilə görə İddiaçı borcu var idi. Borcun bir hissəsini valideyinləri ödəyib. Mənzildə təmir işlərini valideyinləri edib. İddiaçı yazır ki, buranı zəbt etmiş və ziyan vurmuşdur. Bu mənzildə o və keçmiş həyat yoldaş yaşamışlar. İddiaçının bu mənzillə heç bir əlaqəsi olmayıb. Sadəcə müqavilə formal olaraq onun adına qeydə alınıb. Yeni tikilən binanın mənzilində nə təmir edilmiş idisə onu da valideyinləri etmişdi ki, o burada rahat yaşasın. Validənin özünü və keçmiş həyat yoldaşını da valideyinləri dolandırıb. Mənzili zəbt eləmişdisə bütün kommunal xərclər Validənin adınadı formal olaraq, niyə qazı, işığı və yaxud suyu qanunla kəsdirmirdi? Burdan görmək olar ki, yazdıqları hamısı yalandı. Bu mənzilin kommunal ödənişlərini belə valideyinlərinin hesabına həyata keçirilib. Buna sübut əlimdə ödənişlərin çekləri və hesab.az olan çıxarışları var. Validə yemək yeməyə pul tapmırdı. Evi necə təmir edə bilərdi? Ərizəsində qeyd edib ki, polun altından naqillər zədələnib. O, şəxsən sübut edə bilər ki, polun altında heç bir naqil xətdi yoxdur və burdan bir daha görsənir ki, Validənin bu evin təmiri barəsində heç bir məlumatı yoxdur. Yazdıqları cəfəngiyyatdı və sübutu yoxdur. Borcu özü və oğlu yaradıb, işığı borca görə kəsiblər. O guya kirayə verəcəkdi bu evi və pul qazanacaqdı? Onu bu evə gətirənə qədər bəs niyə kirayə vermirdi? Bu evi oğluna kirayə vermişdi? İşıq pulu, komendant pulu istəyir. Komunalları kim işlədib? Oğlu və nəvələri işlədib. Qeyd edir ki, tətil vaxtı anası ilə Nabrana getmişdi. Uşaqlar da onunla idi. Evdə iddiaçının oğlu qalırdı. Kommunal xidmətlərdən o istifadə edirdi. İddiaçının imkanı olsaydı bankdan kredit götürməzdi. Onun kredit borcları da valideyinləri ödəyib. İddiaçı evi təhvil alanda niyə maraqlanmırdı? Evdən nəyisə kimsə aparıb və ya özü aparıb. İndi də ona böhtan atır. İddiaçıda həmin evin açarı olub. Onun məqsədi sadəcə onu incitməkdir. Ərizəsində xəyanətdən yazmaqla da ona şər və böhtan atır. O, bununla bağlı həm iddiaçıdan, həm onun oğlundan, həm də onun nümayəndəsindən polis orqanlarına şikayət edəcək. Mənzilin kommunal ödənişlərini o və valideyinləri ödəyib. Daimi o yaşamışdır. Valideyinləri tərəfindən normal təmir aparılmışdı. O, evdə olmayanda gəlib bəzi yerləri bərbad hala salırdı ki, o burada rahat yaşaya bilməsin. O, evdən xeyli müddətdir ki, çıxmışdır. Bəs iddianı indi niyə qaldırır? Əgər doğrudan da nəsə yoxa çıxıbsa polisə müraciət etsin. Bir il ötəndən sonra ona qarşı niyə iddia qaldırır. Oğlu yeməyə çörək tapmırdı, bəlkə nəyisə kiməsə satıb? İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbinin mənzilin “təmiri hissəsində” Məhkəmə ekspertizası Mərkəzinin ekspert rəyinə uyğunlaşdırılmasının, habelə “əldən çıxmış fayda” hissəsində texniki yanlışlıqla iddiada 1 il 3 ay 8 gün sözləri yazılmalı olduğu halda yanlışlıqla mətn üzrə 13 ay 8 gün yazıldığından həmin düzəlişin təmin olunması ilə bağlı Xahiş edir və iddia tələbi aşağıdakı məbləğdə azaldılması və aşağıdakı kimi müəyyən edilməsi: Cavabdeh qanunsuzluqları nəticəsində mülkiyyətçi İddiaçı (mənzilinin təmirinin yararsız hala salınması ilə bağlı) mənzilinin təmirinə görə 3508 (üç min beş yüz səkkiz) manat məbləğində pulun, əldən çıxmış faydaya görə 4580 (dörd min beş yüz səksən) manat məbləğində pulun, istifadə edilib qəsdən ödənilməyən kommunal borclara görə 796,6 manat məbləğində pulun, mənzilin qanunsuz zəbt edildiyi dövrdə işlədib qəsdən ödənilməyən işıq puluna görə 126,88 manat məbləğində pulun (cəmi 9011,48 AZN pulun) Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh mülkiyyətçi İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, bina 6, 165 saylı mənzili qanunsuz zəbt altında saxladığı dövrdə onu məhv etmiş, bu tam təmirli mənzilin təmirinə 10000 (on min) manat məbləğində maddi ziyan vurmuş, mənzilin qanunsuz zəbt edilməsi ilə bağlı həmin mənzilin mülkiyyətçi İddiaçı qaytarılması barədə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1402/2020 saylı qətnaməsini xx.xx.2021-ci il tarixədək (qanunsuzcasına zəbtdə saxlamaqla) icra etməkdən qanunsuz olaraq imtina etmiş, bununla da mülkiyyətçini kredit borclarını ödəməsinə kömək olmaq üçün öz mənzili kirayə vermək imkanından məhrun etmiş və bununla da əldən çıxmış fayda kimi qanunsuz zəbt altındakı 13 ay 8 gün ərizndəki hər aylıq 300 AZN kirayə pulunu əldə etməkdən məhrum etməklə 4000 (dörd min) AZN məbləğində ziyan vurmuş, mənzili qanunsuz zəbt edib istifadə etdiyi müddət üzrə (2021-ci ilin avqust ayına əldə olunmuş bildiriş üzrə) 796,6 manat kommunal borc qaldığı ödəməməklə iddiaçıya ziyan vmüəyyən edilmişdir. Eyni zamanda Xalidurmuş, Cavabdeh mənzilin elektirk sistemini tam yararsız hala salmamışdan əvvələ kimi zəbt etdiyi mənzildə qanunsuz işlətdiyi 126,88 manat dəyərində işığın da pulunu qəsdən ödəməməklə iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdehin qeyd olunan qanunsuzluqları nəticəsində mülkiyyətçi İddiaçı (mənzilini yararsız hala salmaqla) mənzilinin məhv edilmiş təmirinə görə 10000 (on min) manat məbləğində pulun, əldən çıxmış faydaya görə 4000 (dörd min) manat məbləğində pulun, istifadə edilib qəsdən ödənilməyən kommunal borclara görə 796,6 manat məbləğində pulun, mənzilin qanunsuz zəbt edildiyi dövrdə işlədib qəsdən ödənilməyən işıq puluna görə 126,88 manat məbləğində pulun, cəmi 14923,48 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qanunvericiliyin tələbidir və bunun məhkəmə qaydasında təmin edilməsi zərurəti yaranmışdır. Belə ki, İddiaçı keçmiş gəlini Cavabdeh həmin pul tələbini mediasiya yolu ilə məhkəmədən kənar əldə etməyə çalışsa da, Cavabdeh qanuni mediasiya sessiyasında vurulmuş ziyanı ödəmək niyyətində olmadığını bildirmişdir, mediasiyaya görə 50 manat dövlət rüsumu da İddiaçı tərəfindən ödənilmişdir. Hazırki iş üzrə mübahisənin xronologiyası aşağıdakı kimidir: 2018-ci il yay ayları - bu iş üzrə Cavabdeh (iddiaçının keçmiş gəlini) bu iş üzrə iddiaçının oğlu Əliyev Fuada xəyanət edir. Bu faktlarla Fuad Əliyev dərhal Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ünvanlanlayır. Məhkəmədə və qəyyumluqda xəyanət faktları sübut olunur, bu əsasla mülki iş 1 ilə yaxın davam edir və Yasamal rayon Məhkəməsinin 2(004)336/2019 saylı qətnaməsi ilə nikah pozulur. Həmin 2(004)336/2019 saylı iş üzrə Cavabdeh (bütün hallarda olduğu kimi) məhkəmədə nümayəndəsi (anası) U.Məmmədova təmsil edir. Xalidə bu boşanma prosesinin başlanğıcında dərhal bu iş üzrə cavabdeh İddiaçı məxsus olan (Xalidənin mülkiyyətçinin oğlu ilə birgə yaşadıqları) Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 2595-ci məhəllə, bina 6-da yerləşən 165 saylı, 1 otaqlı (2 otaqlıya peredelka edilmiş) mənzilin (bundan sonra - mənzil) dəmir seyf qapısının kilidini və açarlarını dəyişdirərək mülkiyyətçi İddiaçı (həmçinin oğlu Fuadı) öz mülkiyyətində olan mənzilinə buraxmır, mənzili (və mənzildəki nikahdan əvvəl əldə olunmuş əşyaları) qanunsuz zəbt edir. Mənzili qanunsuz zəbt etmiş Xalidədən mənzilin öz mülkiyyətçisinə təhvil verilməsi dəfələrlə tələb olunduqda, bütün qanuni tələblər Xalidə tərəfindən rədd olunur. Fuadla nikahda olan 2 uşaq anası Xalidə xəyanət barədə məlumatların məhkəməyə bildirməsi ilə əlaqədar bunu İddiaçı (və oğluna) heç vaxt bağışlamayacağını bildirir və buna görə nə mümkün qisas almaq imkanı varsa alacağını qeyd edir, habelə bu mənzili də əşyaları ilə birlikdə öz qohum- əqrəbalarının maddi dəstəyi ilə mülkiyyətçinin əlindən alacağını bildirir. 2018-ci ildə - bu iş üzrə cavabdeh İddiaçı bu iş üzrə iddiaçı Xalidəyə qarşı qanunsuz zəbt olunmuş mənzildən çıxarılma və mənzilin mülkiyyətçiyə təhvil verilməsi tələbi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edir. Həmin 2(103)-8587/2019 saylı mülki işdə U.Məmmədova Xalidənin nümayəndəsi kimi cavabdehin (qızının) adından məhkəməyə bildirir ki, bu mənzil guya onun puluna alınıb, guya özgə mülkiyyətində olan bu mənzili təmir elətdirib və guya bunu təsdiq edən çoxlu şahidləri vardır və onları məhkəməyə gətirdəcək. Lakin 9 ay davam edən proseslərdə (26.11. 2018-ci il, 20.12. 2018-ci il, 11.01. 2019-cu il, 06.03. 2019-cu il, 01.04. 2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə keçirilən proseslərdə), etibarnamə ilə Cavabdeh təmsil etmiş və onun adından iştirak etmiş nümayəndə U.Məmmədova uydurduğu satınalma və təmir etmə ilə bağlı bir dənə belə olsun sübutu məhkəməyə təqdim edə bilmir, uydurduğu çoxsaylı şahidlərdən bir nəfər belə olsun məhkəməyə şahid kimi gələrək ifadə vermir. Nəticədə xx.xx.2019-cu il tarixdə Sabunçu rayon Məhkəməsinin 2(008)- 3205/2019 saylı qətnaməsi ilə iddiaçı (mənzil mülkiyyətçisi) İddiaçı çoxsaylı rəsmi sübutları (alqı-satqı sənədləri, mənzilin təhvil aktı, müqavilələr, bütün aylar üzrə mənzilə görə ipoteka kreditinin ödəniş qəbzləri və s.) əsasında iddia təmin olunur, bu mənzili qanunsuz zəbt etmiş Xalidə Əlievanın (uşaqları ilə birlikdə) bu mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi qət olunur. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 1402/2020 saylı qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin 2(008)-3205/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılır, qətnamə qanuni qüvvəyə minir və Ədliyyə Nazirliyinin Sabunçu rayon İcra şöbəsinə icraya yönəldilir. Cavabdeh bu iş üzrə işin Ali Məhkəmədə baxılması üçün kassasiya şikayəti verir, ötürülmüş şikayət müddətinin bərpa olunmasını xahiş edir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021 -ci il tarixli 2(102)-5020/2021 saylı qərarı ilə Cavabdeh kassasiya şikayət rədd olunur, Bakı Apellyasiya Məhkəməsinin qəarardadı dəyişdirilmədən qüvvədə qalır. İddiaçı oğlu Fuad da öz növbəsində anasının mülkiyyətində olan qanunsuz zəbt olunmuş, içəri daxil ola bilmədikləri mənzildə özünə məxsus əşyaların Xalidədən tələb edilməsi üçün Yasamal rayon Məhkəməsinə müraciət edir, əşyaların üzərinə iddianın təmini tədbiri kimi həbs qoyulur və xx.xx.2021-ci il tarixli 2(004)-637/2021 saylı qətnamə ilə İddiaçı oğlu Fuadın iddiası təmin olunur və Ədliyyə Nazirliyinin Yasamal rayon İcra şöbəsinə icraya yönəldilir. Sabunçu rayon İcra şöbəsi dəfələrlə Cavabdeh qanunsuz zəbt etdiyi bu mənzili tələbkar İddiaçı qaytarılmasını tələb etsə də borclu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini 1 il 3 ay ərzində icra etməkdən imtina edir. Ədliyyə Nazirliyinin Sabunçu rayon İcra şöbəsinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoymadığı üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3205 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə mənzilin girişçıxış qapısının məcburi açılması barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Daşqın Həsənəliyevin təqdimatına açıq məhkəmə iclasında baxılması xx.xx.2021- ci il il tarixə, saat 14:40-a təyin edilir və təqdimat qərardadla təmin olunur. İddiaçı öz vəsaiti hesabına özü üçün təmir elətdirdiyi mənzilinin təmiri Cavabdeh tərəfindən mənzilin qanunsuz zəbt edildiyi müddətdə qəsdən (qisas niyyəti ilə) tam yararsız hala salınmış, mənzildəki əşyalar (ev sahibi və oğluna məxsus əşyalar) qanunsuz olaraq sökülüb-dağıdılaraq aparılmış, bu az imiş kimi mülkiyyətçi İddiaçı ələ salınaraq, onun mənzilinin təmirini tam yararsız hala salındığını istehza ilə icraçılara və mülkiyyətçi tərəfə bildirmək üçün mənzilin kağız aboyunun üzərində silinməyən böyük həriflərlə qara plamastrla ələ salıcı sözlər nümayişkaranə şəkildə yazmışdır. Cavabdeh qanunsuz zəbt etdiyi mənzili mülkiyyətçiyə təqdim etmək üçün icraçıya təhvil verərkən (uzun müddət qəsdən təhvil vermək istəməsə də qapının sındırılaraq açılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra təhvil verməli olmuşdur) mənzilin tək qapılarını, pənçərələrinini, lampalarını və bütün avadanlıqlarını sökməmiş, eyni zamanda mənzilin bütün işıq sistemini tam yararsız hala salmışdır (divarın içində və taxta döşəmənin altında olan elektrik naqilləri toqquşdurulmaqla yararsız hala salınmışdır; yəni tam saz vəziyyətdə olan naqillər dəyişdirilmədən bərpası mümkün olmayan şəkildə qəsdən zədələnmişdir). Əksər hissəsi divarın içində betonla preslənmiş vəziyyətdə olan, digər hissəsi isə döşəmənin altında olan elektrik sisteminin xüsusi qaydada məhv edilməsi və yararsız hala salınması məlumdur ki, o deməkdir ki, həmin zədəli naqillərin mənzildə dəyişdirilərərk işlək vəziyyətdə olan yeniləri ilə əvəz edilməsi üçün bütün mənzil üzrə divarlar çapılmalı, döşəmənin kleylə birləşdirilmiş taxtaları sındırıaraq altındakı naqillər çıxarılmalı və yenisi ilə əvəz edilməlidir. Bu isə mənzilin mülkiyyətçisi İddiaçı tərəfindən həyata keçirilmiş təmirinin tam məhv edilməsi anlamı daşıyır. Cavabdeh anası qızının özgə mənzilini qanunsuz zəbt etməsi az imiş kimi, hələ qızının məhv etdiyi mənzilin təmirinin pulunu da məhkəmədə İddiaçı əsassız tələb etməkdən çəkinməmiş, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4304/2021 saylı tam ədalətli qərarı ilə Cavabdeh anasının tələbi tam qanunsuz hesab edilərək rədd olunmuşur (Əlavə olunub). Ali Məhkəmənin həmin qərarı ilə bu mənzilin təmiri ilə bağlı Cavabdeh anasının uydurma 30000 manat maddi ziyanın və uydurma 60000 manat mənəvi ziyanın İddiaçı alınaraq Cavabdeh anasına ödənilməsi tələbi rədd olunmuş, Cavabdeh və anası Umxanım Məmmədovanın bu mənzilə və onun təmirinə heç bir aidiyyəti olmadığı müəyyən edilmişdir. İddiaçı mülkiyyətçi kimi mənzilinin təmirinin tam yararsız hala salınması ilə bağlı müvafiq iddia ilə məhkəməyə müraciət etmək niyyətində olduğu üçün (hazırki iş bitdikdən sonra) sübutların məhv olmaması üçün bu mənzilin U.Məmmədova və qızı Xalidə tərəfindən bərbad hala salınmış vəziyyətini bərpa elətdirə bilmir. Cavabdeh sözügedən mənzilin təmirini qəsdən məhv etməklə mülkiyyətçiyə ziyan vurmaqla kifayətlənməmiş, mənzilin qanunsuz zəbt edildiyi bütün müddət üzrə kommunal xidmət haqlarını qəsdən ödəməmiş (tez-gec qanuni mülkiyyətçinə qayıdacağı üçün və qanunsuz yaşamalarına baxmayaraq), 2021-ci ilin avqust ayına əldə olunmuş bildirişdə 796,6 manat kommunal borc qaldığı müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh mənzilin elektirk sistemini tam yararsız hala salmamışdan əvvələ kimi qanunsuz işlətdiyi 126,88 manat dəyərində işığın da pulunu qəsdən ödəməmişdir (Əlavə olunub). Hazırki vəziyyətdə mənzildə işıq sistemi mövcud olmadığından hazırki vəziyyətdə Göyüşova istəsə belə heç bir manat da elektrik sərf edə bilməz. Mənzilin əvvəlki vəziyyəti ilə icra şöbəsinə təhvil verildiyi gündəki (qanuni tələbkara qaytarılması üçün verildiyi) vəziyyətini əks etdirən foto şəkillərə adi vizual baxış yetirmək kifayətdir ki, V.Göyüşovənm mülkiyyətində olan mənzilin Cavabdeh tərəfindən mülkiyyətçisinə mənzili məhv edilmiş (sanki vandalizm təsiri nəticəsində) təhvil verilməsini müəyyən etmək mümkün olsun. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etirazla eyni məzmulu izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-829/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/887 nömrəli ekspertiza rəyindən görünür ki, Smeta ilə aparılmış hesablamalar nəticəsində, tədqiq olunan fərdi yaşayış evində görülməli yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 3508,0 manat məbləğində dəyəri müəyyən olunur. Təmirtikinti işlərinin müddətinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. Beləliklə, aparılmış tədqiqatla, Bakı şəhəri, Sabunçu rayonu ünvan 3 ünvanında yerləşən 165 saylı mənzilə vurulmuş ziyanın aradan qaldırılması üçün aparılmalı yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 3508,0 manat məbləğində dəyəri müəyyən olunur. TƏDQİQATİN NƏTİCƏSİ: 1-ci və 3-cü suallar üzrə - Bakı şəhəri, Sabunçu rayonu ünvan 3 ünvanında yerləşən 165 saylı mənzilə vurulmuş ziyanın aradan qaldırılması üçün aparılmalı yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 3508,0 manat məbləğində dəyəri müəyyən olunur. 2-ci sual üzrə - Təmir-tikinti işlərinin müddətinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3205/2019 saylı 29 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh yetkinlik yaşına çatmayan övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu ünvan 3 ünvanında yerləşən 165 saylı mənzilindən çıxarılması qət edilmişdir. Tərəflər həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-1402/2020 saylı qətnaməsinə əsasən iddia və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-5020/2021 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-1402/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixli bildiriş xəbərdarlıqdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu ünvan 3 ünvanında yerləşən 165 saylı mənzil üzrə işıq borcu 126,88 manat borc yaranmışdır. “X2” MMC tərəfindən verilən bildirişdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu ünvan 3 ünvanında yerləşən 165 saylı mənzil üzrə 2021-ci il avqust tarixinə 796,6 manat borc yaranmışdır. “X2” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə verilən 12/PL nömrəli arayışdan görünür ki, "xxxx" ASC-nin inşa etdiyi Bakı şəhəri, Sabunçu rayonu ünvan 3 ünvanında yerləşən 165 saylı 51.22 kv.m ümumi sahəsi olan mənzilin aylıq kommunal ödənişi 2021-ci ilin dekabr ayına kimi 0,20 manat, xx.xx.2022-ci il tarixdən 0,25 manatdan hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddia tələbində göstərdiyi kimi Bakı şəhəri, Sabunçu rayonu ünvan 3 ünvanında yerləşən 165 saylı mənzilə dəymiş zərərin Cavabdeh tərəfindən vurulmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin iddia tələbinin istifadə edilib ödənilməyən kommunal borcların ödənilməsi hissəsində məhkəmə hesab edir ki, “X2” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə verilən 12/PL nömrəli arayışa əsasən "xxxx" ASC-nin inşa etdiyi Bakı şəhəri, Sabunçu rayonu ünvan 3 ünvanında yerləşən 165 saylı 51.22 kv.m ümumi sahəsi olan mənzilin aylıq kommunal ödənişi 2021-ci ilin dekabr ayına kimi 0,20 manat, xx.xx.2022-ci il tarixdən 0,25 manatdan hesablandığından iddia tələbi bu hissədə qismən təmin edilməli və Cavabdeh həmin mənzildə 3 ay müddətə yaxın vaxta yaşadığında 3 aylıq kommunal xərclərin əvəzi olaraq 32 manat məbləğində pul tutularaq ödənilməlidir. İddia tələbinin işıq puluna görə 126,88 manat ödənilməsi hissəsində isə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli və Cavabdeh işıq puluna görə 126,88 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun ödənilməsi hissəsində hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pul İddiaçı tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub qismən təmin edilməli, Cavabdeh işıq puluna görə 126,88 manat, kommunal xərclərə görə 32 manat olmaqla, ümumilikdə 158,88 (bir yüz əlli səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 10 (on) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh işıq puluna görə 126,88 manat, kommunal xərclərə görə 32 manat olmaqla, ümumilikdə 158,88 (bir yüz əlli səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 10 (on) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar