Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-39/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Əsgərova Təhminə Xeybər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdeh X3 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ümumilikdə 107325 manat pulun, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun X2 onun xeyrinə tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanlı ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, ipoteka müqaviləsinin şərtlərinə və ona dəymiş ziyanın 107325 manat məbləğə uyğun olaraq, həmin mənzilin hərrac vasitəsi ilə satılması, satılmadan əldə olunan məbləğdən iddiaçıya vurulmuş zərərin tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə bağlanmış 16 fevral 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2022-ci il tarixli №3M – 180 kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri 29 saylı Notariat ofisində reyestr №3M – 181 ipoteka müqaviləsi bağlanılmışdır. İpoteka müqaviləsinə əsasən öhdəliyin ölçüsü illik 0% dərəcəsi ilə 55000 manat qaytarılma üzrə icra müddəti isə xx.xx.2022-ci il tarixə qədər müəyyən edilmişdir. Bakı şəhəri 29 saylı Notariat Ofisində 16 fevral 2022-ci il tarixində №3M – 181 reyestr nömrəsi ilə təsdiq edilmiş ipoteka müqaviləsinə 12000 manat əlavə edilmiş və borc alanın öhdəliyinin ölçüsü, illik sıfır faiz dərəcəsi ilə 67000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsinin son icra müddəti xx.xx.2022-ci il tarix tamamlansa da, borc alan tərəfindən müqavilənin şərtlərinə uyğun qeyd edilən məbləğ qaytarılmamış, müqavilə üzrə müəyyən edilmiş öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. İpoteka qoyan fiziki şəxs X3 qaytarma müddəti xx.xx.2022-ci il tarixdə bitmiş 67000 manat əsas borcun və illik 5% olmaqla, 6 aylıq gecikdirmə müddəti üzrə 16 dekabr 2022-ci il tarixə 1675 manat zərərin, 01 yanvar 2023-cü il tarixə qədər müddət üçün əldən çıxmış fayda üzrə 4000 manat zərərin ödənilməsinə dair cavabdehə bildiriş məktubu göndərmişdir. Daha sonra cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində iddiaçının istinad etdiyi faktların heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, iddiaçının iddia etdiyi sözügedən kredit və ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə zidd şəkildə, aldatma yolu ilə bağlanmışdır. Bu faktla bağlı Xətai RPİ-də cinayət işi başlanmışdır. Belə ki, Xətai Rayon prokuroru Sərdar İmanov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması barədə qərarda göstərilmişdir ki, X10 Ayan vasitəsi ilə tanış olduğu X1 ilə X7 Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 19 saylı notariat kontorunda sənədləşmədə qeyd edilən 67000 manat məbləğində olan puldan faiz çıxılmaqla 55000 manat məbləğində pulu alıb Odoğlu Ayanın anası X8 vermişdir. Göründüyü kimi toplanmış materialda dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakının ələ keçirilməsinə əsaslı şübhələr olduğundan Xətai RPİ-nin İstintaq şöbəsində toplanmış material üzrə fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə ********** nömrəli cinayət işi başlanmışdır. Eyni zamanda sözügedən cinayət işi üzrə xx.xx.2023-cü il tarixində Xətai RPİ-nin istintaq şöbəsinin zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarı ilə X5 zərərçəkmiş kimi tanınmışdır. Odur ki, qeyd edilən kredit müqaviləsinə dair istinad edilən dəlillər əsassız olmaqla yanaşı, heç bir hüquqi əhəmiyyətə malik deyildir və bu səbəbdən iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, 2022-ci ilin fevral ayında Elşad adlı şəxs ona dedi ki, Emilya xanıma pul lazımdır. O, ev satmışdı və sentyabr ayına kimi ev almaq istəyirdi. Pulu verməyə razılaşdı, düşündü ki, sentyabr ayında geri alara. Təranə xanım, qızı və Emilya xanımla görüşdü. Bildirdilər ki, iş görmək istəyirlər və ona görə pul lazımdır. O da müqavilə bağladı və qanuni yolla pulu verdi. Sonra pulu başqasının götürdüyünü bildirdi, lakin bunun ona heç bir aidiyyatı yoxdur. O, evini girov qoyaraq pulu ona vermişdi. Hazırda da pulunu istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, tərəflər arasında notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinə əsasən öhdəliklər yaranmışdır. Kreditin təminatı olaraq mənzil girov qoyulmuşdur. Həmçinin icra müddəti 2022-ci ilin avqustunda bitib. Tərəfə dəfələrlə öhdəliyin icrası barədə xəbərdarlıq olunsa da, tərəf icra etməyib. Qarşı tərəf öz etirazında cinayət işlərinin aparılmasına istinad edir. Həmçinin müəyyən adlar qeyd olunur, hesab edirəm ki, onların İddiaçı aidiyyatı yoxdur. Müqavilə tərəfində istər kredit, istər ipoteka kredit müqaviləsində İddiaçı müstəqil tərəf kimi iştirak edir. Müqavilələr tərəflərin iradəsi əsasında bağlanılıb. Pulun gəldikdə isə pul formal xarakterdə alına bilməz, çünki pul əllə verilməyib, bank vasitəsi ilə köçürülüb. İddiaçının həmin cinayət işlərinə heç bir aidiyyatı yoxdur. Hesab edir ki, iddiamız əsaslıdır. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı X4 55000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə 12000 manat əlavə edilir və bu səbəbdən müqavilənin 1-ci bəndi dəyişilmiş, “borc verən borc alana 67 000 manat məbləğində borc pul verir” kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65 m2 olan mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 İddiaçı xeyrinə yüklü edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ilə X5 (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə və ona edilmiş 1 saylı əlavəyə əsasən iddiaçı cavabdehə 67000 manat məbləğində kredit vermişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. Beləliklə, cavabdeh – borc alan borcunu vaxtında ödəməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh – borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin qaytarılmasının təminatı kimi X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, ev 9C, giriş-2, 123 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, ev 9C, giriş-2, 123 saylı mənzilin hazırki bazar dəyəri 105000 manat təşkil edir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, 4466 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh X2 üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi gecikdirilmiş vaxt üçün 4466 manat pulun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçıya olan borcun, yəni 67000 manat pulu illik beş faizi 67000x5:100=3350 AZN, 1 aylıq məbləğ isə 3350:12=279 AZN təşkil edir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçıya gecikdirilmiş vaxt üçün borc 1 il 4 ay üçün hesablanmalıdır. Yəni həmin məbləğ 3350 AZN (67000x5:100) + 1116 AZN (279x4) = 4466 AZN təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh X2 67000 manat məbləğində pul, 4466 manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcu İddiaçı xeyrinə tutulmalı, iddia tələbi cavabdeh X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 123 saylı mənzilə yönəldilərək, ilkin satış qiyməti 105000 (yüz beş min) manat müəyyən edilməklə açıq hərracda satılmalı, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 123 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi cavabdeh X4 verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış faydaya görə pulun ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən 71466 manat məbləğində təmin edildiyindən dövlət rüsumu da həmin məbləğə mütənasib olaraq 304,4 manat məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdeh X2 tutulmalıdır. Belə ki, xx.xx.2023-cü il saylı ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti də cavabdeh X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh X2 67000 (altmış yeddi min) manat məbləğində pul, 4466 (dörd min dörd yüz altmış altı) manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcu və 304.4 (üç yüz dörd manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi cavabdeh X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 123 saylı mənzilə yönəldilərək, ilkin satış qiyməti 105000 (yüz beş min) manat müəyyən edilməklə açıq hərracda satılsın, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 123 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi cavabdeh X4 verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-39/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-39/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver