Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2871/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Məmmədova Emilya Cavanşir qızına qarşı iş üzrə Açar sözlər: (“pul”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, iddiaçının nümayəndəsi vəkil X11 və cavabdeh, cavabdehin nümayəndəsi vəkil Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Məmmədova Emilya Cavanşir qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-39/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh Məmmədova Emilya Cavanşir qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi (dəqiqləşmə barədə ərizə iş səh.95) ilə məhkəməyə müraciət edərək, 21 dekabr 2023-cü il tarixə qədər bir illik 3350 manat, fərdi sahibkarlıqla bağlı ədən çıxmış fayda, belə ki, borc verdiyi pulun vaxtında qaytarılmaması və özündə saxlaması ilə bağlı cavabdeh tərəfdən o əldən çıxmış gəlir və faydalardan müddət baxımdan 21 dekabr 2023-cü il tarixə qədər 35000 manat itkiyə məruz qalmış, 72975+ 3350+31000 manat = ümumilikdə 107325 manat pulun, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun Məmmədova Emilya Cavanşir qızından onun xeyrinə tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanlı ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, ipoteka müqaviləsinin şərtlərinə və ona dəymiş ziyanın 107325 manat məbləğə uyğun olaraq, həmin mənzilin hərrac vasitəsi ilə satılması, satılmadan əldə olunan məbləğdən iddiaçıya vurulmuş zərərin tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədova Emilya Cavanşir qızı ilə bağlanmış 16 fevral 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2022-ci il tarixli №3M – 180 kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri 29 saylı Notariat ofisində reyestr №3M – 181 ipoteka müqaviləsi bağlanılmışdır. İpoteka müqaviləsinə əsasən öhdəliyin ölçüsü illik 0% dərəcəsi ilə 55000 manat qaytarılma üzrə icra müddəti isə xx.xx.2022-ci il tarixə qədər müəyyən edilmişdir. Bakı şəhəri 29 saylı Notariat Ofisində 16 fevral 2022-ci il tarixində №3M – 181 reyestr nömrəsi ilə təsdiq edilmiş ipoteka müqaviləsinə 12000 manat əlavə edilmiş və borc alanın öhdəliyinin ölçüsü, illik sıfır faiz dərəcəsi ilə 67000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsinin son icra müddəti xx.xx.2022-ci il tarix tamamlansa da, borc alan tərəfindən müqavilənin şərtlərinə uyğun qeyd edilən məbləğ qaytarılmamış, müqavilə üzrə müəyyən edilmiş öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. İpoteka qoyan fiziki şəxs Məmmədova Emilya Cavanşir qızının qaytarma müddəti xx.xx.2022-ci il tarixdə bitmiş 67000 manat əsas borcun və illik 5% olmaqla, 6 aylıq gecikdirmə müddəti üzrə 16 dekabr 2022-ci il tarixə 1675 manat zərərin, 01 yanvar 2023-cü il tarixə qədər müddət üçün əldən çıxmış fayda üzrə 4000 manat zərərin ödənilməsinə dair cavabdehə bildiriş məktubu göndərmişdir.
2. Məmmədova Emilya Cavanşir qızına qarşı “pul” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində iddiaçının istinad etdiyi faktların heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, iddiaçının iddia etdiyi sözügedən kredit və ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə zidd şəkildə, aldatma yolu ilə bağlanmışdır. Bu faktla bağlı Xətai RPİ-də cinayət işi başlanmışdır. Belə ki, Xətai Rayon prokuroru Sərdar İmanov tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli cinayət işinin başlanılması barədə qərarda göstərilmişdir ki, X10 Ayan vasitəsi ilə tanış olduğu X1 ilə X6 Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 19 saylı notariat kontorunda sənədləşmədə qeyd edilən 67000 manat məbləğində olan puldan faiz çıxılmaqla 55000 manat məbləğində pulu alıb Odoğlu Ayanın anası X7 vermişdir. Göründüyü kimi toplanmış materialda dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakının ələ keçirilməsinə əsaslı şübhələr olduğundan Xətai RPİ-nin İstintaq şöbəsində toplanmış material üzrə fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə ********** nömrəli cinayət işi başlanmışdır. Eyni zamanda sözügedən cinayət işi üzrə xx.xx.2023-cü il tarixində Xətai RPİ-nin istintaq şöbəsinin zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarı ilə Məmmədova Emilya Cavanşir qızı zərərçəkmiş kimi tanınmışdır. Odur ki, qeyd edilən kredit müqaviləsinə dair istinad edilən dəlillər əsassız olmaqla yanaşı, heç bir hüquqi əhəmiyyətə malik deyildir və bu səbəbdən iddia rədd edilməlidir.
3. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-39/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh Məmmədova Emilya Cavanşir qızından 67000 manat məbləğində pul, 4466 manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcu və 304.4 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin cavabdeh Məmmədova Emilya Cavanşir qızının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 123 saylı mənzilə yönəldilərək, ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə açıq hərracda satılması, onun satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra Məmmədova Emilya Cavanşir qızının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 123 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdeh Məmmədova Emilya Cavanşir qızına verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin cavabdeh Məmmədova Emilya Cavanşir qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına ; “İpoteka haqqında” Qanunun 1.0.6 , 3.1, 10.4, 11.1, 11.2; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 270.1, 445.7; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbi cavabdehdən illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, 4466 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh Məmmədova Emilya Cavanşir qızından üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi gecikdirilmiş vaxt üçün 4466 manat pulun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçıya olan borcun, yəni 67000 manat pulu illik beş faizi 67000x5:100=3350 AZN, 1 aylıq məbləğ isə 3350:12=279 AZN təşkil edir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçıya gecikdirilmiş vaxt üçün borc 1 il 4 ay üçün hesablanmalıdır. Yəni həmin məbləğ 3350 AZN (67000x5:100) + 1116 AZN (279x4) = 4466 AZN təşkil edir. Cavabdeh Məmmədova Emilya Cavanşir qızından 67000 manat məbləğində pul, 4466 manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcu İddiaçı xeyrinə tutulmalı, iddia tələbi cavabdeh Məmmədova Emilya Cavanşir qızının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 123 saylı mənzilə yönəldilərək, ilkin satış qiyməti 105000 (yüz beş min) manat müəyyən edilməklə açıq hərracda satılmalı, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra Məmmədova Emilya Cavanşir qızının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 123 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi cavabdeh Məmmədova Emilya Cavanşir qızına verilməlidir. İddia tələbi əldən çıxmış faydaya görə pulun ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə təmin oluna bilməz. Ekspertiza xərci cavabdeh Məmmədova Emilya Cavanşir qızından tutulmalıdır. İddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti də cavabdeh Məmmədova Emilya Cavanşir qızından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Məmmədova Emilya Cavanşir qızına 55000 manat məbləğində kredit vermişdir;xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə 12000 manat əlavə edilir və bu səbəbdən müqavilənin 1-ci bəndi dəyişilmiş, “borc verən borc alana 67 000 manat məbləğində borc pul verir” kimi müəyyən edilmişdir;- xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65 m2 olan mənzil ipoteka ilə yüklü edilmişdir;- xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 İddiaçı xeyrinə yüklü edilmişdir; - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 1028-ci məhəllə, ev 9C, giriş 2, 123 saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 105000 manat məbləğində müəyyən edilmişdir (İş səh.7,8,10-11,28,83). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. Cavabdeh Məmmədova Emilya Cavanşir qızı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-39/2024 saylı qətnaməsinin ləğv olunması, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci və 259.0.12-ci maddələrinə əsasən iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına; Mülki Prosessual Məcəllənin 9.1,9.3, 152.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-39/2024 saylı qətnaməsi işin faktiki hallarına uyğun olmadığından və bir sıra hüquq normalarını pozmaqla qəbul edildiyindən ləğv edilməlidir. Birinci instansiya məhkəməsi ilk öncə həmin müqavilənin etibarlı olub-olmamasını yoxlamalı idi. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Lakin Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsində məhkəmə tərəfindən mübahisə predmeti olan əqdin etibarlılığının təsbit edilməsinə dair heç bir qeyd edilməmişdir. Müqavilədə göstərilən məbləğ real deyildir. Çünki İddiaçı tərəfindən Cavabdeh ümumilikdə 55000 manat məbləğində pul vəsaiti borc olaraq verilmiş, lakin müqavilədə 67000 manat olaraq qeyd edilmişdir. Cavabdeh İddiaçı cəmi 55000 manat məbləğində borc almışdır. Daha sonra həmin puldan 12000 manat məbləğini İddiaçı qeyri-rəsmi qaydada qaytarmış və yenidən rəsmi qaydada borc qismində almışdır. Həmin borc müqaviləsinin məbləğinin sonradan 12000 manat artırılaraq 67000 manata çatdırılması məhz bununla bağlı olmuşdur. Bu zaman İddiaçı məqsədi müqavilədə faiz göstərməmək və beləliklə də əldə olunacaq faiz gəlirinə görə vergi ödəməkdən yayınmaq olmuşdur. Lakin hər bir halda nəzərə almaq lazımdır ki, həmin müqavilədə qeyd edilən məbləğin real olmaması müqaviləni yalan və etibarsız əqd kimi qiymətləndirmək üçün yetərlidir. Bundan başqa Cavabdeh iddiaçıdan aldığı borc məbləğini, yəni 55000 manatı X7 vermişdir. X8 isə buna görə 12000 manat məbləğində pulu İddiaçı faiz qismində ödəməyi öhdəsinə götürmüş və həmin puldan 10000 manat məbləğində ödənişlər etmişdir. Bu ödənişlərin edilməsini Müvafiq kredit müqaviləsinin arxasına Cavabdeh pulu verməsinə və İddiaçı pulu almasına dair edilmiş qeydlər təsdiq edir. Həmin qeydlərdən aydın olur ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2022-ci il tarixində 2000 manat və xx.xx.2022-ci il tarixində 2000 manat olmaqla ümumilikdə 10000 manat məbləğində ödəniş edilmişdir. Həmin pulların təhvil-təslimi tərəflərin öz xəttləri ilə etdikləri qeydlər və imzaları ilə təsdiq olunur. Burdan belə bir nəticəyə gəlmək mümkündür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixli 3M-182 nömrəli kredit müqaviləsi üzrə cəmi 57000 manat məbləğində borcu qalmışdır ki, həmin borcun 2000 manatını X8 ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə Cavabdeh ilə hüquqi yardım göstərilməsinə dair 75/24 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli vəkil orderi əldə olunmuş və məhkəməyə təqdim edilmişdir. Müvafiq məhkəmə işinə xx.xx.2024-cü il tarixində qoşulduğu üçün həmin gün saat 10:20-yə təyin edilmiş sonuncu baxış iclasında iştirak edərək iş materialları ilə tanış olmaq və öz mövqeyini bildirmək üçün məhkəmədən ona əlavə vaxt verilməsinə və məhkəmə baxış iclasını növbəti tarixə təxirə salmasına dair vəsatət versə də, məhkəmə müvafiq vəsatətini əsassız və qanunsuz olaraq rədd etmişdir. Bundan sonra isə müşavirə otağına gedərək, 1 dəqiqədən də az vaxt ərzində geri dönmüş və müvafiq mülki iş üzrə qətnamə qəbul etmişdir. Bu səbəbdən də iş üzrə əhəmiyyət kəsb edən halları araşdırmaq və mövqeyini bildirmək üçün fürsəti olmamışdır. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən Cavabdeh vəkili olaraq iş materialları ilə tanış olmaq və mövqeyini bildirmək üçün şəraitin yaradılmaması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində qeyd edilən tərəflərin çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu əsasla da həmin məcəllənin 385.1.1ci maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq qətnamə ləğv edilməlidir. Eyni zamanda bütün bu qeyd edilənlərdən başqa, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə reallığa uyğun olmayan məsələlərdən biri də ipoteka öhdəliyi ilə yüklü edilmiş mənzilin qiymətidir. Belə ki, xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin 2.3-cü bəndindən aydın olur ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 160000 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin bağlanmasının üzərindən təxminən 1 il 8 ay keçdikdən sonra mənzilin dəyərinin 105000 manat məbləğində müəyyən edilməsi həqiqəti əks etdirmir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən aydın şəkildə görünür ki, ekspertiza formal olaraq aparılmış, mənzilə, onun yerləşdiyi əraziyə, mənzilin təmirlilik dərəcəsinə baxış keçirilməmiş, mənzilin təmiri üçün çəkilən xərclər nəzərə alınmamışdır. Ekspert tərəfindən sadəcə internet saytlarından götürülmüş məlumatlar əsasında rəy tərtib olunmuşdur. Hətta bu zaman da elan saytlarında mübahisə predmeti olan mənzilə oxşar deyil, sahəsi təxminən 2-3 dəfə ondan artıq olan və 2020-ci ildə internetə yerləşdirilmiş mənzillərə dair məlumatlar müqayisə edilmişdir. Həmin ekspert rəyi həqiqəti əks etdirmədiyindən məhkəmə qətnaməsinin əsası kimi qəbul edilə bilməz. Bu səbəbdən də mübahisə predmeti olan mənzilin yenidən qiymətləndirilməsi zəruridir. Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsində məhkəmə tərəfindən mübahisə predmeti olan əqdin etibarlılığının təsbit edilməsinə dair heç bir qeyd edilməmişdir. İş materiallarında olan sənədlərdən məlum olur ki, İddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair Kapital Bank ödəniş terminalından əldə edilmiş 2 ədəd qəbz əlavə etmişdir. Həmin qəbzlərin biri 150 manat, digəri isə 95 manat dövlət rüsumunun ödənildiyini təsdiq edir. Lakin ilkin iddia ərizəsində iddianın qiyməti 72975 manat məbləğində olmuşdur. Belə olan halda iddiaçı tərəfindən məhkəməyə ümumilikdə 308,92 manat məbləğində rüsum ödənilməli idi. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 113.2-ci maddəsinə əsasən İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilməlidir. Lakin iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində məhkəməyə təqdim edilmiş iddia həcminin artırılması barədə ərizəyə artırılmış iddia məbləğinə dair dövlət rüsumunun ödənilməsi barədə hər hansı bir qəbz əlavə edilməmişdir. Qeyd olunanlardan aşkar şəkildə görünür ki, birinci instansiya məhkəməsi dövlət iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun müəyyən edilmiş məbləğdə və qaydada ödənilməməsini diqqətdən qaçırmış, iddia ərizəsini geri qaytarmalı olduğu halda prosessual qanunvericiliyin tələblərini pozmaqla yekun məhkəmə aktı qəbul etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi ləğv edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci və 259.0.12-ci maddələrinə əsasən İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməlidir.
6. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, apellyasiya şikayətinin müəllifləri cavabdeh Məmmədova Emilya Cavanşir qızı və vəkili Nümayəndə3 apellyasiya şikayətində Yasamal rayon Məhkəməsinin 2(004)-39/2024 saylı Yasamal rayon Məhkəməsinin qətnaməsinin işin faktiki hllarına uyğun olmadığından və bir sıra hüquq normalarının pozulmaqla qəbul edildiyindən həmin qətnamənin ləğv edilməsini tələb etmişlər. Belə ki, AR MM-nin 337, 339.6, 346.1 və 354-cü maddələrinin AR Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 02 aprel 2021-ci il tarixli Qərarında verilən şərhlərə istinad edərək, həmin qətnamənin düzgün olmadığını apellyasiya şikayətində sübut etməyə çalışırlar. Yasamal rayon Məhkəməsinin qətnaməsi ləğv edilməsi üçün apellyasiya şikayətində müəlliflərin göstərdiyi əsaslara dair dəlillər əsassız və səhv mövqeni ifadə edir. Mötəbərlik baxımından cavabdeh Məmmədova Emilya Cavanşir qızı ilə İddiaçı arasında notarial qaydada təsdiq olunmuş iki müqavilə vardır. İlkin müqavilə kredit müqaviləsi Məmmədova Emilya Cavanşir qızına faizsiz borc pul verilməsi barədə qaytarma müddəti təyin edilmiş müqavilə vardır. Eyni zamanda İddiaçı ilə cavabdeh Məmmədova Emilya Cavanşir qızı arasında həmin kredit pulun təminatı olaraq ipoteka müqaviləsi bağlanmış hazırda hərraca çıxarılan mənzil ipoteka ilə qanunvericiliyə uyğun olaraq, yüklü edilmişir. Odur ki, iddiaçı və cavabdeh arasında notarial qaydada təsdiqlənmiş bu müqavilədə hər iki tərəfin öhdəliklərini dəqiq müəyyən etmiş və Yasamal rayon Məhkəməsinin qətnaməsi tam qanunu və əsaslı olmuşdur. AR Qanunvericiliyinin Mülki Məcəlləsinin tələblərindən çıxış edərək, bildirir ki, tərəflər arasında bağlanmış müqavilələr, daşınmaz əmlak üçün tələb olunan əqdlərə aid tələblərə tam cavab verdiyi üçün tərəflərin öhdəliklərinin hüquq və vəzifələrinin müəyyən edilməsi baxımından tam əsaslı və qanunu olduğu üçün apellyasiya müəlliflərinin şikayətində göstərilən bu əsaslar mülki hüquqdan sui-istifadənin göstəricisi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətində Yasamal rayon Məhkəməsində baxılmış mülki işdə iddia tələbi üzrə dövlət rüsumunun köçürülməsi məbləği qiymətləndirilən iddialar üçün müəyyən edilmiş qanunda göstərilən məbləğlərə uyğun köçürmüşdür. Həmin köçürmələrin qanuniliyini təsdiq edən dövlət rüsumunun köçürülməsinə aid qəbzlər məhkəməyə təqdim edilmişdir. Həmin qəbzlər mübahisənin həll edilməsi üçün verdikləri iddia ərizələrindəki göstərilən məbləğlərə tam uyğun və adekvatdır. Məlumat üçün bildirir ki, mülki iş cavabdeh tərəfin bildiriş və çağırış almasına baxmayaraq, üzrsüz səbəbdən gəlməməsinə baxmayaraq, 3 dəfə təxirə salınmışdır. İki dəfə mülki işdə yeni vəkil gəlmiş və üzrsüz səbəbdən növbəti məhkəmə baxışlarında iştirak etməmiş və mülki işin baxışını əsassız yerə uzatmaq yolu seçilmişdir. Apellyasiya şikayətində bildirilir ki, vəkillərdən birinin işlə tanış olmaq üçün məhkəmə tərəfindən şərait yaradılmamışdır.Göstərilən və sadalanan hallar mülki hüquqlardan cavabdehin sui-istifadə etməsi və məhkəmə baxışının uzadılması məqsədinə xidmət etmişdir. Cavabdeh tərəfindən məhkəmə baxışının süni uzadılmasına yol verilməsi məhkəmənin iclas protokollarında əks olunan işin gedişatında da təsdiqini tapır. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırıq ki, mülki işdə kredit və ipoteka müqaviləsi ilə X3 cavabdeh Məmmədova Emilya Cavanşir qızına kredit borcu verməsi və cavabdeh Məmmədova Emilya Cavanşir qızının isə kredit borcunun təminatı olaraq şəxsi mənzilinin İddiaçı xeyrinə ipoteka qaydasında yüklü etməsi, həmçinin İddiaçı adına yüklülüyü tam ifadə edən çıxarışın verilməsi bu mülki məsələdə məsələnin mübahisəsiz hallarıdır. Belə ki, bu müqavilərlə paralel olaraq, iş materiallarında cavabdeh tərəfin apellyasiya şikayətində qeyd etdiyi 10000 manat pulun İddiaçı qaytarılması barədə qeyd yazılarının olması, yəni cavabdehin özünün əlavə 10000 manat borcunun İddiaçı qaytarılması ilə bağlı yazı qeydləri onların arasında bağlanmış müstəqil kredit müqaviləsinə və ipoteka müqaviləsinə heç bir aidiyyatı yoxdur. Əgər aidiyyatı olsa idi bu məsələ tərəflər arasında açıq mətnlə digər müqavilədə rəsmiləşdirilər və ümumi bağlanmış borcun azaldılması istiqamətində olan məbləğ kimi göstərilərdi. Odur ki, apellyasiya şikayəti müəllifinin apellyasiya şikayətində göstərdiyi bu borc məbləğinin İddiaçı qaytarılması tərəflər arasında müstəqil müqavilə öhdəliklərinin predmeti olduğu üçün, apellyasiya şikayətində həmin pulun, rəsmi bağlanmış kredit və ipoteka müqaviləsinə aid edilməsi barədə göstərilənləri əsassız və qanunsuz hesab edirlər.
7. Cavabdeh apellyasiya şikayətinə əlavə təqdim etmiş və qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-39/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşin baxılmamış saxlanılmasına əsas kimi müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməməsi qeyd olunmuşdur. Lakin ilkin apellyasiya baxışı zamanı iş materiallarına dövlət rüsumunun tam ödənilməsinə dair qəbzlərin olması müəyyən edilmişdir. Bu səbəbdən də apellyasiya şikayətinə dair tələbi dəqiqləşdirmək istəyirlər. Belə ki, apellyasiya şikayətinin dəlillərində də qeyd olunduğu kimi birinci instansiya məhkəməsi mübahisənin əsası olan müqavilənin etibarlılığını yoxlamadan yekun məhkəmə aktı qəbul etmişdir.Üzrlü səbəbdən zəruri sübutlar hazırda məhkəməyə təqdim olunduğundan, həmin sübutlardan da göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqavilələri yalan əqd olmuşdur. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh dilməsinə dair” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir;yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Cavabdeh İddiaçı arasında əslində ümumilikdə 12000 manat məbləğində faiz ödəməklə kredit müqaviləsi bağlanılıb. Lakin müqavilədə 0 % dərəcəsi ilə borc verilməsi qeyd edilib. Belə ki, məsələni pərdələnmək üçün əsas kredit müqaviləsinə əlavə ikinci kredit müqaviləsi bağlanılıb və həmin müqavilə ilə nəzərdə tutulan faiz məbləğini pərdələmək üçün borclunun öz vəsaiti ilə ona sanki əlavə borc verilməsi kimi görüntü yaradılıb və nəticədə yalan əqd bağlanmış olub. Bu səbəbdən də bu müqavilə əhəmiyyətsiz əqddir və bağlandığı andan etibarsızdır. Cavabdeh İddiaçı cəmi 55000 manat məbləğində borc almışdır. Daha sonra həmin puldan 12000 manat məbləğini İddiaçı qeyri-rəsmi qaydada qaytarmış və yenidən rəsmi qaydada borc qismində almışdır. Həmin borc müqaviləsinin məbləğinin sonradan 12000 manat artırılaraq 67000 manata çatdırılması məhz bununla bağlı olmuşdur. Bu zaman İddiaçı məqsədi müqavilədə faiz göstərməmək və beləliklə də, əldə olunacaq faiz gəlirinə görə vergi ödəməkdən yayınmaq olmuşdur. Lakin hər bir halda nəzərə almaq lazımdır ki, həmin müqavilədə qeyd edilən məbləğin real olmaması müqaviləni yalan və etibarsız əqd kimi qiymətləndirmək üçün yetərlidir. Digər tərəfdən Cavabdeh bu müqaviləni aldatma və habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olmuşdur. Belə ki, Xətai Rayon prokuroru Sərdar İmanov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması barədə qərarda göstərilmişdir ki, X10 Ayan vasitəsi ilə tanış olduğu X1 ilə X6 Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 19 saylı notariat kontorunda sənədləşmədə qeyd edilən 67000 manat məbləğində olan puldan faiz çıxılmaqla 55000 manat məbləğində pulu alıb Odoğlu Ayanın anası X7 vermişdir. Göründüyü kimi, toplanmış materialda dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakının ələ keçirilməsinə əsaslı şübhələr olduğundan Xətai RPİ-nin İstintaq şöbəsində toplanmış material üzrə fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə ********** nömrəli cinayət işi başlanmışdır. Eyni zamanda sözügedən cinayət işi üzrə xx.xx.2023-cü il tarixində Xətai RPİ-nin istintaq şöbəsinin zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarı ilə Məmmədova Emilya Cavanşir qızı zərərçəkmiş kimi tanınmışdır. Qeyd edilən kredit müqaviləsinə dair istinad edilən dəlillər əsassız olmaqla yanaşı, şəxsin aldadılmaqla və ağır vəziyyətdə olmasından istifadə edilməklə bağlanmasına dəlalət edir ki, bu da həmin müqavilənin heç bir hüquqi əhəmiyyətə malik olmadığını və bu səbəbdən də etibarsız olmasını təsdiq edir. bütün xüsusatları nəzərə alaraq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-39/2024 saylı qətnaməsinin ləğv olunması, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və eyni tarixli həmin müqaviləyə 1 saylı əlavənin, eləcə də ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65 m2 olan mənzilin yüklü edilməsinə dair ipoteka müqaviləsi və ona 1 saylı əlavə müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya icraatında müəyyən edilən hallar və izahatlar:
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, tədqiq olunan ümumi sahəsi 65 m2 olan, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 1028-ci məhəllə, ev 9C, giriş 2, 123 saylı mənzilə yaxın ərazilərdə yerləşən analoji mənzillərin mövcud orta bazar dəyəri təqribən 186550,00 (65 m2 x 2870 man) manat, likvid qiyməti 167900,00 (186550- 10%) manat müəyyən edilir. Həmin iş üzrə verilmiş ilkin rəyin nəticəsi ilə hazırkı ekspertiza zamanı müəyyən edilmiş nəticə arasındakı yaranmış fərq son dövrdə müşahidə edilən qiymət artımı ilə əlaqədar ola bilər.
9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin arxasına Cavabdeh pulu verməsinə və İddiaçı pulu almasına dair edilmiş qeydlərə əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2022-ci il tarixində 2000 manat və xx.xx.2022-ci il tarixində 2000 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya verilmişdir.
10. Cavabdeh tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə 01 may 2024-cü il qərara əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, X12 barəsində AR CM-in 178.3.2-ci maddəsi ilə cinayət təqibinə və iş üzrə icraata xitam verildiyi müəyyən edilmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat verməklə qeyd etmişdir ki, iddiaçının iddia etdiyi sözügedən kredit və ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə zidd şəkildə, aldatma yolu ilə bağlanmışdır. 55000 manat pul götürülmüş, lakin 67000 manat məbləğində rəsmiləşdirilmiş, 12000 manat faiz məbləği kimi qeyd edilmişdir. Bu da əqdin yalan əqd olduğunu sübut edir. Bundan əlavə, cavabdeh iddiaçını tanımayıb və həmin əqdləri müəyyən təsir altında bağlayıb. Bunu təsdiq edən ifadələr müvafiq cinayət işi materiallarında mövcuddur. Həmin cinayət işi üzrə qəbul olunmuş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı vardır. Qərarın 11ci səhifəsində X4 ifadəsində 12000 manatın faiz olduğu qeyd olunmuşdur. Həmin qərardan Prokurorluq orqanına şikayət də vermişdirlər. Müqaviləyə bilərəkdən yalan məlumatlar daxil edilmiş və iki hissədən ibarət olmaqla bağlanılmışdır. İlkin müqaviləyə əlavə şəklində bağlanmış ikinci müqavilə ilə həmin borcun faiz müqabilində verilməsi pərdələnmişdir. Cavabdeh iddiaçıdan 55000 manat borc almışdır, həmin puldan 10000 manat məbləğində ödənişlər etmişdir. Bu ödənişlərin edilməsini müvafiq kredit müqaviləsinin arxasına Cavabdeh pulu verməsinə və İddiaçı pulu almasına dair edilmiş qeydlər təsdiq edir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh nümayəndəsinin izahatına uyğun izahat vermiş və kredit müqaviləsi üzrə iddiaçıya 10000 manat qaytardığını bildirmiş, apellyasiya şikayətində qeyd etdiyi 10000 manat pulun İddiaçı qaytarılması barədə qeyd yazılarının birinci instansiya icraatı zamanı təqdim edilməməsini onun təmsil edən vəkillərin ucbatından olduğunu, bu sənədləri əvvəlki vəkillərə verdiyini, lakin onların məhkəməyə təqdim etmədiyini qeyd etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X11 apellyasiya şikayətini əsassız hesab etdiklərini, hər iki müqavilənin müstəqil müqavilə olduğunu bildirmiş, həmin müqavilələrin cavabdeh tərəfindən imzalandığını qeyd etmişdir. Cavabdeh tərəfin 10000 manat ödənilməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd etmişdir ki, cavabdeh tərəfin apellyasiya şikayətində qeyd etdiyi 10000 manat pulun İddiaçı qaytarılması barədə qeyd yazılarının olması, yəni 10000 manat borcunun İddiaçı qaytarılması ilə bağlı yazı qeydlərinin onların arasında bağlanmış kredit müqaviləsinə heç bir aidiyyatı yoxdur. Əgər aidiyyatı olsa idi, bu məsələ tərəflər arasında açıq mətnlə digər müqavilədə rəsmiləşdirilər və ümumi bağlanmış borcun azaldılması istiqamətində olan məbləğ kimi göstərilərdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdeh tərəfin apellyasiya şikayətində qeyd etdiyi 10000 manat borcun cavabdeh tərəfindən İddiaçı qaytarılması ilə bağlı yazı qeydlərinin onların arasında bağlanmış kredit müqaviləsinə heç bir aidiyyatı olmadığını, həmin pulun cavabdehlə aralarında olan kriptovalyuta münasibətlərindən yaranmış borcla bağlı ödənildiyini bildirmişdır. Qeyd etmişdir ki, əgər həmin ödənilmiş 10000 manat pul kredit müqavilələrinə aid olsa idi, cavabdeh bu barədə sübutunu birinci instansiya məhkəməsi icraatı zamanı təqdim edərdi. Apellyasiya baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqe
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2.Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.7.Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
17. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
18. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən : 1.0.1 ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9. ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33. borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3 məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
19. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
20. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-388, 425, 442, 739-746; Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən hesab edir ki, cavabdeh sübutları birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırdığından, təqdim etdiyi xx.xx.2022-ci il tarixli müqavilənin nüsxəsinin arxasında iddiaçı tərəfindən ümumilikdə 10000 manat məbləğində pulun alınması onun özü tərəfindən təsdiq edildiyindən, lakin iddiaçı tərəfindən qeyd edilən məbləğin başqa münasibətlərdən irəli gələn pul vəsaitinə aid olması təsdiq edilmədiyindən, kollegiya hesab edir ki, qeyd edilən sübutun mötəbərliyinə aid şübhələr mövcud deyil və o, 10000 manat pul vəsaitinin qaytarılmasına dair sübut qismində nəzərə alınmalıdır. Ekspertiza rəyi ilə əmlakın dəyərinin fərqli olması müəyyən edildiyindən və sonuncu rəyin təkzib edilməsinə dair digər sübutlar təqdim edilmədiyindən, habelə tələb edilən əldən çıxmış gəlir (fayda) hissədə şikayət verilmədiyindən, 5 % dərəcə ilə isə tələbin olmaması və bu hissədə qənaətin əsassız olması nəzərə alınmaqla, qətnamə cavabdeh Məmmədova Emilya Cavanşir qızından 67000 manat, 4466 manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcu məbləğində pulun İddiaçı xeyrinə tutulması və ünvan 2 ünvanında yerləşən 123 saylı mənzilə yönəldilərək, ilkin satış qiymətinin 105000 manat müəyyən edilməsi (məbləğlər) hissəsində dəyişdirilməsi üçün əsaslar vardır.
21. Qeyd edilməlidir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, tədqiq olunan ümumi sahəsi 65 m2 olan, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 1028-ci məhəllə, ev 9C, giriş 2, 123 saylı mənzilə yaxın ərazilərdə yerləşən analoji mənzillərin mövcud orta bazar dəyəri təqribən 186550,00 (65 m2 x 2870 man) manat, likvid qiyməti 167900,00 (186550-10%) manat müəyyən edilir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş müvafiq kredit müqaviləsinin arxasına Cavabdeh pulu verməsinə və İddiaçı pulu almasına dair edilmiş qeydlər mövcuddur və həmin qeydlərə əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2022ci il tarixində 2000 manat, xx.xx.2022-ci il tarixində 2000 manat və xx.xx.2022-ci il tarixində 2000 manat olmaqla ümumilikdə 10000 manat məbləğində ödəniş edilmişdir. Bu ödənişlərin başqa münasibətlərdən yarandığına dair sübutedici faktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 6-ci bəndində qeyd edilmişdir ki, borc verən müqavilə üzrə öhdəliyin icrasının təmamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir.
22. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-39/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi qismən - 67000 manat məbləğində pul, 4466 manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcu, mənzilin ilkin satış qiymətinin 105000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, tutulmalı borc məbləği 57000 (67000-10000) manat, ipoteka predmetinin ilkin satış qiyməti 167900 manat müəyyən edilməli, 5 % dərəcəsi ilə qətnamə ilə hesablanmış faiz borcu hissədə isə (belə tələb olmadığından və sübuta yetirilmədiyindən), ümumiyyətlə qiymət verilməsinə (araşdırma və təsbit edilməsinə) prosessual əsaslar olmadığından müəyyən edilməməlidir. Rəsmi olaraq dövlət təminatı altında olan notariat orqanı tərəfindən təsdiq edilmiş əqdlərin etibarsızlığına (başqa münasibətlərin pərdələnməsinə) dair apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, habelə əlaqəli münasibətlərlə bağlı iddiaçıya və onunla bağlanmış əqdə aid cinayət təqibi üzrə məhkəmə qərarı, habelə digər əsaslar olmadığından onların araşdırılmasına prosessual zərurət müəyyən edilməmişdir. Cinayət işi üzrə müəyyən edilməli olan hallara aid cavabdehə izah edilməlidir ki, onun zərəçəkmiş şəxs qismində cinayət prosesində təqsirli şəxslərdən zərərini tələb etmək hüququ istisna edilmir.
23. Cavabdehliyi tam istisna edən hallar olmadığından ekspertiza xərci cavabdehə aid edilməli, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ona ödəyən şəxsə aid edilməlidir.
24. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d ı̇ : Cavabdeh Məmmədova Emilya Cavanşir qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-39/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi 67000 manat məbləğində pul, 4466 manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcu, mənzilin ilkin satış qiymətinin 105000 manat müəyyən edilməsi hissələrində dəyişdirilsin. İddia qismən təmin edilməklə, cavabdeh Məmmədova Emilya Cavanşir qızından 57000 (əlli yeddi min) manat məbləğində pul və 304.4 (üç yüz dörd manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi cavabdeh Məmmədova Emilya Cavanşir qızının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 123 saylı mənzilə yönəldilərək, ilkin satış qiyməti 167900 (yüz altmış yeddi min doqquz yüz) manat müəyyən edilməklə açıq hərracda satılsın, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra Məmmədova Emilya Cavanşir qızının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 123 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi cavabdeh Məmmədova Emilya Cavanşir qızına verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İş üzrə birinci və apellyasiya intansiyalarında keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100+50 (yüz+əlli), cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh Məmmədova Emilya Cavanşir qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.