Məhkəmə qərarları › İş №2(102)-279/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-279/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-279/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə öhdəliklərin gecikdirilməsi 05.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2(103)2871/2024 saylı qətnaməsindən İddiaçı və cavabdeh X tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 05 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları 1. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı X 55.000 manat kredit vermişdir. 2. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə 12.000 manat əlavə edilmiş və bu səbəbdən müqavilənin 1-ci bəndi dəyişilmiş, “borc verən borc alana 67 000 manat məbləğində borc pul verir” kimi müəyyən edilmişdir. 3. xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən, X məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 “C” saylı evin, 2-ci girişində yerləşən, ümumi sahəsi 65 kv.metr olan 123 saylı mənzili İddiaçı xeyrinə ipoteka qoyulmuşdur. 4. 21.02.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən, Bakı şəhəri, Yasama l rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 “C” saylı evin 123 saylı mənzili İddiaçı xeyrinə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh X (bundan sonra- cavabdeh) qarşı “pul tələbinə dair” iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21 dekabr 2023-cü il tarixə qədər bir illik 3.350 manat, fərdi sahibkarlıqla bağlı ədən çıxmış fayda, belə ki, borc verdiyi pulun vaxtında qaytarılmaması və özündə saxlaması ilə bağlı cavabdehdən əldən çıxmış gəlir və faydadan müddət baxımından 21 dekabr 2023-cü il tarixədək 35.000 manat itkiyə məruz qalmış, 72.975+ 3.350+31.000 manat, ümumilikdə 107.325 manat pulun cavabdehdən onun xeyrinə tutulması, ipoteka predm eti olan Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 “C” saylı evin 123 saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın həmin mənzilə yönəldilməsi, ipoteka müqaviləsinin şərtlərinə və ona dəymiş ziyanın 107.325 manat məbləğə uyğun olaraq, həmin mənzilin hərracdan satılması və satışdan əldə olunmuş məbləğdən iddiaçıya vurulmuş zərərin tam olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, ipoteka müqaviləsinin son icra müddəti xx.xx.2022-ci il tarixdə tamamlansa da, cavabdeh tərəfindən müqavilənin şərtlərinə uyğun qeyd edilən məbləğ qaytarılmamış, müqavilə üzrə müəyyən edilmiş öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh qayt arılma müddəti xx.xx.2022-ci il tarixdə bitmiş 67.000 manat əsas borcun, illik 5% olmaqla 6 aylıq gecikdirmə müddəti üzrə 16 dekabr 2022-ci il tarixə 1675 manat zərərin, 01 yanvar 2023-cü il tarixədək müddət üçün əldən çıxmış fayda üzrə 4.000 manat zərərin ödənilməsinə dair cavabdehə bildiriş göndərilmişdir.

7. Birinci instansiya məhkəməsində cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında əlavə olaraq göstərmişdir ki, iddiaçı banka olan kredit borcunu şifahi razılığa əsasən artıq 3 ay olmuşdur ki, hər ay 5.000 manat olmaqla ödəmiş və bank iflasa uğradığı üçün məhkəmə qərarları ilə müəyyən edilmiş borcun konkret hara ödəməli olduğunu bilmədiyi üçün vaxtında ödəyə bilməmiş, ödəmənin gecikdirilməsində onun heç bir təqsiri olmasa da, bank ondan heç bir əsas olmadan iddia ərizəsində göstər ilən məbləği tələb etmişdir.

8. Birinci instansiya məhkəməsində cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində iddiaçının istinad etdiyi faktların heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, iddiaçının iddia etdiyi sözügedən kredit və ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə zidd şəkildə aldatma yolu ilə bağlanmışdır. Bu faktla bağlı Bakı şəhəri, Xətai rayon Polis İdarəsində cinayət işi başlanmışdır. Belə ki, Bakı şəhəri, Xətai Rayon prokuroru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərarda göstərilmişdir ki, cavabdeh iddiaçıdan qeyd edilən 67.000 manat puldan faiz çıxılmaqla 55.000 manat pul almışdır. Göründüyü kimi toplanmış materialda dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə nin xeyli miqdarda əmlakının ələ keçirilməsinə əsaslı şübhələr olduğundan Bakı şəhəri, Xətai rayon Polis İdarəsində toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********** nömrəli cinayət işi başlanmışdır. Eyni zamanda sözügedən cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə cavabdeh zərərçəkmiş şəxs kimi tanınmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən, xx.xx.2023-cü il tarixli ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 “C” saylı evin 123 saylı mənzilinin hazırkı bazar dəyəri 105.000 manat təşkil edir.

10. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(004)-39/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilərək, cavabdehdən əsas borca görə 67.00 0 manat, illik 5 faiz dərəcəsi ilə faizə görə 4.466 manat pulun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 “C” saylı evin 123 saylı mənzilinə yönəldilərək, mənzilin ilkin satış qiymətinin 105.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, mənzilin satışından əldə olunmuş məbləğin kreditin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra cavabdehin mülkiyyətində olan mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia cavabdehdən illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, 4.466 manat cava bdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən, iddia tələbi gecikdirilmiş vaxt üçün 4.466 manatın tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, cavabdehin iddiaçıya olan borcu, yəni 67.000 manatın illik beş faizi 67.000 x 5:100 = 3.350 manat, 1 aylıq məbləğ isə 3.350:12=279 manat təşkil edir.

12. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıya gecikdirilmiş vaxt üçün borc 1 il 4 ay üçün hesablanmalıdır. Yəni həmin məbləğ 3.350 manat (67.000 x 5:100) + 1116 manat (279x4) = 4.466 manat təşkil edir. Ona görə də cavabdehdən 67.000 manat, 4.466 manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcu iddiaçının xeyrinə tutulmalı, iddia tələbi cavabdehin mülkiyyətində olan sözügedən mənzilə yönəldilərək, ilkin sat ış qiyməti 105.000 manat müəyyən edilməklə mənzil açıq hərracdan satılmalı, onun satışından əldə olunmuş məbləğ kreditin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra cavabdehin mülkiyyətində olan qeyd olunan mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi cavabdehə verilməlidir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia əldən çıxmış faydaya görə pulun ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, cavabdehin iddiaçının pul vəsaiti hesabına faydalanması, gəlir, artım, bəhər və ya sair maddi qazanc əldə etməsi mülki iş materialları ilə sübuta yetirilmədiyindən, iddia bu hissədə təmin oluna bilməz.

14. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 269, 270.1, 385.1, 425.1, 442, 445.7-ci maddələrinin, “İpoteka haqqında” Qanunun 1.0.6, 3.1, 1 0.4, 11.1, 11.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ilk öncə həmin müqavilənin etibarlı olub-olmamasını yoxlamalı idi. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində mübahisə predmeti olan əqdin etibarlılığının təsbit edilməsinə d air heç bir qeyd yoxdur. Müqavilədə göstərilən məbləğ real deyildir. Çünki iddiaçı tərəfindən cavabdehə ümumilikdə 55.000 manat borc olaraq verilmiş, lakin müqavilədə 67.000 manat qeyd edilmişdir. Yəni, cavabdeh iddiaçıdan cəmi 55.000 manat borc almışdır. Daha sonra həmin puldan 12.000 manat pul vəsaiti qeyri rəsmi cavabdeh tərəfindən iddiaçıya qaytarılmış və yenidən rəsmi qaydada borc qismində almışdır. Həmin borc müqaviləsinin məbləğinin sonradan 12.000 manat artırılaraq 67.000 manata çatdırılması məhz bununla bağlı olmuşdur. Bu zaman iddiaçının məqsədi müqavilədə faiz göstərməmək və beləliklə də əldə olunacaq faiz gəlirinə görə vergi ödəməkdən yayınmaq olmuşdur. Lakin hər bir halda nəzərə almaq lazımdır ki, həmin müqavilədə qeyd edilən məbləğin real olmaması müqaviləni yalan və etibarsı z əqd kimi qiymətləndirmək üçün yetərli olmuşdur. Bundan başqa cavabdeh iddiaçıdan aldığı borc məbləğini, yəni 55.000 manatı X1 vermiş, sonuncu isə buna görə 12.000 manatı iddiaçıya faiz qismində ödəməyi öhdəsinə götürmüş və həmin puldan 10.000 manat ödəniş etmişdir. Bu ödənişləri müvafiq kredit müqaviləsinin arxasında cavabdehin pulu verməsinə və iddiaçının pulu almasına dair edilmiş qeydlərlə də təsdiq olunur. Həmin qeydlərdən aydın olmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat və xx.xx.2022-ci il tarixdə 2000 manat olmaqla, ümumilikdə 10.000 manat ödəniş edilmişdir. Həmin pulların təhvil-təslimi tərəflərin öz xəttləri ilə etdikləri qeydlər və im zaları ilə təsdiq olunur. Burdan belə bir nəticəyə gəlmək mümkündür ki, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli, 3M-182 saylı kredit müqaviləsi üzrə cəmi 57.000 manat borcu qalmışdır ki, həmin borcun 2.000 manatını X2 ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə cavabdehə hüquqi yardım göstərilməsinə dair 75/24 saylı, xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli, ******* saylı vəkil orderi əldə olunmuş və məhkəməyə təqdim edilmişdir. Müvafiq məhkəmə işinə xx.xx.2024-cü il tarixində qoşulduğu üçün həmin gün saat 10:20-yə təyin edilmiş sonuncu baxış iclasında iştirak edərək iş materialları ilə tanış olmaq və öz mövqeyini bildirmək üçün məhkəmədən ona əlavə vaxt verilməsinə və məhkəmə baxış iclasını növbəti tarixə təxirə salmasına dair vəsatə t versə də, məhkəmə müvafiq vəsatətini əsassız və qanunsuz olaraq rədd etmişdir. Bundan sonra isə müşavirə otağına gedərək, 1 dəqiqədən də az vaxt ərzində geri dönmüş və müvafiq mülki iş üzrə qətnamə qəbul etmişdir. Bu səbəbdən də iş üzrə əhəmiyyət kəsb edən halları araşdırmaq və mövqeyini bildirmək üçün fürsəti olmamışdır. Ona görə də məhkəmə tərəfindən cavabdehin vəkili olaraq iş materialları ilə tanış olmaq və mövqeyini bildirmək üçün şəraitin yaradılmaması Mülki Prosessual Məcəllənin 9-cu maddəsində qeyd edilən tərəflərin çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda bütün bu qeyd edilənlərdən başqa, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə reallığa uyğun olmayan məsələlərdən biri də ipoteka öhdəliyi ilə yüklü edilmiş mənzilin qiyməti olmuşdur. Be lə ki, xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 16.0000 manat müəyyən edilmişdir. Həmin müqavilənin bağlanmasının üzərindən təxminən 1 il 8 ay keçdikdən sonra mənzilin dəyərinin 105.000 manat müəyyən edilməsi həqiqəti əks etdirmir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza formal olaraq aparılmış, mənzilə, onun yerləşdiyi əraziyə, mənzilin təmirlilik dərəcəsinə baxış keçirilməmiş, mənzilin təmiri üçün çəkilən xərclər nəzərə alınmamışdır. Ekspert tərəfindən sadəcə internet saytlarından götürülmüş məlumatlar əsasında rəy tərtib olunmuşdur. Hətta bu zaman da elan saytlarında mübahisə predmeti olan mənzilə oxşar deyil, sahəsi tə xminən 2-3 dəfə ondan artıq olan və 2020-ci ildə internetə yerləşdirilmiş mənzillərə dair məlumatlar müqayisə edilmişdir. Həmin ekspert rəyi həqiqəti əks etdirmədiyindən məhkəmə qətnaməsinin əsası kimi qəbul edilə bilməz. Bu səbəbdən də mübahisə predmeti olan mənzilin yenidən qiymətləndirilməsi zəruridir. Məhkəmə qətnaməsində mübahisə predmeti olan əqdin etibarlılığının təsbit edilməsinə dair heç bir qeyd edilməmişdir. İddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair Kapital Bank ödəniş terminalından əldə edilmiş 2 ədəd qəbz əlavə etmişdir. Həmin qəbzlərin biri 150 manat, digəri isə 95 manat dövlət rüsumunun ödənildiyini təsdiq edir. Lakin iddia ərizəsində iddianın qiyməti 72.975 manat məbləğində olmuşdur. Belə olan halda iddiaçı tərəfindən məhkəməyə ümumilikdə 308,92 manat dövlət rüsumu ödənilməli idi. Lakin iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş iddia həcminin artırılması barədə ərizəyə artırılmış iddia məbləğinə dair dövlət rüsumunun ödənilməsi barədə hər hansı bir qəbz əlavə edilməmişdir. Qeyd olunanlardan aşkar şəkildə görünür ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun müəyyən edilmiş məbləğdə və qaydada ödənilməməsini diqqətdən qaçırmış, iddia ərizəsini geri qaytarmalı olduğu halda, prosessual qanunvericiliyin tələblərini pozmaqla yekun məhkəmə aktı qəbul etmişdir.

17. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin üzərində aparılmış qeydlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat və xx.xx.2022-ci il tarixdə 2000 manat olmaqla, ümumilikdə 10.000 manat cavabdeh tərəfindən iddiaçıya verilmişdir.

18. Cavabdeh tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə 01 may 2024-cü il qərara əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, X3 barəsində CM-in 178.3.2-ci maddəsi ilə cinayət təqibinə və iş üzrə icraata xitam verilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, ümumi sahəsi 65 kv.metr olan, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 1028-ci məhəllə, 9 “C” saylı evin 123 saylı mənzilinə yaxın ərazilərdə yerləşən analoji mənzillərin mövc ud orta bazar dəyəri təqribən 186.550 (65 kv.metr x 2870 man) manat, likvid qiyməti 167.900 (186550-10%) manat müəyyən edilir. Həmin iş üzrə verilmiş ilkin rəyin nəticəsi ilə hazırkı ekspertiza zamanı müəyyən edilmiş nəticə arasındakı yaranmış fərq son dövrdə müşahidə edilən qiymət artımı ilə əlaqədar olmuşdur.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2(103)-2871/2024 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, A.N.İmanov və M.A.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi 67.000 manat, 4.466 manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcu, mənzilin ilkin satış qiymətinin 105.000 manat müəyyən edilməsi hissələrində dəyişdirilmiş, iddia qismən təmin edilərək, cavabdeh dən 57.000 manat və 304.4 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddia tələbinin cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi 9 “C” saylı evin 123 saylı mənzilinə yönəldilərək, mənzilin ilkin satış qiymətinin 167.900 manat müəyyən edilməklə açıq hərracdan satılması, onun satışından əldə olunmuş məbləğin kredit borcunun ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra cavabdehin mülkiyyətində olan sözügedən mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehə verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh sübutları birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırd ığından, təqdim etdiyi xx.xx.2022-ci il tarixli müqavilənin nüsxəsinin arxasında iddiaçı tərəfindən ümumilikdə 10.000 manatın onun özü tərəfindən təsdiq edildiyindən, lakin iddiaçı tərəfindən qeyd edilən məbləğin başqa münasibətlərdən irəli gələn pul vəsaitinə aid olması təsdiq edilmədiyindən, qeyd edilən sübutun mötəbərliyinə aid şübhələr mövcud deyil və o, 10.000 manat pul vəsaitinin qaytarılmasına dair sübut qismində nəzərə alınmalıdır.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ekspert rəyi ilə mənzilin dəyərinin fərqli olması müəyyən edildiyindən və sonuncu rəyin təkzib edilməsinə dair digər sübutlar təqdim edilmədiyindən, habelə tələb edilən əldən çıxmış gəlir (fayda) hissədə şikayət verilmədiyindən, 5 % dərəcə ilə isə tələbin olmaması və bu hissədə qənaətin əsassız olması nə zərə alınmaqla, qətnamə cavabdehdən 67.000 manat, 4.466 manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcu məbləğində pulun iddiaçının xeyrinə tutulması və Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 “C” saylı evin 123 saylı mənzilinə yönəldilərək, ilkin satış qiymətinin 105.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi üçün əsaslar vardır.

23. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş kredit müqaviləsinin arxasında cavabdehin pulu verməsinə və iddiaçının həmin pulu almasına dair müvafiq qeydlər vardır və həmin qeydlərə əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat və xx.xx.2022-ci il tarixdə 2000 manat olmaqla, ümumilikdə 10.000 manat ödəniş edilmişdir. Bu ödənişlərin başqa münasibətlərdən yarandığına dair sübutedici faktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 6-ci bəndində qeyd edilmişdir ki, borc verən müqavilə üzrə öhdəliyin icrasının təmamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir.

24. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 329.1,443.1, 443.2, 443.4, 443.7, 445.7, 448.1, 449.1, 739.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 1.01, 1.0.9, 33, 39.3.3-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-c ü il tarixli qərarına, habelə MPM-in 9.3, 14.2, 77.1, 217.1, 217.3, 372.1 və 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

26. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabbdeh üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi gecikdirilmiş vaxt üçün 4.466 manatın tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli idi. Belə ki, iddiaçıya olan borcun, yəni 67.000 manatın illik beş faizi 67000 x 5:100= 3350 manat, 1 aylı q məbləği isə 3350:12=279 manat təşkil etmişdir. Belə olan halda məhkəmə qeyd etmişdir ki, iddiaçıya gecikdirilmiş vaxt üçün borc 1 il 4 ay üçün hesablanmalıdır. Yəni, həmin məbləğ 3.350 manat (67.000x5:100)+1116 manat, (279x4)=4466 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehdən 67.000 manat, 4.466 manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcu iddiaçının xeyrinə tutulması barədə qərar qəbul etmişdir. Cavabdeh tərəf apellyasiya instansiya məhkəməsində heç bir əsas gətirmədən bu faktı mübahisələndirmiş, apellyasiya instansiya məhkəməsi də heç bir araşdırma aparmadan qanunla müəyyən olunmuş tələbi nəzərə almamış və bununla da maddi hüquq normaları apellyasiya instansiyası məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş və iş ma teriallarında olan cavabdehin 67.000 manat əsas borcunu təsdiq edən Bakı şəhəri, 23 saylı Notariat Kontorunun 8İ-3122- saylı, xx.xx.2023cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır.

27. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və eyni tarixli həmin müqaviləyə 1 saylı əlavənin, eləcə də Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 “C” saylı evin 123 saylı mənzilinin yüklü edilməsinə dair ipoteka müqaviləsi və ona 1 saylı əlavə müqavilənin etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Cavabdeh kassasiya şikayətini onunla əs aslandırmışdır ki, iş üzrə sözügedən kredit və ipoteka müqavilələri qanunvericiliyin tələblərinə zidd şəkildə bağlanmışdır. Digər tərəfdən iş üzrə cavabdeh bu müqavilələri aldatma və habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olmuşdur. Apellyasiya instansiya məhkəməsi bağlanmış müqavilələrin etibarsız olması və iddiaçının qanunsuz şəkildə gəlir əldə etmək niyətini nəzərə almadan işin faktiki hallarını tam araşdırmamış, işə səthi yanaşaraq cavabdehin əleyhinə əsassız və qanunsuz qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi sübutlara münasibət bildirmədən, yalnız müvafiq müqavilələrin rəsmi olaraq dövlət təminatı altında olan notariat orqanı tərəfindən təsdiq edildi yini və tərəflər arasında guya müvafiq razılaşma olduğunu qeyd etməklə cavabdehin ziyanına əsassız və qanunsuz qətnamə çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

31. Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

32. Maddə 443.2.Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

33. Maddə 443.4. Ə ldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

34. Maddə 443.7.Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

35. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş fiziin ödənilməsini tələb edə bilər.

36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Mad də 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

38. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götür ür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

39. Maddə 1.0.1.İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

40. Maddə 1.0.9. İlkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid)qiymətidir.

41. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutm a yönəldilə bilər.

42. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı

43. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsas lardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdı r.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq p ozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndiril diyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

54. Kassasiya instansiyası məhkəməsi iddianın- “pul məbləğinin ödənilməsini gecikdirməyə görə gecikdirilmiş vaxt üçün illik beş faiz pul tələbinə” aid hissədə istisna olmaqla, mübahisələndirilən qalan hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və həmin hissələrdə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, maddi və prosessual hüquq normalarının tələbləri düzgün tətbiq edildiyi üçün qətnamə qeyd olunan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

55. Lakin, kassasiya instansiyası məhkəməsi, iddianın- “pul məbləğinin ödənilməsini gecikdirməyə görə gecikdirilmiş vaxt üçün illik beş faiz pul tələbinə” aid hissədə apellyasiya instansiyası məhkəməs inin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin hissədə iş üzrə əhəmiyyətli olan hallar tam, hərtərəfli və obyektiv araşdırılmayıb.

56. Belə ki, işin mübahisə olunmayan hallarına görə, 16 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə faizsiz 55.000 manat kredit verib və 16 fevral 2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, 16 fevral 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə 12.000 manat əlavə edilib və bu səbəbdən də müqavilənin 1-ci bəndinə “borc verən borc alana 67.000 manat borc pul verir” kimi dəyişiklik edilib.

57. Həmçinin apellyasiya instansiyası məhkəməsi, cavabdehin məhkəməyə təqdim etdiyi sözügedən kredit müqaviləsinin üzərində tərəflərin apardıqları qeydlərə əsaslanaraq müəyyən etmişdir ki, cava bdeh 67.000 manat kredit borcundan iddiaçıya 17 mart 2022-ci ildə 2.000 manat, 19 aprel 2022-ci ildə 2.000 manat, 11 may 2022-ci ildə 2.000 manat, 16 iyun 2022-ci ildə 2.000 manat və 19 avqust 2022-ci ildə 2000 manat olmaqla, cəmi 10.000 manat qaytarıb.

58. Daha sonra işdən, iddia ərizəsindən görünür ki, tərəflər arasında bağlanmış sözügedən kredit müqaviləsinin müddəti 16 avqust 2022-ci il tarixdə bitib və iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə 06 aprel 2023-cü il tarixdə müraciət edib.

59. Hazırda digər tələblərlə yanaşı iddiaçı, cavabdehdən (borcludan) pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsini tələb edir.

60. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, iddiaçının cavabdehə qarşı qeyd olunan iddia təl əbinə, onun məzmununa, habelə onun öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallara diqqət yetirmədən, iddia tələbi üzrə heç bir dəqiqləşdirmə aparmadan, bir tərəfdən iddiaçının cavabdehə qarşı belə bir tələb irəli sürmədiyini qeyd etdiyi halda, digər tərəfdən birinci instansiya məhkəməsinin qətnaməsinə həmin hissədə də dəyişiklik edib (əslində ləğv etməli idi), iddianı həmin hissədə rədd etməklə əslində ziddiyyətli nəticəyə gəlib.

61. Ona görə də kassasiya instansiyası məhkəməsi, iddianın bu hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmır və hesab edir ki, əldən çıxmış faydanı özündə ehtiva edən zərərin əvəzinin ödənilməsi ilə bağlı ilk növbədə iddiaçının hazırkı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinin tələblər i nəzərdən keçirilə bilər.

62. Məlum olduğu kimi zərərin əvəzinin ödənilməsi mülki hüquqi məsuliyyətin ən geniş tətbiq edilən formasıdır. O, həm də mülki hüquq və vəzifələrin yaranma əsaslarından biri hesab olunur. Zərərin ödənilməsi pozulmuş mülki hüquqların bərpasının ən universal vasitəsi kimi bütün Mülki Məcəlləyə nüfuz edib. Zərərin ödənilməsi həm də ona görə universal xarakter daşıyır ki, o başqa müdafiə üsulları ilə birlikdə də tətbiq oluna bilər.

63. Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı verilib və həmin normada zərərin iki növü fərqləndirilir: real zərər və əldən çıxmış fayda. Normanın mənasına görə, real zərərin tərkibinə isə pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər və əmlakdan məhrum olma və ya əmlakın zədəl ənməsi nəticəsində yaranan zərər daxildir.

64. Əldən çıxmış fayda- hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və ya qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Əldən çıxmış fayda ağlabatan qiymətlər tətbiq edilməklə müəyyən oluna bilər.

65. Əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən, zərərçəkmiş qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Həmçinin əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərər çəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi) müəyyən edi lməlidir.

66. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş fiziin ödənilməsini tələb edə bilər.

67. Eyni hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da ifadə olunub.

68. Belə ki, həmin Qərarda göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsa slardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

69. Apellyasiya instansiyası məhkəməsi, mübahisələndirilən hissədə iddianın əsaslılığını qeyd olunan normaların tələbləri baxımından tam, hərtərəfli araşdırmadan, cavabdehin təqsiri üzündən iddiaçının həqiqətən əmlak itkisinə məruz qalıb-qalmadığını dəqiqləşdirmədən, iddia tələbini mübahisələndirilən hissədə rədd etməklə, əslində kredit müqaviləsinin müddəti bitdikdən sonra cavabdehin iddiaçının hesabına əsassız varlanmasına qanunsuz əsas yaradıb.

70. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanunilik və əsaslılıq baxımından MPM-in 217.1-ci maddəsi nin tələblərinə cavab vermir. Halbuki, həmin normanın mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

71. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

72. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onl arı əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

73. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da ifadə olunub.

74. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

75. Beləliklə, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- mübahisələndirilən hissədə lə ğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmaqla, iddia tələbi mübahisələndirilən hissədə dəqiqləşdirilməli və yalnız bundan sonra iddiaçının cavabdehə qarşı hazrıkı tələbinin əsaslılığına düzgün hüquqi qiymət verilməli və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2(103)-2871/2024 saylı qətnaməsi qismən - cavabdeh X İddiaçı xeyrinə illik 5 faiz bank uçot dərəcəsi hesabı ilə 4.466 manat pul tələbinə aid hissədə ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qalan mübahisəldəndirilən hissədə qətnamə dəyişdirilmədən, cavabdeh X kassasiya şikayəti isə təmin edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar