Məhkəmə qərarları › İş №2(004)-3908/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3908/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3908/2021 29.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «kredit» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə 26.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 02.09.2019-cu il tarixli, ********* saylı alğı-satqı müqaviləsi üzrə 279 manat əsas, 83 manat cərimə, 11.02.2019-cu il tarixli, ********* saylı alğı-satqı müqaviləsi üzrə 93 manat əsas, 27 manat cərimə, 01.06.2019-cu il tarixli, ********* saylı alğı-satqı müqaviləsi üzrə 234 manat əsas, 70 manat cərimə, 12.05.2019-cu il tarixli, ********* saylı alğı-satqı müqaviləsi üzrə 424 manat əsas, 127 manat cərimə olmaqla, cəmi 1337 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal rayon məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(004)-3908/2021 saylı qərardadı ilə iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçı MMC 16.06.2021-ci il tarixdə ərizə göndərərək 2(004)-3908/2021 saylı mülki iş üzrə məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 02.09.2019-cu il tarixli, ********* saylı, 11.02.2019-cu il tarixli, ********* saylı, 01.06.2019-cu il tarixli, ********* saylı, 02.05.2019-cu il tarixli, ********* saylı müddətli alğı-satqı müqavilələrinə əsasən müqavilələrdə nəzərdə tutulmuş əşyalar cavabdehə verilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq sonuncu dəfə 02.09.2019-cu il tarixli ********* saylı müqavilə üzrə 26.05.2020-ci il tarixində 70 manat, 11.02.2019-cu il tarixli ********* saylı müqavilə üzrə 06.01.2020-ci il tarixində 5 manat, 01.06.2019-cu il tarixli ********* saylı müqavilə üzrə üzrə 06.01.2020-ci il tarixində 5 manat, 12.05.2019 -cu il tarixli ********* saylı müqavilə üzrə 06.01.2020-ci il tarixində 10 manat ödəniş etmişdir. Hazırda cavabdehin dörd müqavilə üzrə cəmi 1337 manat borcu vardır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, o özü də İddiaçı MMC-də işləmişdir. Sonra onu işdən çıxarmışlar. Həmin müqavilələri də orada işləyən vaxtı bağlamışdır. Hazırda işləmir. Müqavilə varsa iddiaçı haqlıdır, əşyaları götürdüyünü etiraf edir, lakin indi işləmədiyindən borcu ödəyə bilmir. Əsas borcu hissə-hissə ödəyə bilər. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.09.2019-cu il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı («xxxx” MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.02.2019-cu il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı («xxxx” MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.06.2019-cu il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı («xxxx” MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.05.2019-cu il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı («xxxx” MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 02.09.2019-cu il tarixli, ********* nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, Cavabdeh “Samsung A705 Blue” markalı telefona görə ilkin ödəniş 250 manat olmaqla 6 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla cəmi 599 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 11.02.2019-cu il tarixli, ********* saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən, Cavabdeh “X1 6 Pro” markalı telefona görə ilkin ödəniş 100 manat olmaqla 12 ay ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla cəmi 419 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 01.06.2019-cu il tarixli, ********* saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən, Cavabdeh “Hi-Fi Airpods” markalı qulaqcığa görə ilkin ödənişsiz 12 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla cəmi 359 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 12.05.2019-cu il tarixli, ********* saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən, Cavabdeh “Xiaomi Redmi 9 SE” markalı telefona görə ilkin ödəniş 50 manat olmaqla 12 ay ödəniş cədvəli üzrə hər ay 63 manat olmaqla cəmi 749 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 04.11.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 02.09.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 279 manat ödənilməmiş hissə, 83 manat cərimə borcu olmaqla, ümumilikdə 362 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 04.11.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 11.02.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 93 manat ödənilməmiş hissə, 27 manat cərimə borcu olmaqla, ümumilikdə 120 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 04.11.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 01.06.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 234 manat ödənilməmiş hissə, 70 manat cərimə borcu olmaqla, ümumilikdə 304 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 04.11.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 12.05.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 424 manat ödənilməmiş hissə, 127 manat cərimə borcu olmaqla, ümumilikdə 551 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 02.09.2019-cu il tarixli ********* saylı müqavilə üzrə 20 manat, 11.02.2019-cu il tarixli ********* saylı müqavilə üzrə 5 manat, 01.06.2019-cu il tarixli ********* saylı müqavilə üzrə üzrə 20 manat, 12.05.2019-cu il tarixli ********* saylı müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02.09.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 279 manat əsas borc, 20 manat cərimə, 11.02.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 93 manat əsas borc, 5 manat cərimə, 01.06.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 234 manat əsas borc, 20 manat cərimə, 12.05.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 424 manat əsas borc, 20 manat cərimə olmaqla, ümumilikdə 1095 (bir min doxsan beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 02.09.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 279 manat əsas borc, 20 manat cərimə, 11.02.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 93 manat əsas borc, 5 manat cərimə, 01.06.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 234 manat əsas borc, 20 manat cərimə, 12.05.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 424 manat əsas borc, 20 manat cərimə olmaqla, ümumilikdə 1095 (bir min doxsan beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar