Məhkəmə qərarları › İş №2(004)-391/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-391/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-391/2022 19.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Məmmədov Zamin Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “restrukturizasiyanın təmin olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Turan Bank” ASC-yə qarşı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fərmanın qüvvəyə mindiyi günə 01.03.2019-cu il tarixinə sözügedən kredit müqaviləsi üzrə onun vaxtı keçmiş kredit müqaviləsi üzrə kredit borcu 9942.23 ABŞ dolları (16901.79 manat) təşkil etdiyindən həmin borcun restrukturizasiya edilməsinin 5 illik müddətə bərpa olunması barədə Cavabdeh ASC tərəfindən icra olunması vəzifəsinin onun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə onun arasında bağlanmış 11.11.2015-ci il tarixli İKN № 719/f-15 saylı kredit müqaviləsi (19000 ABŞ Dolları məbləğində) Fərmanın təsiri altına düşür.Fərmanın qüvvəyə mindiyi günə 01.03.2019-cu il tarixinə sözügüdən kredit müqaviləsi üzrə onun vaxtı keçmiş əsas kredit borcu 9942,23 ABŞ Dolları (16901,79) manat) təşkil etdiyindən həmin borcun restrukturizasiyası edilməsi nəzərdə tutulmuşdur. Qaydanın 6.16-cı bəndinə əasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Cavabdeh ASC isə Bakı Appelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli 2(103)-161/2019 saylı Qərardadında baxılmamış saxlanan mülki işin yenidən ərizə ilə müraciət edib təzələmək əvəzinə yeni iş kimi Nizamı rayonu Məhkəməsinə müraciət edir. Lakin, "xxxx" ASC tərəfindən qeyd edilən fərmanın tələbləri icra edilməsi məqsədi ilə restruktruzasiya aparmaq əvəzinə müxtəlif bəhanələrlə uzun müddət süründürülmüş və onun xəbəri, məlumatı olmadan “Turan Bank' ASC yenə də eyni məzmunla, yəni ona qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər, Nizami rayon Məhkəməsinə təkrarən müraciət etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fərmanın qüvvəyə mindiyi günə sözügedən kredit müqaviləsi üzrə onun vaxtı keçmiş kredit müqaviləsi üzrə kredit borcu 9942.23 ABŞ dolları (16901.79 manat) təşkil etdiyindən həmin borcun restrukturizasiya edilməsinin 5 illik müddətə bərpa olunması barədə Cavabdeh ASC tərəfindən icra olunması vəzifəsinin onun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Məmmədov Zamin Əli oğlu iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, İddiaçı kredit borcu üzrə yekun məhkəmə qərarı qəbul edilmişdir. «Turan Bank” ASC-yə olan 16901.79 manat məbləğində kredit borcunun illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli kredit müqaviləsinin bağlanılması barədə bankın üzərinə öhdəlik qoyula bilməz, çünki müqavilə azadlığı prinsipi vardır. Bu bankın hüququdur. Bank tərəfindən belə bir razılıq yoxdur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 719/f-15 saylı, 11.11.2015-ci il tarixli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh ASC tərəfindən cavabdehə illik faiz dərəcəsi 20 (iyirmi) % faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 19.000 (on doqquz min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 719/f-15 saylı, 11.11.2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı məxsus olan JEEP QRAND CHEROKEE, Ban 1C4RJFCG3EC24190U, buraxılış ili 2013-ci il olan avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-413/2021 nömrəli, 27.05.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nın cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ilə iddia qismən təmin edilmiş, İddiaçı “TuranBank" ASC-nin xeyrinə 9942.23 ABŞ dolları (16901,79 manat) borcun və iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan JEEP QRAND CHEROKEE, markalı ** SO *** dövlət qeydiyyat nişanlı, Ban 1C4RJFCG3EC24190U,buraxılış ili 2013-cü il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə edilən məbləğin hesabına cavabdehin Cavabdeh ASC-nə olan borcunun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 2(007)-413/2021 saylı, 27.05.2021-ci il tarixli qərardadın surətindən müəyyən olunur ki, iş üzrə “Cavabdehə fərmanın qüvvəyə mindiyi günə 01.03.2019-cu il tarixinə sözügedən kredit müqaviləsi üzrə onun vaxtı keçmiş kredit müqaviləsi üzrə kredit borcu 9942,23 ABŞ dolları (16901,79 manat) təşkil etdiyindən həmin borcun restrukturizasiya edilməsinin 5 (beş) illlik müddətə bərpa olunması barədə "xxxx" ASC-yə və ya müvafiq icra hakimiyyəti orqanına qarşı iddia qaldırmaq hüququ olması izah olunmuşdur. İş materialarında olan 18.12.2019-cu il tarixli iddiaçının nümayəndəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış ərizədən müəyyən olunur ki, JEEP QRAND CHEROKEE, markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi xahiş olunmuşdur. İş materialarında olan Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli 2(103)-10808 saylı Qərardadı ilə İddiaçı məxsus JEEP GRAND CHEROKEE, ban 1C4RJFCG3EC241900, buraxılış ili 2013-cü il, **-SO-*** dövlət nömrə nişanlı avtomobilin istismarına qoyulmuş qadağa ləğv edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli № 2(007)- 2391/2020 saylı Qərardadı ilə əsasında Azərbaycan Respubliksı Mərkəzi Bankına ünvanlanmış sorğuya Mərkəzi Bankının 11 dekabr 2020-ci il tarixli, 16-04768-2020 saylı cavab məktubunda qeyd olunur ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 11.11.2015ci il tarixli İKN № 719/f-15 saylı kredit müqaviləsi (19000 ABŞ Dolları məbləğində) Fərmanın təsiri altına düşür, Fərmanın qüvvəyə mindiyi günə 01.03.2019-cu il tarixinə sözügüdən kredit müqaviləsi üzrə cavabdehin vaxtı keçmiş əsas kredit borcu9942,23 ABŞ Dolları (16901,79) manat) təşkil etdiyindən həmin borcun restrukturizasiyası edilməsi nəzərdə tutulmuşdur, qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. İş materiallarında olan cavabdeh İddiaçı "xxxx" ASC-nin Binəqədi rayon filialına ünvanladığı 27.12.2019-cu il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı JEEP QRAND CHEROKEE, markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin resturukturuzasiyasının aparılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. İş materiallarında olan cavabdeh İddiaçı "xxxx" ASC-ə ünvanladığı 17.07.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, 16901.79 manat məbləğində kredit borcunun illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli kredit müqaviləsinin bağlanılması barədə müqavilə bağlanmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı 02.08.2021-ci il tarixli müraciətə baxılmasının nəticəsi haqqında məktubda qeyd olunur ki, fərmana əsasən kreditlərin resturukturuzasiya edilməsi müddəti 31.12.2019-cu il tarixində bitmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı «Turan Bank” ASC-yə olan 16901.79 manat məbləğində kredit borcunun restrukturizasiya edilməsi ilə bağlı banka müraciət etmiş, Bank tərəfində iddiaçının gözlədiyi və almaq istədiyi cavabı almamışdır. Bank bununla bağlı heç bir qanun pozuntusuna yol verməmişdir. İddiaçı istədiyi yeni müqavilənin bağlanması cavabdehin vəzifələrinə aid deyil və həmin müqavilənin bağlanması vəzifəsi «Turan Bank” ASC -nin üzərinə qoyula bilməz. Çünki, Mülki Məcəllənin 390-cu maddəsinin tələblərinə uyğun olaraq tərəflər müqavilələri azad surətdə bağlaya bilərlər, həmin şərtlər dispozitivdir və tərəflərdən heç biri həmin hərəkətləri etməyə məcbur edilə bilməz. Bunan əlavə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-413/2021 nömrəli, 27.05.2021-ci il tarixli qətnaməsi ilə hazırda iddiaçının borc məbləğinin resturukturuzasiya olunmasını mübahisələndirdiyi kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı “TuranBank" ASC-nin xeyrinə 9942.23 ABŞ dolları (16901,79 manat) borcun və iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan JEEP QRAND CHEROKEE, markalı ** SO *** dövlət qeydiyyat nişanlı, Ban 1C4RJFCG3EC24190U,buraxılış ili 2013-cü il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə edilən məbləğin hesabına cavabdehin Cavabdeh ASC-nə olan borcunun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdeh İddiaçı ünvanlandığı 14 dekabr 2020-ci il tarixli məktuba istinad edərək fərmanın tətbiqi ilə əlaqədar güzəştli kreditlərin bağlanması müddətinin 2019-cu ilin 31 dekabrında başa çatdığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsində əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Həmin Fərmanın 6.1-ci bəndinə əsasən, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməkləri tövsiyə edilmişdir. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fərmanın qüvvəyə mindiyi günə 01.03.2019-cu il tarixinə sözügedən kredit müqaviləsi üzrə onun vaxtı keçmiş kredit müqaviləsi üzrə kredit borcu 9942.23 ABŞ dolları (16901.79 manat) təşkil etdiyindən həmin borcun restrukturizasiya edilməsinin 5 illik müddətə bərpa olunması barədə Cavabdeh ASC tərəfindən icra olunması vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar