Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3916/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olan 13 noyabr 2007-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehin bütün aylıq gəlirlərinin ¼ hissəsi miqdarında alimentin, məhkəməyə müraciət üçün çəkdiyi 750 (yeddi yüz əlli) manat məbləğində xərcin, 50 (əlli) manat məbləğində mediasiya xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli qətnaməsi ilə cavabdehlə bağlanılmış nikahın pozulması və onunla birgə nikahdan olan 13 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çalanadək saxlanılması üçün ondan 70 (yetmiş) manat məbləğində alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə sözügedən alimentin məbləği 154 manata artırılmışdır. Cavabdehin rəsmi iş yeri vardır. O. AZFEN B.M-də çalışır. İş yerindən təqdim edilmiş arayışda onun aylıq gəlirlərinin 1300- 1500 manat aralığında dəyişdiyi qeyd edilmişdir. Qeyd edir ki, ödənilən aliment məbləği uşağın aylıq xərclərinin ödənilməsinə kifayət etmir. Uşağın təhsil alması ilə bağlı əlavə zəruri xərcləri yaranmışdır. Eyni zamanda cavabdeh gəlirlərinin olmasına baxmayaraq aliment öhdəliklərini vaxtında və müntəzəm icra etmir. Onun aliment borcu da yaranmışdır. Cavabdeh etirazla məhkəməyə müraciət edərək İddiaçı ona qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsinin yenidən mediasiya təşkilatına gödərilməsi barədə qərardad qəbul edilməsi və İddiaçı ona qarşı “aliment miqdarının artırılması tələbinə” dair iddia ərzəsinin “iddia ərizəsində məhkəməyə müraciət üçün çəkdiyi 750 manat məbləğində xərcin, 50 manat məbləğində mediasiya xidməti haqqının tutulması” hissəsi tam əsassız olması səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı “aliment miqdarının artırılması tələbinə” dair iddia ərizəsinə etiraz edir və iddia tələbini tam əsassız hesab edir. Belə ki, o məhkmə qaydasında təyin edilmiş alimenti bu günə kimi vaxtında tam ödəmişdir. Həmçinin iddiaçı ona alimentin miqdarının artırılması barədə heç bir məlumat verməmişdir. Mediasiya mərhələsində o Ağdam rayonunda olan zaman, birdən mediator ona zəng edib bidirir ki, “səhər mediasiyadır gəlməlisən”, o mediatordan xahiş edir ki, bir gün sonraya təyin etsin gəlib iştirak edir və məsələni məhkəməyə çıxartmadan mediasiyada həll edir. Amma mediator yəqin iddiaçının vəkilinin fikirlərini əsas götürüb, yəni onun mənafeyini üstün tutub və tez-tələsik qarşı tərəfə arayış verib ki, işi məhkəməyə göndərilsin. Çünki, iddia ərizəsinin məzmunundan da aydın olur ki, vəkil mediatorun köməkliyi ilə iddiaçıdan və iddiaçının əli ilə ondan pul qoparmaq niyəti olmuş və aşkar şəkildə bu niyətini gizlətmədən ona qarşı 750 manat məbləğində hüquqi yardım pulu tələb edir. Birincisi əgər aliment miqdarının artırılmasını iddiaçı ona özünün meditoru vasitəsi ilə normal sessiya təşki etsəydi, o həmin alimentin miqdarını artırıb yerindəcə sülh yolu ilə məsələnin həll olunmasına tam razı idi. Qeyd edir ki, iddiaçı mediatoru özü seçmiş, onun yaşadığı ərazi üzrə meditora müraciət etməmişdir. Hal-hazırda da o, işin baxışını məhkəmədən dayandırıb, mediasiyaya göndərilməsini xahiş edir. O, qızı 13 noyabr 2007ci il təvəllüdlü X2 üçün hər ay qanunla tələb olunan məbləği ödəməyə tam hazırdır. O, bunu mediasiyada etməyi öhdəsinə götürür, bunun üçün ona məhkəmə açmaq gərək deyildir. Əgər iddiaçıya aliment miqdarının artırılması bu qədər vacib idisə niyə ona hər hansı bir formada məlumat verməmişdir. İkincisi əgər doğurdan da iddiaçıya alimentin miqdarını qaldırıb uşağın ehtiyacları üçün xərcləyəcək idisə və niyə onda vəkilə 750 manat pul verməlidir, çünki elə bu məsələ mediasiya mərhələsində həll edilən idi. Əks halda iddiaçının bu hərəkətləri başa düşülən deyildir, ona qarşı qərəzi bir hərəkət kimi qiymətləndirilməlidir. Məhkəməyə təqdim etdiyi etirazdakı göstərdiyi hallar, məhkəmə tərəfindən nəzərə alınmalı İddiaçı ona qarşı “aliment miqdarının artırılması tələbinə" dair iddia ərzəsinin iddia ərizəsində məhkəməyə müraciət üçün çəkdiyi 750 manat məbləğində xərcin, 50 manat məbləğində mediasiya xidməti haqqının tutulması hissəsi tam əsassız olması səbəbindən rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı X3 nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-5088/2018 saylı qətnaməsinə əsasən iddiaçı X3 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilərək Cavabdeh 13 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat məbləğində alimentin tutulması qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İş materiallarında olan AZFEN B.M tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən Azf-100 layihəsində havalandırma operatoru vəzifəsində çalışır və 1002 manat vəzifə maaşı, 1002 manat əsas əmək haqqı alır. İş materiallarında olan "xxxx" MMC ilə X6 arasında 24 may 2023-cü il tarixdə 62/23 saylı hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. 24 may 2023-cü il tarixli İUD seriyalı 070962 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X6 tərəfindən 24 may 2023-cü il tarixdə 62/23 saylı hüquqi xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən "xxxx" MMC-yə 250 manat ödəniş edilmişdir. 14 iyul 2023-cü il tarixli İUD seriyalı 070984 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X6 tərəfindən 24 may 2023-cü il tarixdə 62/23 saylı hüquqi xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən "xxxx" MMC-yə 247 manat ödəniş edilmişdir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment hazırda yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Habelə, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının aliment məbləğinin artırılması tələbi təmin edilərək Cavabdeh 13 noyabr 2007-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan başqa iddia tələbinin hüquqi xidmətlərin göstərilməsi hissəsində məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı hüquqi xidmətlər üçün 750 manat ödədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə 24 may 2023-cü il tarixli 62/23 saylı hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə 24 may 2023-cü il tarixdə 250 manat və 14 iyul 2023-cü il tarixdə isə 247 manat olmaqla, ümumilikdə 497 manat ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və Cavabdeh hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 497 (dörd yüz doxsan yeddi) manat məbləğində pul və 50 (əlli) manat məbləğində mediasiya xidməti tutularaq, iddiaçı X3 xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 13 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 13 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində aliment tutularaq, iddiaçı X5 ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Cavabdeh hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 497 (dörd yüz doxsan yeddi) manat məbləğində pul və 50 (əlli) manat məbləğində mediasiya xidməti tutularaq, iddiaçı X3 xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 13 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində aliment tutularaq, iddiaçı X5 ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Cavabdeh hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 497 (dörd yüz doxsan yeddi) manat məbləğində pul və 50(əlli) manat məbləğində mediasiya xidməti tutularaq, iddiaçı X3 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3916/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3916/2023
06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver