Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-393/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı və Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən mövcud olmuş ipoteka kreditinin ödənilməsinə dair hesablanmış planının etibarsız hesab edilməsi, cavabdeh tərəfindən onun adına saxlanılmış 3.093,85 manat borcun silinməsi və etdiyi ödənişlərin, eləcə də kredit faizlərinin ekspertin iştirakı ilə dəqiq və düzgün hesablanması yolu ilə cavabdehin ona olan 4.000 manat borcunun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh QSC-dən 84 ay müddətinə qaytarmaq şərti ilə (aylıq faiz dərəcəsi 1,3333 olmaqla) 60.000 manat ipoteka krediti almışdır. xx.xx.2017-ci il tarixdə əsas məbləğdən 20.000 manatı birdəfəlik ödəniş etmişdir. 2018-ci ildə isə əsas məbləğdən 5.000 manat birdəfəlik ödəmişdir. Aldığı 60.000 manatdan 25.000 manatı vaxtından əvvəl qaytarmışdır. Yəni, borcun 40%-dən çox hissəsini vaxtından əvvəl ödəməsinə baxmayaraq bankın bildirdiyinə görə ödənişlərdə 40% azalma yoxdur. Ödədiyi 25.000 manatın faizlərini bank ondan öncədən tutub, ödəniş cədvəlinə daxil edib. Bu da onu sübut edir ki, ödəniş cədvəli düzgün tərtib edilməyib. Nəticədə bank ondan artıq ödəniş almışdır. O, borcun hamısını, hətta 4.000 manat artıq ödəniş etmişdir. Sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə etməklə banka olan borcunu tam ödəmişdir. Lakin hesab edir ki, müqavilə üzrə ödəməli olduğu vəsaitdən artıq pul ödəmişdir. Bu səbəbdən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ödədiyi vəsaitin əsas borc, faiz borcu və cərimə borcuna hansı qaydada silinməsinin, silinmənin düzgün aparılıb-aparılmaması, nə qədər artıq ödəniş etməsinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/5028 nömrəli ekspert rəyinə əsasən onun xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə kimi Cavabdeh QSC-yə 1.230,90 manat artıq ödəniş etməsi müəyyən edilmişdir. O, ekspertin rəyi ilə razıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh QSC 84 ay müddətinə qaytarmaq şərti ilə (aylıq faiz dərəcəsi 1,3333 olmaqla) İddiaçı 60.000 manat ipoteka krediti vermişdir. İddiaçı xx.xx.2013-cü il tarixli müqavilə üzrə ödənişlərində çətinlik yaranmaması üçün tərəflər arasında xx.xx.2016-cı, xx.xx.2016cı, xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixli sazişlər bağlanmaqla, aylıq ödənişlərin qaydaları müəyyən edilmiş, Bank iddiaçının artıq ödədiyi vəsaitləri əvvəlcə onun əsas borcundan silmişdir. Faizlərin ödənilməsi isə sonraya saxlamışdır. İddiaçı banka artıq ödənişi yoxdur. xx.xx.2020-ci il tarixdə banka olan borcunu tam ödəmişdir. Bank xx.xx.2021-ci il tarixli 9/5028 nömrəli ekspert rəyi ilə razı deyildir. Hesab edir ki, əlavə ekspertiza təyin edilərsə, idiaçının banka artıq ödəniş etmədini müəyyən etmək olar. Hesab edir ki, iddia əsassızdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri və məhkəmə mühasibatlıq ekspertizasının rəyini nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2013-cü il tarixli 09R000009738 nömrəli kredit razılaşmasına əsasən Cavabdeh QSC borcalan İddiaçı 84 ay müddətinə qaytarmaq şərti ilə (aylıq faiz dərəcəsi 1,3333 olmaqla) 60.000 manat ipoteka krediti vermişdir. xx.xx.2013-cü il tarixli 09R000009738 nömrəli kredit razılaşması üzrə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli sazişə görə kreditin qalıq məbləğinə xx.xx.2016cı il tarixdən aylıq 1,3333 % dərəcəsi ilə hesablanır. xx.xx.2013-cü il tarixli 09R000009738 nömrəli kredit razılaşması üzrə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli sazişə görə kreditin qalıq məbləğinə xx.xx.2016cı il tarixdən aylıq 1,3333 % dərəcəsi ilə hesablanır. xx.xx.2013-cü il tarixli 09R000009738 nömrəli kredit razılaşması üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli sazişə görə kreditin qalıq məbləğinə xx.xx.2017ci il tarixdən aylıq 1,3333 % dərəcəsi ilə hesablanır. xx.xx.2013-cü il tarixli 09R000009738 nömrəli kredit razılaşması üzrə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli sazişə görə kreditin qalıq məbləğinə xx.xx.2018ci il tarixdən aylıq 1,3333 % dərəcəsi ilə hesablanır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh QSC-yə nə qədər əsas və faiz ödəməli olduğunu, ödədiyi pul vəsaitinin hansı hissəsinin əsas borc, faiz borcu və cəriməyə silinməsinin, silinmənin hansı ardıcıllıqla və düzgün aparılıb-aparılmamasını, artıq ödənişin olubolmamasının müəyyən edilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli 9/5028 nömrəli ekspert rəyindən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh QSCyə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ümumilikdə xx.xx.2020-ci il tarixədək (son ödəniş tarixinədək) 95.910,92 manat ödəniş aparılmışdır. Ödənilmiş 95.910,92 manat puldan 34.680,02 manat faiz borcuna, 60.000 manat isə əsas borca silinir. (bax cədvəl məlumatlarına). İş materiallarından göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh QSC-yə ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; xx.xx.2013-cü il tarixli 09R000009738 nömrəli kredit razılaşması; xx.xx.2013-cü il tarixli 09R000009738 nömrəli kredit razılaşması üzrə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli saziş; xx.xx.2016-cı il tarixli saziş; xx.xx.2017-ci il tarixli saziş; xx.xx.2018-ci il tarixli sazişin şərtlərinə müvafiq olaraq İddiaçı xx.xx.2020-ci il tarixə (son ödəniş tarixinə) Cavabdeh QSC-yə 1.230,90 manat artıq ödənişi müəyyən edilir. Həmçinin silinmənin hansı ardıcıllıqla aparılması və vaxtından əvvəl ödənilmiş 25.000 (20.000+5.000) manat cədvəl məlumatlarında öz əksini tapmışdır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Bank müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, müqavilədə nəzərdə tutulmuş 60.000 manat vəsaiti xx.xx.2014-cü il tarixdə borcalana ödəmişdir. Borcalan xx.xx.2013-cü il tarixli kredit razılaşması və həmin razılışma üzrə bağlanmış sazişlərin şərtlərinə uyğun olaraq borcunu vaxtından əvvəl banka ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixə (son ödəniş tarixinə) Cavabdeh QSC-yə 1.230,90 manat artıq ödəniş etmişdir. İddiaçı artıq etdiyi ödənişi bankdan geri tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2020-ci il tarixə kimi Cavabdeh QSC-yə artıq ödədiyi 1.230,90 manat vəsait və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.260,90 manat pul Cavabdeh QSC-dən tutularaq İddiaçı qaytarılmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. Çünki, İddiaçı 1.230,90 manat vəsaiti artıq ödədiyini sübuta yetirsə də, iddia tələbinin geri qalan hissəsini sübuta yetirə bilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 100 manat pul Cavabdeh QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2020-ci il tarixə kimi Cavabdeh QSC-yə artıq ödədiyi 1.230,90 manat vəsait və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.260,90 (bir min iki yüz altmış manat doxsan qəpik) manat pul Cavabdeh QSC-dən tutularaq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 100 (yüz) manat pul Cavabdeh QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-393/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-393/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver