Məhkəmə qərarları › İş №2(004)-3942/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3942/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3942/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış 25.12.2019-cu il tarixli, nzazl0972_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 3423.67 manat məbləğində cavabdehə kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 25.12.2019-cu il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 25.12.2019-cu il tarixli, nzaz10972_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 25.12.2019-cu il tarixli, nzazl0972_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.Tərəflər arasında bağlanmış 25.12.2019-cu il tarixli, nzazl0972_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 25-dən gec olmayaraq hər ay 58,53 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 25.12.2019-cu il tarixli, nzazl0972_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3386.67 manat, faiz borcuna görə 10.17 manat, dəbbə borcuna görə 0 manat, borcun cəmi məbləği 3396.84 manat təşkil edir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25.12.2019-cu il tarixli, nzaz10972_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3386.67 manat, faiz borcuna görə 10.17 manat, cəmi 3396.84 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini etiraf edərək bildirdi ki, düzdür o bankdan kredit götürmüş və bir müddət kreditini vaxtlı-vaxtında ödənişlər etmişdir. Lakin sonradan ödənişlərində çətinliklər yaranmış və bu barədə banka müraciət edərək ona vaxt verilməsini xahiş etmişdir. Lakin bankın əməkdaşları onun müraciətinə məhəl qoymamışdırlar. Hazırda tutulacaq məbləği birdəfəyə ödəyə bilmir, ancaq müyyən məbləğlərdə hissə-hissə ödənişlər edə bilər. Hər ay pensiyasından 50 manat ödəniş edə bilər. Qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Cavabdeh2 iddia tələbini etiraf edərək bildirdi ki, iş üzrə digər cavabdeh onun anasıdır. Belə ki, anası bankdan kredit götürmüş və o, həmin kredit müqaviləsi üzrə zamin durmuşdur. Bir müddət kredit borclarını ödəsələr də, lakin sonradan ödənişlərində axsamalar yaranmışdır. Hazırda o da, iş yerini itrmiş və bir müddətdir ki, işsizdir. Bankın tələb etdiyi məbləği birdəfəyə ödəyə bilmirlər. Odur ki, tutulacaq məbləğin hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC-nin «Nizami» filialı ilə Cavabdeh1 arasında bağlanmış nzaz10972_KMP saylı, 25.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 1 faizlə 60 ay müddətinə 3423.67 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 ilə İddiaçı ASC arasında 25.12.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC-nin «Nizami» filialı ilə Cavabdeh1 arasında bağlanmış nzaz10972_KMP saylı, 25.12.2019-cu il tarixli kredit müqaviləsindən, Cavabdeh2 isə İddiaçı ASC-nin «Nizami» filialı ilə aralarında bağlanmış nzaz10972_KMP saylı, 25.12.2019-cu il tarixli zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə bank qarşısında birgə məsuliyyət daşıyaraq, müştərək qaydada 3386.67 manat əsas, 10.17 manat faiz borcları yaranmışdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlamaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25.12.2019-cu il tarixli, nzaz10972_KMp saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3386 (üç min üç yüz səksən altı) manat 67 (altmış yeddi) qəpik, faiz borcu üzrə 10 (on) manat 17 (on yeddi) qəpik, cəmi 3396 (üç min üç yüz doxsan altı) manat 84 (səksən dörd) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25.12.2019-cu il tarixli, nzaz10972_KMp saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3386 (üç min üç yüz səksən altı) manat 67 (altmış yeddi) qəpik, faiz borcu üzrə 10 (on) manat 17 (on yeddi) qəpik, cəmi 3396 (üç min üç yüz doxsan altı) manat 84 (səksən dörd) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar