Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3955/2025 24.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) manat pulun və 80 (səksən) manat dövlət rüsumunun cəmi 6080 (altı min səksən) manat pulun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin yay aylarında Cavabdeh tərəfindən ona hissə-hissə 6000 (altı min) manat məbləğində borca pul almışdır. Bundan sonra, o, dəfələrlə Cavabdeh 6000 (altı min) manat pulu tələb etməyinə baxmayaraq həmin pulu ondan ala bilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirir və pulu qaytarmaqdan yayınır. İddiaçı bu barədə hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmiş və Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci PŞ-də araşdırma aparılmışdır, Cavabdeh izahat alınaraq ondan aldığı pulu etiraf etmiş və ən qısa müdət ərzində pulu ödəyəcəyini qeyd etmişdir. Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci PŞ- nin xx.xx.2024-cü il tarixli məktubu ilə mənə mülki qaydada məhkəməyə müraciyət edilməsi tövsiyə olunmuşdur. (Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci PŞ-nin xx.xx.2024-cü il tarixli məktubunun surəti iddia ərizəsinə əlavə edilir). Bir sözlə, o onun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə aldatmış və nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəfin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov RPİ-nin 18-ci PŞ-nin aldığı izahatda Cavabdeh qeyd edir ki, o, Ramildən 5700 manat pulu borc olaraq almış, həmin məbləğin 700 manatını qaytarmışdır. Yerdə qalan 5000 manatı isə əlinə düşdükcə hissə-hissə ödəyəcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı öz tələbinin əsası kimi cavabdehə 6000 manat məbləğində borca pul verdiyini bildirərək, cavabdeh əsassız olaraq pul məbləğini qaytarmadığından həmin pulun ona qaytarılmasını tələb edir. Cavabdeh məhkəmə iclasında bilavasitə iştirak etməsə də, qeyd olunan mübahisə ilə bağlı iddiaçının şikayəti əsasında hüquq-mühafizə orqanlarında aparılan araşdırma zamanı izahat vermişdir. Həmin izahatda həqiqətən iddiaçıdan 5700 manat məbləğində borca pul aldığını, həmin vəsaitin 700 manatını İddiaçı qaytardığını bildirmişdir. Beləliklə, iddia tələbini qismən, 5700 manat həcmində etiraf etmişdir. Cavabdehin istinad etdiyi digər məsələ 700 manat məbləğində vəsaitin iddiaçıya qaytarılması ilə bağlıdır. Lakin bununla bağlı, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında borc münasibətlərinin mövcud olduğu işin mübahisəsiz halıdır. Lakin tərəflər arasında 5700 manat məbləğində pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdehin izahatı ilə 5700 manat məbləğində pulun iddiaçı tərəfindən ona verildiyi təsdiq olunur. Ona görə də, tərəflər arasında bağlanmış 5700 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı pulu ona geri qaytarmalıdır. Bundan əlavə, iddiaçı iddia tələbində 6000 manat borc verdiyini bildirsə də, həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5700 (beş min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 4 (dörd) manat (80-76=4) iddiaçıya aid edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5700 (beş min yeddi yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 76 (yetmiş altı) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5700 (beş min yeddi yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 76 (yetmiş altı) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 4 (dörd) manat (80-76=4) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3955/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3955/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver