Məhkəmə qərarları › İş №2(004)-3960/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3960/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3960/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2013-cü il tarixdə məhkəməyə müraciət edərək, borclulardan 695 manat əsas borc, 312 manat cərimə, 50 manat nümayəndəlik xərci və 21 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1078 manat tutulması haqqında əmr çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-6778/2013 nömrəli əmri ilə ərizə təmin edilmiş, 695 manat əsas borc, 312 manat cərimə və 21 manat dövlət rüsumu olmaqla, cəmi 1078 manat pul vəsaitinin xx.xx.1981-ci ildə Puşkin rayonu Kirovka kəndində anadan olmuş, Biləsuvar rayonu Günəşli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Cavabdeh1 və xx.xx.1987-ci ildə ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə göstəriş verilmişdir. Borclu Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz təqdim edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-6778/2013 nömrəli məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3960/2023 nömrəli qərardadı ilə borclu Cavabdeh2 etirazı təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-6778/2013 nömrəli məhkəmə əmri ləğv edilmiş, kreditor İddiaçı borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə rəsmi qaydada xəbərdarlıq edilsə də, İddiaçı və Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədi və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədiyi və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.7-ci maddələrinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar