Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3998/2021 08.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 23.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3294,99 manat əsas borc, 389,79 manat faiz borcu, 247,91 manat cərimə borcu olmaqla cəmi 3932,69 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 23.09.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 23.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 20 faizlə 24 ay müddətinə 6000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03.05.2021-ci il tarixinədək Cavabdeh banka 23.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3294,99 manat əsas borc, 389,79 manat faiz borcu, 247,91 manat cərimə borcu olmaqla cəmi 3932,69 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında həqiqətən də müvafiq kredit müqaviləsinə əsasən bankdan kredit götürdüyünü, lakin, maddi vəziyyəti pisləşdiyinə görə borcunu qaytara bilmədiyini göstərmiş və hesablanmış cərimənin azaldılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh ilə “xxxx” İKB ASC arasında bağlanılmış 23.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik 20 faizlə 24 ay müddətinə 6000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 03.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka borcu 3294,99 manat əsas borc, 389,79 manat faiz borcu, 247,91 manat cərimə borcu olmaqla cəmi 3932,69 manat təşkil edir. Beləliklə, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, kredit müqaviləsi ləğv edilməklə, cavabdehdən 3294,99 manat əsas borc, 389,79 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla cəmi 3734,78 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. İddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 23.09.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 23.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3294,99 manat əsas borc, 389,79 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla cəmi 3734,78 (üç min yeddi yüz otuz dörd manat 78 qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan cərimənin qalan hissəsində təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3998/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3998/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver