Məhkəmə qərarları › İş №2(004)-400/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-400/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-400/2021 15.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il tarixli 101.LN.1604.010316.00001 saylı kredit müqaviləsi üzrə yaranmış 6.685,72 ABŞ dolları əsas borc, 1.662,64 ABŞ dolları faiz borcu və 738,17 ABŞ dolları cərimə olmaqla, cəmi 9.086,53 ABŞ dolları borcun; xx.xx.2016-cı il tarixli 101.LN.1604.010316.00002 saylı kredit müqaviləsi üzrə yaranmış 8.639,80 manat əsas borc, 2.369,13 manat faiz borcu və 1.050,40 manat cərimə olmaqla, cəmi 12.059,33 manat borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 101.LN.1604.010316.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 12.800 manat; xx.xx.2016-cı il tarixli 101.LN.1604.010316.00001 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 9.970 ABŞ dolları kredit verilmişdir. Lakin borclu hər iki kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, krediti və faizləri vaxtında ödəməmişdir. xx.xx.2016-cı il tarixli 101.LN.1604.010316.00002 saylı kredit müqaviləsi üzrə 8.639,80 manat əsas borc, 2.369,13 manat faiz borcu və 1.050,40 manat cərimə olmaqla, cəmi 12.059,33 manat borcu, xx.xx.2016-cı il tarixli 101.LN.1604.010316.00001 saylı kredit müqaviləsi üzrə 6.685,72 ABŞ dolları əsas borc, 1.662,64 ABŞ dolları faiz borcu və 738,17 ABŞ dolları cərimə olmaqla, cəmi 9.086,53 ABŞ dolları borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməklə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2016-cı il tarixli 101.LN.1604.010316.00001 nömrəli kredit müqaviləsinə əsasən kreditor “xxxx” ASC borcalan Cavabdeh illik 20 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 9970 ABŞ dolları kredit vermişdir. xx.xx.2016-cı il tarixli 101.LN.1604.010316.00002 nömrəli kredit müqaviləsinə əsasən kreditor “xxxx” ASC borcalan Cavabdeh illik 22 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 12.800 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilələr üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2018-ci il tarixli 05/876 nömrəli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli 101.LN.1604.010316.00001 nömrəli kredit müqaviləsi üzrə banka xx.xx.2018-ci il tarixə 6.685,72 ABŞ dolları əsas borc, 1.662,64 ABŞ dolları faiz borcu, 738,17 ABŞ dolları cərimə olmaqla, cəmi 9.086,53 ABŞ dolları borcu yaranmışdır. xx.xx.2018-ci il tarixli 05/877 nömrəli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli 101.LN.1604.010316.00002 nömrəli kredit müqaviləsi üzrə banka xx.xx.2018-ci il tarixə 8.639,80 manat əsas borc, 2.369,13 manat faiz borcu, 1.050,40 manat cərimə olmaqla, cəmi 12.059,33 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixli 101.LN.1604.010316.00001 nömrəli kredit müqaviləsi üzrə tənasübsüz surətdə hesablanmış yüksək 738,17 ABŞ dolları cərimə azaldılaraq 50 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 101.LN.1604.010316.00002 nömrəli kredit müqaviləsi üzrə tənasübsüz surətdə hesablanmış yüksək 1.050,40 manat cərimə azaldılaraq 100 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2016-cı il tarixli 101.LN1604.010316.00001 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.685,72 ABŞ dolları əsas borc, 924,47 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 7.660,19 ABŞ dolları; xx.xx.2016-cı il tarixli 101.LN1604.010316.00002 nömrəli kredit müqaviləsi üzrə yaranmış 8.639,80 manat əsas borc, 1.318,72 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 10.058,52 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməlidir. İddia tələbi dəbbə pulunun qalan hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli 101.LN1604.010316.00001 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.685,72 ABŞ dolları əsas borc, 924,47 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 7.660,19 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə); xx.xx.2016-cı il tarixli 101.LN1604.010316.00002 nömrəli kredit müqaviləsi üzrə yaranmış 8.639,80 manat əsas borc, 1.318,72 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 10.058,52 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7.660,19 (yeddi min altı yüz altmış ABŞ dolları on doqquz sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və 10.088,92 (on min səksən səkkiz manat doxsan iki qəpik) manat pul tutularaq ləğv prosesində olan “xxxx” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar