Məhkəmə qərarları › İş №2(004)-4006/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4006/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4006/2022 31.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 İlham oğlunun sədrliyi ilə İddiaçı Unibank KB ASC-nin cavabdeh X2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddialara dair ərizəsinə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Unibank KB ASC cavabdeh X2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb cavabdeh X1 vəfat etdiyini müəyyən edərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, iş materiallarında olan şəxsin məlumatlarının Elektron Məhkəmə sistemindən çıxarışından görünür ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir, iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, iş üzrə müəyyən edilir ki, iddia ərizəsi iş üzrə cavabdeh şəxs vəfat etdikdən sonra verildiyindən və cavabdehə qarşı iddia verildiyi an onun prosessual hüquq qabiliyyətinə xitam verildiyindən mülki işin məhkəmədə baxılması mümkün deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 261.0.3 -264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Unibank KB ASC-nin cavabdeh X2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddialara dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar