Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4012/2020 10.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı “xxxx” LTD MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” LTD MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2160 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olan pulun alınaraq “xxxx” LTD MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il trixli, 2(004)-4012/2020 saylı məhkəmə əmri ilə borclu Cavabdeh 2160 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Əmrdən vaxtında etiraz verildiyindən Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il trixli, 2(004)-4012/2020 saylı qərardadı ilə məhkəmə əmri ləğv edilərək iddia icraata keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə borclu Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə “xxxx” LTD MMC-dən dəyəri 3009 manat olan məişət avandanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1200 manat borcu qalıb. İş üzrə borclu Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” LTD MMC-dən dəyəri 1189 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 960 manat borcu qalıb. Odur ki, borcludan 2160 manat məbləğində əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi ola 20 manat pul məbləğinin, cəmi 2180 manat məbləğində pul vəsaitinin “xxxx” LTD MMC-nin xeyrinə tutulmasını xahiş edir. İddiaçı “xxxx” LTD MMC-nin nümayəndəsi ərizə ilə müraciət edərək, iddia ərizəsinin onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” LTD MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MPK5706198 saylı müqaviləyə əsasən, satıcı “xxxx” LTD MMC ümumi dəyəri 3009 manat olan əşyanı alıcıya – Cavabdeh verməyi, alıcı isə 309 manat ilkin ödəniş etməklə 18 ay müddətinə aylıq 150 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” LTD MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MPK5803977 saylı müqaviləyə əsasən, satıcı “xxxx” LTD MMC ümumi dəyəri 1189 manat olan əşyanı alıcıya – Cavabdeh verməyi, alıcı isə 29 manat ilkin ödəniş etməklə 10 ay müddətinə aylıq 116 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” LTD MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli, MPK5706198 saylı müqavilə üzrə ödənilməmiş 1200 manat, xx.xx.2019-cu il tarixli, MPK5803977 saylı müqavilə üzrə 960 manat borcu olmaqla, ümumilikdə 2160 manat məbləğində borcu vardır. AR Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iş materialları ilə sübut olunur ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır, cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2160 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pul, cəmi 2180 manat tutularaq iddiaçı “xxxx” LTD MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1200 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 960 manat olmaqla, ümumilikdə 2160 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pul, cəmi 2180 (iki min yüz səksən) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” LTD MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4012/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4012/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver