Məhkəmə qərarları › İş №2(004)-4024/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4024/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4024/2021 05.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi”nə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 12 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 741.51 manat əsas borc, 121.56 manat faiz borcu, 31.8 manat cərimə borcu və 14 yanvar 2021-ci il tarixdən, 06.05.2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 11.25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 906.12 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlərə bildiriş göndərilmiş, lakin cavabdehlər həmin ünvanda yaşamadığından bildiriş məhkəməyə geri qayıtmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 470-472, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, iş materiallarında olan 12.04.2019-cu il tarixli, 3-MZ-A-1-0-252-19 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı Cavabdeh1 “xxxx” İKB ASC-dən 18 ay müddətinə illik 28 faizlə 3000 manat kredit götürmüşdür. Cavabdeh2 isə 12 aprel 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən yuxarıda göstərilən alqı-satqı müqaviləsi üzrə zamin durmuşdur. İş materiallarında olan 06.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlər Cavabdeh1 12.04.2019-cu il tarixli, 3-MZ-A-1-0-252-19 saylı nisyə alqı-satqı, Cavabdeh2 12.04.2019-cu il tarixli, 3-MZ-1-0-252-19 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 741.51 manat əsas borc, 121.56 manat faiz borcu, 31.8 manat cərimə borcu və 14 yanvar 2021-ci il tarixdən, 06.05.2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 11.25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 906.12 manat məbləğində borcu vardır. Cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 741.51 manat əsas borc, 121.56 manat faiz borcu, 31.8 manat cərimə borcu və 14 yanvar 2021-ci il tarixdən, 06.05.2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 11.25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 906.12 manat borcun tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddiaçı” ASC-nin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 741.51 (yeddi yüz qırx bir manat əlli bir qəpik) manat əsas borc, 121.56 (yüz iyirmi bir manat əlli altı qəpik) manat faiz borcu, 31.8 (otuz bir manat səksən qəpik) manat cərimə borcu və 14 yanvar 2021-ci il tarixdən, 06.05.2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 11.25 (on bir manat iyirmi beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 906.12 (doqquz yüz altı manat on iki qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumu, tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar