Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4032/2021 28.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və müqavilələrin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və müqavilələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 06.09.2019-cu il tarixli 1-Y-2-0- 4-14 №li kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 01 faizlə 60 ay müddətinə 1947.6 AZN kredit almış, borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 29.08.2019-cu il tarixli 1-P-2-0-130-14 №li kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 01 faizlə 60 ay müddətinə 2540.05 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il aprelin 08-dək Cavabdeh1 banka 06.09.2019-cu il tarixli 1-Y-2-0-4-14 №li kredit müqaviləsi üzrə 1712.14 AZN əsas borc, 1.1 AZN faiz borcu və 08.04.2021-ci il tarixədək hesablanmış 387.65 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 2100.89 manat cəmi borcu, 29.08.2019-cu il tarixli 1-P-2-0-130-14 №li kredit müqaviləsi üzrə 1150.53 AZN əsas borc. 0.54 AZN faiz borcu və 0.21 manat cərimə borcu, 08.04.2021-ci il tarixədək hesablanmış 454.45 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 2705.73 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 06.09.2019-cu il tarixli 1-Y-2-0-4-14 №li kredit müqaviləsi üzrə 1712.14 AZN əsas borc, 1.1 AZN faiz borcu və 08.04.2021-ci il tarixədək hesablanmış 387.65 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2100.89 manat borcun; Cavabdeh1 29.08.2019-cu il tarixli 1-P- 2-0-130-14 №li kredit müqaviləsi üzrə 2250.53 AZN əsas borc, 0.54 AZN faiz borcu və 0.21 manat cərimə borcu, 08.04.2021-ci il tarixədək hesablanmış 454.45 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2705.73 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.09.2019-cu il tarixli 1-Y-2-0-4-14 №li kredit müqaviləsinin və 29.08.2019-cı il tarixli 1-P-2-0-130-14 №li kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ekspert təxminən onların verdikləri iddia tələbi ilə oxşar məzmunlu rəy vermişdir. Həmin rəy ilə də razıdırlar. Cavabdeh iş məhkəmədə olduğu müddətdə ödənişlər etdiyini bildirir. Həmin ödənişlər də, ekspert tərəfindən rə verilərkən nəzərə alınmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, bankdan iki müqavilə üzrə kredit götürmüş, sonradan onunla bağlanmış müqavilələr üzrə restuktrizasiya edilmişdir. Hazırda onun banka kredit müqavilələri üzrə gecikmələri yoxdur. Düzdür onun himayəsində xəstə valideyni və uşaqları vardır. Ailəsinin dolnaışı ondan asılıdır. Bununla yanaşı kirayədə qaldıqları üçün də kirayə pulu ödəyir. Əgər məhkəmə tərəfindən qətnamə çıxarılacaqsa icra mərhələsində onun əmək haqqından yarısı miqdarında tutulmalar olacaqdır və həmin tutulmalar onun və ailəsinin maddi vəziyyətini daha da pisləşdirəcəkdir. O. özü mütəmadi olaraq banka hər ay ödənişlər edir. Odur ki, qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ilə bağlanmış 29.08.2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri müqaviləsinə əsasən "xxxx" ASC-dən sonuncuya illik 1 faizlə, 60 ay müddətinə 2540.05 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə bağlanmış 06.09.2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri müqaviləsinə əsasən "xxxx" ASC-dən sonuncuya illik 1 faizlə, 60 ay müddətinə 1947.60 manat məbləğində kredit verilmişdir. Bundan başqa kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə 06.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 06.09.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş, nəticədə cavabdehin bank qarşısında borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 06.09.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1712.14 manat, faiz borcu üzrə 1.1 manat və 29.08.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2250.53 manat, faiz borcu üzrə 0.54 manat məbləğində pulun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən cavabdehin 02.08.2021-ci il tarixinə (ekspertiza təyin edilən günə) 06.09.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1508.25 manat, faiz borcu üzrə 0.75 manat və 29.08.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1889.14 manat, faiz borcu üzrə 0.21 manat borcunun olması müəyyən edilmişdir. Həmin rəyə əsasən cavabdeh tərəfindən 02.08.2021-ci il tarixdən sonra 06.09.2019-cu il tarixli müqavilə üzrə 93 manat, 29.08.2019-cu il tarixli müqavilə üzrə isə 146 manat ödəniş etdiyi də müəyyən edilmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06.09.2019-cu il tarixli, 1-Y-2-0-4-14 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1415 (bir min dörd yüz on beş) manat 25 (iyirmi beş) qəpik (1508.25 manat-93 manat=1415.25 manat), faiz borcu üzrə 75 (yetmiş beş) qəpik, cəmi 1416 (bir min dörd yüz on altı) manat; Cavabdeh1 29.08.2019-cu il tarixli, 1-P-2-0-130-14 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1743 (bir min yeddi yüz qırx üç) manat 14 (on dörd) qəpik (1889.14manat-146manat=1743.14mana), faiz borcu üzrə 21 (iyirmi bir) qəpik, cəmi 1743 (bir min yeddi yüz qırx üç) manat 35 (otuz beş) qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 29.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 21 (iyirmi bir) qəpik məbləğində cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh1 ilə iddiaçı "xxxx" ASC (Nikoyl İKB ASC) arasında bağlanmış 29.08.2019-cu il tarixli, 1-P-2-0-130-14 saylı və 06.09.2019-cu il tarixli, 1-Y-2-0-4-14 saylı kredit müqavilələrinin ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 06.09.2019-cu il tarixli müqavilə üzrə 08.04.2021-ci il tarixədək hesablanmış 387.65 manat və 29.08.2019-cu il tarixli müqavilə üzrə 08.04.2021ci il tarixədək hesablanmış 454.45 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbləri bu hissələrdə təmin edilməmişdir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Müfaviq qərardan da, göründüyü kimi kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış 06.09.2019-cu il və 29.08.2019-cu il tarixli kredit müqavilələri 60 ay müddətinə bağlanılmış və həmin kredit müqavilələrinin icra müddəti hələ başa çatmamışdır. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə hər hansı bir tutarlı sübutlar təqdim edilməmişdir. Məhkəmə bu hissədə iddianı təmin etməyərkən həm də iddiaçının əsas borc, faiz borcu və cərimə borcu üzrə iddia tələbinin təmin edilməsini də nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə iddiaçı "xxxx" ASC (Nikoyl İKB ASC) arasında bağlanmış 29.08.2019-cu il tarixli, 1-P-2-0-130-14 saylı və 06.09.2019-cu il tarixli, 1-Y-2-0-4-14 saylı kredit müqavilələri ləğv edilməli; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06.09.2019-cu il tarixli, 1-Y-2-0-4-14 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1415 (bir min dörd yüz on beş) manat 25 (iyirmi beş) qəpik, faiz borcu üzrə 75 (yetmiş beş) qəpik, cəmi 1416 (bir min dörd yüz on altı) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalı; Cavabdeh1 29.08.2019-cu il tarixli, 1-P-2-0-130- 14 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1743 (bir min yeddi yüz qırx üç) manat 14 (on dörd) qəpik, faiz borcu üzrə 21 (iyirmi bir) qəpik, cərimə borcu üzrə 21 (iyirmi bir) qəpik, cəmi 1743 (bir min yeddi yüz qırx üç) manat 56 (əlli altı) qəpik məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 34.28 % yəni, 10 (on manat) 30 (otuz) qəpiyi iddiaçıya aid edilməli, qalan 65.72 % yəni, 19 (on doqquz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti isə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərcinin 34.28 %, yəni 68 (altmış səkkiz) manat 56 (əlli altı) qəpiyi İddiaçı ASC-dən, qalan 65.72, yəni 131 (bir yüz otuz bir) manat 44 (qırx dörd) qəpik məbləğində pul vəsaiti isə Cavabdeh1 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə iddiaçı "xxxx" ASC (Nikoyl İKB ASC) arasında bağlanmış 29.08.2019-cu il tarixli, 1-P-2-0-130-14 saylı və 06.09.2019-cu il tarixli, 1-Y-2-0-4-14 saylı kredit müqavilələri ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06.09.2019-cu il tarixli, 1-Y-2-0-4-14 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1415 (bir min dörd yüz on beş) manat 25 (iyirmi beş) qəpik, faiz borcu üzrə 75 (yetmiş beş) qəpik, cəmi 1416 (bir min dörd yüz on altı) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 29.08.2019-cu il tarixli, 1-P-2-0-130-14 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1743 (bir min yeddi yüz qırx üç) manat 14 (on dörd) qəpik, faiz borcu üzrə 21 (iyirmi bir) qəpik, cərimə borcu üzrə 21 (iyirmi bir) qəpik, cəmi 1743 (bir min yeddi yüz qırx üç) manat 56 (əlli altı) qəpik məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 34.28 % yəni, 10 (on manat) 30 (otuz) qəpiyi iddiaçıya aid edilsin, qalan 65.72 % yəni, 19 (on doqquz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti isə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərcinin 34.28 %, yəni 68 (altmış səkkiz) manat 56 (əlli altı) qəpiyi İddiaçı ASC-dən, qalan 65.72, yəni 131 (bir yüz otuz bir) manat 44 (qırx dörd) qəpik məbləğində pul vəsaiti isə Cavabdeh1 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4032/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4032/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver