Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4036/2024 27.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mirzağa qızından əsas borca görə 9900 manat və 124 manat ödənilmiş dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğlunu ali təhsil müəssisəsinə qəbul etdirəcəyi adı ilə aldadaraq 10.000 manat məbləğində pulunu mənimsəmişdir. O, öz dələduzluq cinayətinə don geyindirmək üçün bunu kredit müqaviləsi ilə rəsmiləşdirmiş və bununla aralarında xx.xx.2022-ci il tarixində kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 2-ci bəndinə görə o, bu pulu xx.xx.2023-cü il tarixinə kimi geri qaytaracağına söz versə də, artıq həmin vaxtdan 1 il 6 aya yaxın vaxt keçməsinə baxmayaraq, həmin pulu ona qaytarmamışdır. Onun bu hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə verərək, xx.xx.2024-cü il tarixinə, saat 15:00-da Qax Rayon Məhkəməsində başqa şəxsin işi ilə əlaqədar məhkəmə iclasında iştirak etməli olduğu üçün hal-hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa vaxta təxirə alnmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə əvvəlki baxış iclasının da təxirə salınmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. İş materiallarında olan notariat qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı 9900 manat məbləğində pulu borc alan Cavabdeh borc vermiş, borc alan isə krediti xx.xx.2023-cü il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı Ramil Vəliyevin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına əsasən toplanmış materiallarda hər hansı bir cinayət tərkibi əlamətlərinin olmaması əsası ilə material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur. İş materiallarında olan 8i-16546 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunun icra qeydinə əsasən İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 9900 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 9925 manat 00 qəpik (doqquz min doqquz yüz iyirmi beş manat sıfır qəpik) pul tutulması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunun 8i-16546 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Borclu Cavabdeh icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş həmçinin sənədin kötüyünə imza etdirilməklə təqdim edilmişdir. İş materiallarında olan qəbzlərdən və bankdan çıxarışdan görünür ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 300 manat olmaqla icra sənədi üzrə ödənişlər həyata keçirilir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, notariat qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 9900 manat məbləğində borc vermişdir. 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunda xx.xx.2023-cü il tarixdə İddiaçı xeyrinə Cavabdeh 9925 manat (doqquz min doqquz yüz iyirmi beş manat) tutulması ilə bağlı icra qeydi aparılmışdır və notariusun apardığı icra qeydi əsasında Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Məhkəmə qeyd edir ki, notariusun apardığı icra qeydi məhkəmə qərarı ilə eyni hüquqa malikdir və birbaşa icraya yönəlir. Notariusların icra qeydləri məhkəmə və digər orqanların qərarları kimi icra sənədləridir. Həmin icra sənədlərinin məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə hesab edir ki, iddia tələbi ilə bağlı notariusun icra qeydi olduğundan və icra qeydi əsasında Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanıldığından iddiaya məhkəmə qaydasında baxıla bilməz. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-4036/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4036/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver