Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4043/2020 29.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında olan nikah xx.xx.2019-cu il tarixli Salyan Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Məhəmməd və xx.xx.2018-ci il təvəllüdlü Məsumə adlı uşaqları dünyaya gəlmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər uşağa 100 manat olmaqla cəmi 200 manat aliment kəsilmişdir. Uşaqların saxlanması, qidalanması, məktəb və təhsil və s. xərclərini ödəyə bilmir, eyni zamanda kəsilən aliment yaşayış minimumunu belə keçmir. Ona görə də hesab edir ki, aliment məbləği artırılmalıdır. Birgə nikahdan anadan olmuş uşaqların bütün təminatı onun üzərinə düşür və onun xərcləri əhəmiyyətli dərəcədə artmışdır ki, bunun da bir valideyn kimi ödənilməsi xərcləri Cavabdeh üzərinə düşür. Hər ay üzərinə düşən alimenti ödəmir. Hazırda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində artımlar əmələ gəlmişdir. Bundan başqa uşağın saxlanılması üçün yaşayış minimumu dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2019-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu artırılaraq uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Bu məbləğ adından da göründüyü kimi uşağın minimum tələblərini ödəmək üçün nəzərdə tutulan məbləğdir. Qeyd edilənləri nəzərə alaraq aliment məbləği artırılaraq hər uşağa 200 manat olmaqla 400 manat məbləğində aliment təyin olunmalıdır. Göstərilənlərə əsasən təyin olunmuş alimentin məbləği artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onun saxlanılması üçün Cavabdeh hər ay 200 manat olmaqla, cəmi 400 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, düzdür cavabdeh bankdan kredit götürərək bir hissəsini özünə saxlamış, qalan hissəsini isə ona vermişdir. Onlar öz aralarında hər ay hər uşağa 50 manat olmaqla, ümumilikdə 100 manat alimentin ödənilməsinə və qeyd edilən kreditin aylıq ödənişinin cavabdeh tərəfindən ödənilməsinə razılığa gəlmişlər. Lakin hazırki vəziyyətdə cavabdehin ödədiyi aliment miqdarı uşaqların saxlanılmasına kifayət etmir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, iddiaçının xahişi ilə bankdan öz adına kredit götürərək iddiaçıya vermişdir. Bunun müqabilində onlar, uşaqların saxlanılması üçün hər ay hər uşağa 50 manat miqdarında aliment ödəməyə və kreditin isə məbləğinin onun özünün ödəməsinə razılaşmışlar. Hazırda iddiaçının tələb etdiyi aliment miqdarını ödəməyə imkanı çatmır. Bundan başqa tələb edilən aliment miqdarı qanunvericiliklə müəyyən edilmiş həddən də, çoxdur. Belə ki, qanunvericliklə müəyyən edilmiş aliment miqdarını da, hal-hazırda deyil, dekabr ayından sonra ödəmək iqtidarındadır. Çünki bankdan götürüyü kreditin son ödənişi həmin tarixə təsadüf edəcəkdir. Qeyd edilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarımasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Salyan Rayon Məhkəməsinin 2(057)-478/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında xx xxxxxx 2015-ci ildə 4 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində 209 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2015-ci ildə anadan olmuş Məhəmməd və xx.xx.2018-ci ildə anadan Məsumə adlı uşaqların cavabdeh X3 himayəsində saxlanılması, xx.xx.2015-ci ildə anadan olmuş Məhəmməd və xx.xx.2018-ci ildə anadan Məsumə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh xx xxxx 2019-cu ildən başlayaraq ayda hər uşaq üçün 100 manat, cəmi 200 manat miqdarında aiimentin alınaraq cavabdeh X5 verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 478/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında xx xxxxxx 2015-ci ildə 4 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində 209 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2015-ci ildə anadan olmuş Məhəmməd və xx.xx.2018-ci ildə anadan Məsumə adlı uşaqların cavabdeh X3 himayəsində saxlanılması, xx.xx.2015-ci ildə anadan olmuş Məhəmməd və xx.xx.2018-ci ildə anadan Məsumə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh xx xxxx 2019-cu ildən başlayaraq ayda hər uşaq üçün 100 manat, cəmi 200 manat miqdarında aiimentin alınaraq cavabdeh X5 verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)-478/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-478/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4043/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4043/2020
29.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver