Məhkəmə qərarları › İş №2(004)-4063/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4063/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4063/2020 24.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxx” ASC-nin (əvvəlki İddiaçı1 İKB ASC) cavabdeh İddiaçı2 qarşı “kredit müqavilələrinin ləğv edilməsi, borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” ASC (əvvəlki İddiaçı1 İKB ASC) cavabdeh İddiaçı2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxxxxxx” BOKT MMC iləİddiaçı2 arasında bağlanmış xx.xx.2019cu il tarixli 311-0***-******* nömrəli və xx.xx.2019-cu il tarixli 311-0***-******* nömrəli kredit müqavilələrinin ləğv edilməsi, cavabdeh İddiaçı2 xx.xx.2019-cu il tarixli 311-**********2 nömrəli kredit müqaviləsi üzrə yaranmış 664,13 manat əsas borc, 97,95 manat faiz borcu, 49,26 manat cərimə olmaqla, cəmi 811,34 manat borc; xx.xx.2019-cu il tarixli 311-0***-******* nömrəli kredit müqaviləsi üzrə yaranmış 597,63 manat əsas borc, 87,99 manat faiz borcu, 44,27 manat cərimə olmaqla, cəmi 729,89 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.571,23 manat tutularaq iddiaçı “xxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən edilir ki, İddiaçı1 İKB ASC-nin adı - “xxxxxxxxx” ASC adına dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli 311-0***-******* nömrəli kredit nmüqaviləsinə əsasən “xxxxxxxx” BOKT MMC illik 35 faizlə 24 ay müddətinə cavabdehə 999 manat, xx.xx.2019-cu il tarixli 311-0***-******* nömrəli kredit müqaviləsinə əsasən “xxxxxxxx” BOKT MMC illik 35 faizlə 24 ay müddətinə cavabdehə 899 manat kredit vermişdir. “xxxxxxxx” BOKT ilə İddiaçı1 İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 807 nömrəli xx.xx.2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixli və 508 nömrəli xx.xx.2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən İddiaçı2 ilə “xxxxxxxx” BOKT arasında bağlanmış kredit müqavilələri üzrə borcun tələb etmək hüququ İddiaçı1 İKB ASC-yə ötürülmüşdür. Borclu müqavilələrinin şərtlərini pozaraq, borc öhdəliklərini lazımınca icra etməkdən imtina edir. Hazırda İddiaçı2 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 664,13 manat əsas borc, 97,95 manat faiz borcu, 49,26 manat cərimə olmaqla, cəmi 811,34 manat borc; xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 597,63 manat əsas borc, 87,99 manat faiz borcu, 44,27 manat cərimə olmaqla, cəmi 729,89 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu ümumilikdə 1.541,23 manat borcunu ödəməkdən boyun qaçırır. İddiaçı “xxxxxxxxx” ASC-nin nümayəndəsi X1 xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddianın müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı2 məlum olan sonuncu yaşayış yeri üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddələrinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki,xx.xx.2019-cu il tarixli 311-0***-******* nömrəli kredit nmüqaviləsinə əsasən “xxxxxxxx” BOKT MMC illik 35 faizlə 24 ay müddətinə cavabdehə 999 manat, xx.xx.2019-cu il tarixli 311-0***-******* nömrəli kredit müqaviləsinə əsasən “xxxxxxxx” BOKT MMC illik 35 faizlə 24 ay müddətinə cavabdehə 899 manat kredit vermişdir. “xxxxxxxx” BOKT ilə İddiaçı1 İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 807 nömrəli xx.xx.2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixli və 508 nömrəli xx.xx.2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən İddiaçı2 ilə “xxxxxxxx” BOKT arasında bağlanmış kredit müqavilələri üzrə borcun tələb etmək hüququ İddiaçı1 İKB ASC-yə ötürülmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və cərimə borcunu vaxtlı-vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2020-cu il tarixli maliyyə arayışlarında göstərilir ki, borclu İddiaçı2 banka xx.xx.2019-cu il tarixli 311-0***-******* nömrəli kredit müqaviləsi üzrə 664,13 manat əsas borc, 97,95 manat faiz borcu, 49,26 manat cərimə olmaqla, cəmi 811,34 manat borcu; xx.xx.2019-cu il tarixli 311-0***- ******* nömrəli kredit müqaviləsi üzrə isə 597,63 manat əsas borc, 87,99 manat faiz borcu, 44,27 manat cərimə olmaqla, cəmi 729,89 manat borcu yaranmışdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməklə, “xxxxxxxx” BOKT MMC iləİddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli kredit müqavilələri ləğv edilməli, cavabdeh İddiaçı2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 664,13 manat əsas borc, 97,95 manat faiz borcu, 49,26 manat cərimə olmaqla, cəmi 811,34 manat borc; xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 597,63 manat əsas borc, 87,99 manat faiz borcu, 44,27 manat cərimə olmaqla, cəmi 729,89 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.571,23 manat tutularaq iddiaçı “xxxxxxxxx” ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxxxxxx” BOKT MMC iləcavabdeh İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 311- 0***-******* nömrəli və xx.xx.2019-cu il tarixli 311-0***-******* nömrəli kredit müqavilələri ləğv edilsin. Cavabdeh İddiaçı2 xx.xx.2019-cu il tarixli 311-**********2 nömrəli kredit müqaviləsi üzrə yaranmış 664,13 manat əsas borc, 97,95 manat faiz borcu, 49,26 manat cərimə olmaqla, cəmi 811,34 manat borc; xx.xx.2019-cu il tarixli 311-0***-******* nömrəli kredit müqaviləsi üzrə yaranmış 597,63 manat əsas borc, 87,99 manat faiz borcu, 44,27 manat cərimə olmaqla, cəmi 729,89 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.571,23 (bir min beş yüz yetmiş bir manat iyirmi üç qəpik) manat tutularaq iddiaçı “xxxxxxxxx” ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar