Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-407/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, X1 cavabdehlər Cavabdeh və “xxxx” MTK-ya qarşı “müqavilənin ləğvi və yeni müqavilənin bağlanması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 cavabdehlər Cavabdeh və “xxxx” MTK-ya qarşı “müqavilənin ləğvi və yeni müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət edərək, “xxxx” MTK-nın sədri X5 tərəfindən iş üzrə Cavabdeh adına xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 13 saylı müqavilənin ləğv edilməsi, Bakı şəhəri X10 Dairəvi Yol ev 22 ünvanda yerləşən “xxxx” MKT-nın tikilməkdə olan binanın 2 blok 8 mərtəbə 2 otaqlı 101 saylı mənzilinin dəyərini o, ödədiyinə görə mənzilə dair müqavilənin onunla bağlanması və rəsmiləşdirilməsinin “xxxx” MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı iclasının xx.xx.2021-ci il tarixə saat 15:30-a təxirə salınması barədə tərəflərin məhkəmə bildirişi verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. X1 nümayəndəsi və vəkili X6 ərizə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona aid olan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin iddia ərizəsinin qaytarılmasına dair ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 cavabdehlər Cavabdeh və “xxxx” MTK-ya qarşı “müqavilənin ləğvi və yeni müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-407/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-407/2021
25.02.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver