Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1161/2023 13.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə, eyni zamanda, Qanuni Nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və əvvəlki müqavilənin bərpası tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və əvvəlki müqavilənin bərpası tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, M- 8059 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, X19 ilə bağlanmış xx.xx.2017-ci il tarixli, B/0155 saylı mənzilin alqı-satqı müqaviləsinin bərpa edilməsi barədə qətnamə, proses iştirakçılarının və digər şəxslərin əməllərində cinayət əlamətlərinin olması aşkara çıxarılarsa bu barədə xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə, xx.xx.2022-ci il tarixli, M-8059 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, Qanuni nümayəndə Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən, ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun əsl iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə əvəz edilməsini, əsl iddiaçılar azyaşlı olduğundan onun həmin şəxslərin qanuni nümayəndəsi kimi nəzərdən keçirilməsini məhkəmədən xahiş etmiş, məhkəmə bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olduğundan iddiaçı Qanuni nümayəndə əsl iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə əvəz etmişdir. Daha sonra, Qanuni nümayəndə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair yenidən ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə, xüsusi qərardad çıxarılmasına dair hissədə iddia tələbinin nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə X13 ilə xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2016-cı il təvəllüdlü İddiaçı1 anadan olmuşdur. Hal-hazırda, Qanuni nümayəndə uşaqları ilə birlikdə Masallı rayonu, 1-ci Yeddioymaq kəndində yaşayır. X6 ölümündən sonra Qanuni nümayəndə qayınları Cavabdeh2 və X15 qardaşları X5 miras əmlaklarını ələ keçirmək məqsədilə müxtəlif üsullardan qanunsuz istifadə etmiş, bəzilərini ələ keçirmiş, bəzilərini ələ keçirmək məqsədilə bir qrup şəxslərlə cinayət əlaqələrinə girərək Qanuni nümayəndə və uşaqlarının birinci növbəli vərəsə kimi onlara çatası paylarından faktiki məhrum etmişlər. Cavabdeh "xxxx" MMC ilə X19 arasında xx.xx.2017-ci il tarixli, B/0155 saylı mənzilin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin dəyəri tam ödənilmiş və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivi, 12 saylı küçədə inşa edilmiş bina 5, ikimərtəbəli, ümumi sahəsi 51.5 kv.m-dən ibarət 1 otaqlı, 8 saylı mənzil alıcı X1. Mənzil həmin dövrdən bu vaxta kimi kənar şəxslərə kirayə verilmişdir. Hal-hazırki vaxtda da mənzildən istifadə olunur. X19 övladı X2, yəni, xx.xx.2021-ci il tarixdə Masallı rayonu, 1-ci Yeddioymaq kəndində vəfat etmişdir. Ona görə də X7 miras qalmış əmlaklarına 1-ci növbəli 3 nəfər övladları vərəsədir. X4 atasından əvvəl, yəni, xx.xx.2021-ci il tarixdə öldüyündən atasının miras payı onun 2 nəfər azyaşlı uşaqları - xx.xx.2014-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2016-cı il təvəllüdlü İddiaçı1 çatmalı, onlar vərəsə olmalı və onların mirasdan pay almaq hüquqları vardır. Lakin Qanuni nümayəndə Cavabdeh2 və X15 ilə aralarında əmlak mübahisələri yaranmış və bu barədə məhkəmə mübahisələri vardır. X19 ilə bağlanmış xx.xx.2017-ci il tarixli, B/0155 saylı müqavilə ləğv edilmişdir. Cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli, M-8059 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, mənzil Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bütün bunlardan tam aydın olur ki, satıcı miras qalmış əmlaka qanunsuz tam sahib olmaq üçün müxtəlif instansiyalardan keçmiş, qanunsuz sənədlər əldə etmişdir. Nəticədə, tərəflər arasında yalan əlaqələr yaranmışdır ki, payçılar mirasdan pay ala bilmirlər. Bu səbəbdən də, xx.xx.2022-ci il tarixli, M-8059 saylı müqavilə etibarsız hesab edilməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun iki uşağı var, uşaqlarının 7 yaşı və 9 yaşı vardır. Mübahisəli mənzil onun şəxsi vəsaiti hesabına alınmışdır. Hazırda, onun mərhum qaynatası X7 miras əmlak olaraq qalmış digər daşınmaz əmlaklar da vardır ki, həmin əmlaklara münasibətdə vərəsəlik paylarının müəyyən olunmasına dair Masallı rayon Məhkəməsində məhkəmə mübahisəsi vardır və həmin mübahisə hazırki mülki işlə əlaqədar olaraq dayandırılmışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, kürəkəni X13 atası X19 ilə birlikdə yaşamış və kürəkəni Rusiya Federasiyasında işləyən zaman qazandığı pulları atasına göndərmişdir. Kürəkəni evin sonuncu övladı olmuş, sonradan vəfat etmiş, ölümündən 4 ay sonra isə atası vəfat etmişdir. Səs yazıları da vardır ki, atası oğlu ilə danışmış və atası xəstə olduğunu, xəstəxanaya gedəcəyini bildirmiş və pulu inandığı adama verəcəyini bildirmiş, lakin oğlu inkar etmişdir. X19 infarkt olub vəfat etmiş və o, evdən 35000 ABŞ dolları pulu götürüb Qanuni nümayəndə qayınlarına verib 3 ev almağı təklif etmişdir. Belə ki, söhbət belə olmuşdur ki, alınacaq olan evlər qızların cehizi olmalı, təhsil alan zaman isə mənzillər kirayə verilib təhsil haqlarının ödənilməsində istifadə olunmalı idi. Lakin qayınları Cavabdeh2 ilə X15 aldadaraq evin birini qızının, ikisini isə öz adlarına almışlar. Cavabdeh2 arvadından boşandığından mallarını satıb ev aldığını, həmin evi isə aldığı sonrakı evə qarşılıq olaraq aldığını bildirmiş və bu barədə digər məhkəmə iclasında da izahat vermişdir. Halbuki, iki qardaşın ikisi də mənzilin sırf özləri tərəfindən alındığını iddia etmişlər. Mübahisəli ümumi sahəsi 51.5 kv.m-dən ibarət 1 otaqlı, 8 saylı mənzil Qanuni nümayəndə mərhum yoldaşının qazancı hesabına alınmışdır. Qızı onun adına alınmış, həmin ünvan üzrə 28 saylı küçədəki sahəsi 36.3 kv.m-dən ibarət, 1 otaqlı 62 saylı mənzildən xəbərsiz olmuşdur ki, həmin mənzilin sənədləri də Cavabdeh2dır. Hesab edir ki, qanunsuzluq olmuşdur ki, miras qalmış əmlak vərəsələr arasında bölünməli və notariat qurumu ailə tərkibini dəqiq müəyyənləşdirməli idi. Əvvəlki məhkəmə iclasında iştirak edərək izahat vermiş Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun mərhum qardaşı X13 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşamışdır. Qardaşı qazandığı pulları atasına vermiş və atası da həmin pul vəsaitləri hesabına evi dolandırmışdır. Onların başının qarışdığı, atasının vəfat etdiyi vaxt pulun harada olmasından belə onun məlumatı olmamışdır. Mübahisəli mənzili o, öz şəxsi vəsaiti hesabına 2017-ci ildə almış, lakin ailə vəziyyəti ilə əlaqədar olaraq mənzili atasının adına almışdır. Əvvəlki məhkəmə iclasında iştirak edərək izahat vermiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, bağlanmış müqavilənin sənədləşdirilməsi "xxxx" MMC tərəfindən həyata keçirilmiş olsa da, hazırki mülki mübahisə üzrə tərəflərin maraqlarına toxunduğundan onların maraqlarına toxunması hissəsində məhkəmənin mülahizəsinə buraxır. Lakin hesab edir ki, iddiaçılar müqavilənin vəfat etmiş şəxsin adına bərpa olunmasını xahiş edirsə, qeyd olunan hal qanunvericiliyin tələbləri ilə uyğunsuzluq təşkil edir. Cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və cavabdeh qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Asan-Masallı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.2016-cı il tarixdə anadan olmuş, atası Vurğun Əliyev, anası Qanuni nümayəndədır. -Asan-Masallı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.2014-cü il tarixdə anadan olmuş, atası Vurğun Əliyev, anası Qanuni nümayəndədır. -Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli, İ-ЖГ № 363449 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X16 xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. -Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİ № 058528 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X17 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 416 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. -Rusiya Federasiyasının Arxangelsk vilayəti VVAQ Agentliyinin Arxangelsk Ərazi Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, İİ-ИГ № 234797 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2021ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında ********************9 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 186010 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 635 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Masallı rayonu Yeddioymaq ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 234797 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2011-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. --Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna əsasən, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, HŞ/207 saylı məktuba əlavə olunmuş, eyni zamanda, mülki iş materiallarında olan sənədlərdən görünür ki: -X10 "xxxx" MMC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 12 saylı küçəsində, bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m-dən ibarət, 1 otaqlı, 8 saylı mənzilin onun adına rəsmiləşdirilməsinə etiraz etməmiş və sənədləşmənin aparılmasına icazə verilməsini xahiş etmişdir. -"xxxx" MMC ilə alıcı X19 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, B/0155 saylı mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 2, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda, divarın çöl hissəsindən hesablanmaqla) 51.5 kv.m-dən ibarət, 1 otaqlı, 8 saylı mənzili alıcıya verməyi, alıcı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüş və mənzilin dəyəri alıcı tərəfindən tam şəkildə ödənilmişdir. -"xxxx" MMC ilə alıcı Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2021-ci il tarixli, M-6987 saylı mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 8, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda, divarın çöl hissəsindən hesablanmaqla) 36.3 kv.m-dən ibarət, 1 otaqlı, 62 saylı mənzili alıcıya verməyi, alıcı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin qiyməti 1 kv.m üçün 495.87 manat olmaqla 18000 manat pul vəsaiti alıcının şəxsi vəsaiti hesabına ödənilmişdir. -"xxxx" MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, M-8059 saylı mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 2, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda, divarın çöl hissəsindən hesablanmaqla) 51.5 kv.m-dən ibarət, 1 otaqlı 8 saylı mənzili alıcıya verməyi, alıcı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüş və mənzilin dəyəri alıcı tərəfindən tam şəkildə ödənilmişdir. -Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeddioymaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Masallı Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə təqdim edilmək üçün tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 38 saylı arayışdan görünür ki, Masallı rayonu, Yeddioymaq kəndində yaşayan Cavabdeh2 mərhum atası X19 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və həmin ünvanda ölən günədək oğlu Cavabdeh2, oğlu X15 və digər (vəfat etmiş) oğlu X13 ilə birlikdə yaşamış, X10 qeyd olunan vərəsələrdən savayı başqa vərəsələri yoxdur. -Abşeron rayonu 1 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş, X15 tərəfindən imza edilməklə təsdiqlənmiş 8İ-912 reyestr nömrəli, **********912 saylı ərizədən görünür ki, X3 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivi 12 saylı küçədəki bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m-dən ibarət, 1 otaqlı 8 saylı mənzilindəki pay hüququnun MMC-yə geri qaytarılmasına, digər şəxsin adına rəsmiləşdirilməsinə, sənədləşdirilməsinə etiraz etməmişdir. -"xxxx" MMC-nin Qanuni nümayəndə ünvanladığı xx.xx.2022-ci il tarixli, HŞ/470 saylı məktubdan görünür ki, "xxxx" MMC ilə X19 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, B/0155 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilmişdir. -Masallı Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 985 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 və xx.xx.2011-ci il tarixdə vəfat etmiş X11 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsəliyin qəbul müddətinin keçməsi və vərəsələr arasında mübahisə olduğuna görə vərəsəliyi notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar qaytarılmışdır. -Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 933 saylı arayışdan görünür ki, Masallı rayonu, Yeddioymaq kənd sakini Qanuni nümayəndə ailə tərkibi xx.xx.2014-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2016-cı il təvəllüdlü İddiaçı1 ibarətdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Qanuni nümayəndə ilə X13 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş və onların birgə nikah münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2016-cı il təvəllüdlü İddiaçı1 anadan olmuşdur. X19 ilə X8 birgə nikah münasibətlərindən Cavabdeh2, X15 və X13 anadan olmuşdur. X19 "xxxx" MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli, B/0155 saylı alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivi 12 saylı küçədə bina 5, ümumi sahəsi 51.5 kv.m-dən ibarət, 1 otaqlı, 8 saylı mənzili dəyərini tam ödəməklə almışdır. Mülki iş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunduğu kimi, X13 xx.xx.2021-ci il tarixdə, X19 isə xx.xx.2021-ci il tarixdə ölmüşdür. X10 vəfatından sonra onun xx.xx.2017-ci il tarixdə alqı-satqı yolu ilə aldığı ümumi sahəsi 51.5 kv.m olan, 1 otaqlı, 8 saylı mənzilə dair yeni müqavilə bağlanaraq mənzil hazırki iş üzrə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Hazırda, Qanuni nümayəndə X7 miras əmlak olaraq qalmış mübahisəli mənzilə münasibətdə onun azyaşlı uşaqlarının da vərəsəlik payları olduğunu iddia edərək bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İlkin olaraq, müəyyən olunur ki, cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, M-8059 saylı mənzil alqı-satqı müqaviləsi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivi 12 saylı küçədə bina 5, ümumi sahəsi 51.5 kv.m-dən ibarət, 1 otaqlı, 8 saylı mənzilə dair bağlanmışdır ki, həmin mənzilə dair ilkin müqavilə mərhum X19 ilə xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş "xxxx" MMCnin sorğuya cavab məktubuna əlavə olunmuş 2022-ci il yanvar tarixli, 38 saylı arayışa əsasən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 vərəsələri qismində yalnız onun uşaqları - Cavabdeh2, X15 və X13 qeyd olunmuş və həmin vərəsələrdən savayı başqa vərəsələrin olmadığı qeyd edilmişdir. X15 mübahisəli mənzilə münasibətdə pay hüququndan imtina etdiyindən atası ilə bağlanmış müqavilə Cavabdeh2 adına rəsmiləşdirilmiş və yeni müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Hazırda, azyaşlı iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə mərhum X13 vəfat etdiyindən X10 vərəsəsi qismində eyni zamanda, İddiaçı1 və İddiaçı2 iştirak etməli olduğundan tərtib olunmuş müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Maddənin məzmunundan göründüyü kimi, bu norma ilə iki mənafeyin hüquqi baxımdan qorunması konstitusion təminat altına alınır. Birincisi, miras qoyana əmlakının ona yaxın olan şəxslərə qalacağına, ikincisi isə miras qoyandan qalan miras əmlaka onun yaxınlarının varis olmalarına hüquqi təminat verilir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Beləliklə, iddia ərizəsinin mahiyyətindən müəyyən olunduğu kimi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivi, 12 saylı küçə, bina 5, 2-ci mərtəbə, ümumi sahəsi 51.5 kv.m olan 1 otaqlı, 8 saylı mənzilin alqı-satqısına dair müqavilə ilk dəfə xx.xx.2017-ci il tarixdə X19 ilə bağlanmışdır. X10 arvadı Məmmədova (Əliyeva) Rəisə Aslan qızı xx.xx.2011-ci il tarixdə ölmüş, bu səbəbdən də, X10 xx.xx.2021-ci il tarixdə vəfatından sonra onun birinci növbəli vərəsələri birgə nikahdan dünyaya gəlmiş 3 övladı - Cavabdeh2, X15 və X13 olmuşdur. X13 isə mərhum atasından əvvəl, yəni, xx.xx.2021-ci il tarixdə ölmüşdür. Mülki Məcəllənin: 1159.1. maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. maddəsinə əsasən, sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Beləliklə, qanunvericiliyin tələblərindən müəyyən olunduğu kimi, miras qoyanın nəvələri əgər onun valideyni mirasın açıldığı vaxt sağ olmadıqda və vərəsə olacaq şəxs miras əmlakdan imtina etməmişsə vərəsə olmaq hüququ istisna edilməmişdir. Belə ki, X13 atasının birinci növbəli vərəsəsi olmalı olduğu halda, o, atasından əvvəl vəfat etmişdir. Bu səbəbdən də, X6 yetkinlik yaşına çatmayan azyaşlı uşaqları, başqa sözlə, babanın nəvələri birinci növbəli vərəsə olmalı olduqları halda bu barədə aidiyyəti notariat orqanına və quruma məlumat verilməmişdir. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Belə ki, mülki iş materiallarına əlavə olunmuş Masallı Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 985 saylı məktuba əsasən, Qanuni nümayəndə miras əmlakın qəbul edilməsi ilə bağlı müraciət etmiş olmasına baxmayaraq, vərəsəliyin qəbul müddətinin keçməsi və vərəsələr arasında mübahisənin olması səbəbindən imtina edilmişdir. Göründüyü kimi, Mülki Məcəllənin 1159.1.3. maddəsinin tələblərindən çıxış edərək, X6 azyaşlı qızları İddiaçı2 və İddiaçı1 mərhum X10 vərəsəsi olması ilə bağlı məlumat aidiyyəti qurumdan gizlədilmiş və bu, mülki iş materiallarına əlavə olunmuş Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış mənzilin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə qədər təqdim olunmuş sənədlərdə də öz əksini tapmışdır. Hazırki işin mahiyyətini də məhz vərəsə olmalı şəxslərin dairəsi dəqiq müəyyən edilmədiyindən, paylarının da olduğu iddia edilən mübahisəli mənzilə dair bağlanmış müqavilənin etibarsızlığı təşkil edir. Mülki Məcəllənin 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2020-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülkihüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. Beləliklə, məhkəmə Plenum qərarındakı hüquqi mövqeyə istinad edərək, mülki iş materiallarına əlavə olunmuş alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə nəzər yetirərək müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixli, M-8059 saylı müqavilə əqdin etibarlı olması üçün zəruri olan şərtlərə, yəni, subyekt tərkibinə, əqdin formasına və məzmununa dair şərtlərə cavab vermiş olsa da, müqavilə tərəflərinin iradə sərbəstliyi, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi nöqteyi-nəzərindən şübhə doğurur ki, məhkəmə bununla bağlı da aşağıdakıları qeyd edir: Mülki Məcəllənin: 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4.maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 404.1. maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Beləliklə də, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə M-8059 saylı alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 ondan savayı X9 mərhumun yeganə vərəsəsi olduğunu, vəfat etmiş digər vərəsə X6 vərəsə ola biləcək azyaşlı uşaqlarının da olduğunu gizlədərək qarşı tərəfi aldatmış, bununla da qanunvericiliyin tələblərinə uyğun olmayan müqavilə bağlanmışdır. Həmin əqdin etibarsızlığı iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir ki, bu da əqdin etibarsız hesab edilməsinə əsasdır, başqa sözlə, qeyd olunan əqd “iradə ifadəsinin zədələnməsi” ilə tərtib olunmuş və bağlandığı andan da etibarsız hesab edilməlidir. Mülki Məcəllənin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, M-8059 saylı mənzil alqı-satqısı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə bağlandığından, qarşı tərəfin aldadılması ilə iradə ifadəsinin zədələnməsi nəticəsində tərtib olunduğundan, bununla yanaşı, mübahisəli mənzilə vərəsə olmaq hüququ müəyyən edilməli olan şəxslər dairəsi dəqiq müəyyənləşdirilməli olduğundan tərtib olunmuş müqavilə etibarsız hesab edilməklə həmin mənzilə münasibətdə X19 ilə bağlanmış xx.xx.2017-ci il tarixli, B/0155 saylı mənzilin alqı-satqı müqaviləsi isə bərpa edilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, M-8059 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. X19 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, B/0155 saylı mənzilin alqı-satqı müqaviləsi bərpa edilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov