Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4089/2021 13.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X5 oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə3, İddiaçı X3, onun vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçılar X4 və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək 5473 manat nəqliyyat vasitəsinə vurulmuş ziyan, əldən çıxmış fayda olaraq 2 aylıq əmək haqqı məbləgi - 1500 manat, 100 manat servisə ödənilmiş qiymətləndirilmə haqqı, 55 manat evakuasiya xidməti haqqı və 30 manat dövlət rüsumunun, cəmi 7158 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 5473 manat nəqliyyat vasitəsinə vurulmuş ziyan, 100 manat qiymətləndirilmə haqqı, 55 manat evakuasiya xidməti haqqı tələbləri hissəsində əsl iddiaçı İddiaçı ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 26.03.2021-ci il tarixdə İddiaçı mülkiyyətində olan “Hyundai Accent” minik markalı, ** FY *** dövlət qeydiyyat nşanlı avtomobil cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində 10211 manat məbləğində zərər dəymişdir. Zərərin 4738 manatı «Atəşgah» sığorta şirkəti tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün (qüsur aktı) Hyundai Avto Azərbaycan Servis Departamentinə 100 manat xidmət haqqı ödənilmiş, maşının evakuasiyası üçün 55 manat xidmət haqqı ödənilmişdir. Cavabdeh çəkilmiş xərcləri ödəməkdən yayınır. İddiaçı E.Nehmətov həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Avtomobilin zədələnməsi nəticəsində fəaliyyətindən məhrum olmuşdur. E.Nəhmətov taksi fəaliyyəti nəticəsində ayda 750 manat gəlir əldə etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndələri iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı nümayəndəsi əlavə olaraq ekspert rəyinə etiraz edərək maşının ehtiyyat hissələrinin dəyərinə aşınmanın tətbiq olunmasına etiraz etmiş və bunu onunla izah etmişdir ki, avtomobil təmir olunarkən köhnə hissələr alınmır, təzə hissələr alınır. Eyni zamanda avtomobilə dəymiş zərər nəticəsində avtomobilin bazar dəyəri 20 faiz aşağı düşmüşdür. Odur ki, ekspert rəyinin nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, tələb olunan zərər məbləği ilə razı deyil. Sıgorta şirkəti tərəfindən ödənilmiş vəsait dəymiş zərərə uygundur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10.11.2021-ci il tarixli 9/7176 saylı rəyi ilə müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, “Avto Azərbaycan” Servis Mərkəzinin 31.03.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Hyundai Accent” minik markalı, ** FY *** dövlət qeydiyyat nşanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9861 manat müəyyən olunur. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 8441 manat; Təmir-bərpa işlərinin qiyməti – 1420 manat. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4% (2-6%) aşınma nəzərə alınmaqla, 8 il (2013-2021) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 6089 manat müəyyən edilir: (8441 – 4%) x 8 dəfə Beləliklə nəzəri hesablama yolu ilə, “Avto Azərbaycan” Servis Mərkəzinin 31.03.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Hyundai Accent” minik markalı, ** FY *** dövlət qeydiyyat nşanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7509 manatdır. Məhkəmə ekspert rəyinin dəyişilməli hissələrin dəyərinə aşınmanın tətdiq olunması fikri ilə razılaşmır. Belə ki, iddiaçı ona məxsus avtomobilin bərpası üçün işlənmiş hissələri deyil, yeni hissələri almalıdır. Odur ki, avtomobilin təmir-bərpa xərci kimi 9861 manat məbləgi əsas götürülməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilə cavabdehin təqsirli hərəkətləri nəticəsində zərər dəymişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh vurduğu zərərin əvəzini ödəməldir. Lakin dəymiş zərər tələbi ekspertiza tərəfindən müəyyən edilmiş zərər məbləği 9861 manatdan sığorta şirkəti tərəfindən ödənilmiş 4738 manat zərər məbləği çıxılaraq 5123 manat məbləğində təmin edilməlidir. Eyni zamanda 5123 manat dəymiş zərərlə birgə, 100 manat servis xərci və 55 manat evakuasiya xərci də cavabdehdən zərər vurulmuş avtomobilin mülkiyyətçisi İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, X2 iddiası təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, zərər vurulmuş maşın ona məxsus deyil, İddiaçı məxsusdur və E.Nehmətov başqa maşını icarəyə götürməklə də taksi fəaliyyəti ilə məşğul ola bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın verilməsi üçün 30 manat dövlət rüsumu X4 tərəfindən ödənildiyindən və onun iddiası rədd edildiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edildiyindən və iş üzrə məhkəmə ekspertizası ona məxsus avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün keçirildiyindən 100 manat ekspertiza xərcinin 94 manat hissəsi cavabdehdən, 06 manatı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 5123 (beş min yüz iyirmi üç) manat maddi zərər, 100 (yüz) manat servis xərci və 55 (əlli beş) manat evakuasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 94 (doxsan dörd) manat hissəsi Cavabdeh, 06 (altı) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddiaçı X2 iddiası rədd edilsin. İddiaçı X4 tərəfindən iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4089/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4089/2021
13.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver