Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4105/2020 22.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 3M-791 reyestr nömrəli kredit müqaviləsi üzrə verilmiş 7.000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.030manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 3M-791 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə 7.000 manat borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirilmişlər. İddiaçı cavabdehə borcun qaytarılması üçün dəfələrlə möhlət vermiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcun ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə bildirişi göndərilmiş, eyni zamanda “AZEMİS” vasitəsilə +**********25 nömrəli mobil telefonuna “SMS” bildirişi göndərilməklə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiaqismən təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 3M-791 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə 7.000 manat borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirilmişlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, cavabdeh aldığı 7000 manat borcunu iddiaçıya vaxtında qaytarmamışdır. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 3M-791 reyestr nömrəli kredit müqaviləsi üzrə verilmiş 7.000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.030 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 3M-791 reyestr nömrəli kredit müqaviləsi üzrə verilmiş 7.000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.030 (yeddi min otuz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4105/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4105/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver