Məhkəmə qərarları › İş №2(004)-4120/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4120/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4120/2021 26.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20.12.2019 il tarixli, 100821-119323/11 saylı güzəştli kredit müqaviləsi üzrə 3342,48 manat əsas borc, 44,91 manat faiz borcu olmaqla, cəmi 3387,39 manat, 100821-119323/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə 628,57 manat əsas borc, 8,48 manat faiz borcu olmaqla, cəmi 637,05 manat, ümumilikdə 4024,44 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 20.12.2019 il tarixli, 100821-119323/11 saylı güzəştli kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 3342,48 manat və 100821-119323/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 628,57 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 02.06.2021-ci il tarixinə cavabdehin 100821-119323/11 nömrəli güzəştli kredit müqaviləsi üzrə 3342.48 manat əsas borc və 44.91 manat faiz borcu olmaqla, cəmi 3387.39 manat, 100821- 119323/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə 628.57 manat əsas borc və 8.48 manat faiz borcu olmaqla, cəmi 637.05 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 442, 445.1, 448.2, 739-cu maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 20.12.2019 il tarixli, 100821-119323/11 saylı güzəştli kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 3342,48 manat və 100821-119323/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 628,57 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 20.12.2019 il tarixli, 100821-119323/11 saylı güzəştli kredit müqaviləsi üzrə 3342,48 manat əsas borc, 44,91 manat faiz borcu olmaqla, cəmi 3387,39 manat, 100821-119323/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə 628,57 manat əsas borc, 8,48 manat faiz borcu olmaqla, cəmi 637,05 manat, ümumilikdə 4024,44 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 20.12.2019 il tarixli, 100821-119323/11 saylı güzəştli kredit müqaviləsi üzrə 3342,48 manat əsas borc, 44,91 manat faiz borcu olmaqla, cəmi 3387,39 manat, 100821-119323/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə 628,57 manat əsas borc, 8,48 manat faiz borcu olmaqla, cəmi 637,05 manat, ümumilikdə 4024,44 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh 20.12.2019 il tarixli, 100821-119323/11 saylı güzəştli kredit müqaviləsi üzrə 3342,48 manat əsas borc, 44,91 manat faiz borcu olmaqla, cəmi 3387,39 (üç min üç yüz səksən yeddi manat 39 qəpik) manat, 100821-119323/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə 628,57 manat əsas borc, 8,48 manat faiz borcu olmaqla, cəmi 637,05 (altı yüz otuz yeddi manat 05 qəpik) manat, ümumilikdə 4024,44 manat (dörd min iyirmi dörd manat 44 qəpik) məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar