Məhkəmə qərarları › İş №2(004)-4127/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4127/2020

14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4127/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan 23.03.215-ci il tarixdə anadan olmuş Cavabdeh yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ödənilən 160 manat sabit pul məbləğində alimentin artırılaraq 170 manat sabit pul məbləğində alimnetin tutuması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxx 2014-cü ildə ailə həyatı qurmuşdur. Birgə nikahıdan bir övladı – xx.xx.2015-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdehlə aralarındakı nikah Yasamal rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X4 onun yanında saxlanılmışdır. Qətnamə ilə cavabdehdən 136,60 manat sabit pul məbləğin alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Sonradan alimentin artırılması barədə iddia tələbi məhkəməyə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 1185/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehdən tutulan aliment məbləği 136,60 manatdan 160 manata çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, onun hal-hazırda səhhətində problemlər var, COVİD19 virusuna tutulmuşdur, xəstəliyi sağalsa da özünü yaxşı hiss etmir, xroniki yorğunluq vəziyyətindədir. Həmçinin onun himayəsində İİ qrup əlil atası və şəkərli diabed xəstəsi olan anası vardır. Bütün bunları nəzərə alaraq o məhkəmədən iddia ərizəsini təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarında olan Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında bağlanmış nikah xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. Nikah pozulduqdan sonra qadına Ağazadə soyadı verilmişdir. İş materiallarına olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1185/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı artırılaraq 160 manat olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1185/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X2 arasında nikahın pozulması, uşağın ananın yanında saxlanması və uşağın saxlanması üçün cavabdehdən 136,60 manat alimentin tutulması qət edilmişdir. Daha sonra isə Yasamal Rayon Məhkəməsinin 2(004)-1185/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı artırılaraq 160 manat olmuşdur. Lakin həmin aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar