Məhkəmə qərarları › İş №2(004)-4128/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4128/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4128/2023 08.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun tərəfindən ödənilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iş materiallarını və sənədləri araşdıraraq hesab edir ki, hazırki iş məhkəmədə baxılmalı olmadığına görə, iddia ərizəsinin icraata qəbul edililməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2 (102)-1210/2023 saylı, xx.xx.2023-cü il qərarından müəyyən olunur ki, iddiaçı Cavabdeh "kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-ci il tarixdə cavabdeh İddiaçı ilə aralarında bağlanmış kredit (borc) müqaviləsinin ləğv edilməsi və həmin müqavilənin predmeti olan 40000 manat pulun, həmçinin pozulmuş hüquqların bərpa olunması üçün xərclənmiş 500 manat vəkil pulunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3733/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı 40.000 manat məbləğində pul vəsaitinin, hüquqi yardıma görə ödənilmiş 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 40530 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı apelyasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-6689/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6689/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı "kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair mülki işə baxılarkən Bakı Apellyasiya Məhkəməsi tərəfindən sübut kimi qiymətləndirilməyən səs yazılarının dəlil kimi qiymətləndirilməsini və tutulması qət edilmiş borcun artıq ödənilmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1210/2023 saylı, xx.xx.2023-cü il qərarının 41 və 42-ci bəndlərində məhkəmə kollegiyası İddiaçı səs yazısı ilə bağlı apelyasiya məhkəməsinin sübutu qəbul etməməsi ilə bağlı mövqeyinə qiymət vermişdir. Göründüyü kimi hazırda İddiaçı borcun ödənilmiş hesab edilməsini tələb etdiyi kredit müqaviləsi üzrə artıq ondan digər mülki üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh qismində çıxış edərək ondan tutulmuş, yuxarı instansiyalarda qətnamə mübahisələndirilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə məhkəmə qeyd edir ki, hazırki halda iddiaçının mübahisələndirilməyən hər hansı hüququnun pozuntusu nəticəsinə gəlmək mümkün deyildir. Belə olan halda, mübahisə üzrə yekun məhkəmə aktı qəbul edildiyindən iddia ərizənin icraata qəbulundan imtina edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, qətnamə üzrə borc məbləği ödənildiyi halda, bu məsələ ilə bağlı icra icraatı qaydasında müraciət edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində rüsum iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçı hazırki 2(004)-4128/2023 saylı mülki iş üzrə ödəmiş olduğu 210 (iki yüz on) manat məbləğində dövlət rüsumu Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar