Məhkəmə qərarları › İş №2(004)-4134/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4134/2020

20.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4134/2020 20.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı X1 Cavabdeh Abas oğluna qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X3 Cavabdeh Abas oğluna qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Abas oğlundan ona məxsus “OPEL ZAPFİRA” markalı 00481OX dövlət qeydiyyat nömrə nişanlı avtomobilə qanunsuz idarəetmə zamanı törətdiyi qəza nəticəsində dəymiş ziyana görə 4000 manat və 30 manat dövlət rüsumu ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, “AZEMİS”-dən çıxarışa əsasən cavabdeh Rzayev X2 rayonu Qaratəpə ərazi dairəsi Nərimankənd kəndində rəsmi qeydiyyata alınmışdır. İddiaçı isə iddia ərizəsində Cavabdeh Abas oğlunun ünvanı kimi ünvan 1 ünvanı qeyd etsə də, cavabdehin həmin ünvanda qeydə alınmasını təsdiq edən rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı X1 hazırkı iddia ərizəsi aiddiyyət qaydalarının pozulması ilə verildiyinə görə, ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, hazırkı iddia ərizəsi ilə aidiyyatı üzrə Cavabdeh Abas oğlunın rəsmi qeydə alındığı ünvanı üzrə Sabirabad rayon Məhkəməsinə müraciət etməlidirlər. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31, 35, 151, 152, 152.1.3, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 Cavabdeh Abas oğluna qarşı “dəymiş maddi ziyanın ödənilməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar