Məhkəmə qərarları › İş №2(004)-414/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-414/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-414/2022 25.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6044/2014 saylı mülki iş üzrə qəbul etdiyi 11 avqust 2014-cü il tarixli icra sənədinə əsasən borclunun ödəmədiyi 14515 manat pulun, bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faiz borcu nəzərə alınmaqla, 11.08.2014-cü il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 23515 manat borcu ödəməməklə ona vurduğu 9575 manat zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2014-cü il tarixi 2(004)-6044/2014 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 19 iyun 2013-cü tarixli kredit müqaviləsinə əsasən 15000 manat borc və manat dövlət rüsümu, 02 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 8000 manat borc və 122 manat dövlət rüsümu olmaqla, ümumilikdə 23215 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə 15 yanvar 2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2015-ci il tarixli 2(103)-6565/2015 nömrəli qətnaməsi ilə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6044/2014 saylı mülki iş üzrə qəbul etdiyi 11 avqust 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli 2(102)- 3575/2019 tarixili qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixi 3(004)-654/2016 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. Borclu Cavabdeh bu illər ərzində rəsmi olaraq xəbərdarlıqlar edilməsinə baxmayaraq, Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, özgəsinin pul vəsaitini qanunsuz mənimsəmiş, qətnamənin icrasını bilə-bilə uzatmış, məhkəmə və icra orqanlarının bildirişlərinə gəlməyərək qanunsuz hərəkətlərini davam edərək Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət məhkəməsinin nüfuzuna xələl gətirmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu Azərbaycan Respublikası Cinayət prossesual Məcəlləsinin 292.2-ci maddəsinə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə təsdiq edilmiş ittiham aktını 06.12.2015-ci il tarixində Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-42/2019 saylı, 03.05.2019-cu tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bak Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işini araşdırarkən hökmdən narazı qalan zərərçəkmiş şəxs kimi apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli hökmünə yenidən baxaraq məhkuma ən ağır cəzanın tətbiq olunması və ona dəymiş maddi ziyanın tam ödənilməsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 08.08.2019-cu il tarixdə borcun cəmi 8700 manat icra ödənişi Yasamal Rayon icra şöbəsinə köçürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-847/19 saylı, 08.08.2019-cu il tarixli Qərarından 2 ildən artıq vaxt keçməsinə baxmayaraq borclu Cavabdeh 2(004)-6044/2014 saylı 11 avqust 2014-cü il tarixi icra sənədinə əsasən borclu Cavabdeh 23215 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir, halbuki bu günə kimi 14515 manat pul vəsaiti ödənilməmişdir. Bu illər ərzində manat öz alıcılıq qabiliyyətini xeyli itirmişdir. Cavabdeh ona və ailə üzvlərinə maddi və mənəvi ziyan vurmaqla davam edir. Borclu Cavabdeh 2014-cü il tarixdən bu günə olan borcu ödəməməsi ilə ona 9575 manat məbləğində zərər vurmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı heç yerdə işləmir və maddi imkanı aşağıdır. O, qərəzli şəkildə deyil, ödəmək iqtidarında olmadığı üçün borcunu ödəyə bilməmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-414/2022 saylı, 25.01.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi üzrə mülki işin icraatına iddia tələbinin “Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6044/2014 saylı mülki iş üzrə qəbul etdiyi 11 avqust 2014-cü il tarixli icra sənədinə əsasən ödəmədiyi 14515 manat pulun tutulması” hissəsində xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları və işin faktiki halları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2014-cü il tarixi 2(004)-6044/2014 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 19 iyun 2013-cü tarixli kredit müqaviləsinə əsasən 15000 manat borc və manat dövlət rüsümu, 02 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 8000 manat borc və 122 manat dövlət rüsümu olmaqla, ümumilikdə 23215 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2015-ci il tarixli 2(103)- 6565/2015 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 avqust 2014-cü il tarixi 2(004)-6044/2014 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli 2(102)-3575/2019 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2014-cü il tarixi 2(004)-6044/2014 nömrəli qətnaməsi 06.12.2015-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixi 3(004)-654/2016 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 gün müddətində inzibati həbs tənbeh tədbirinin görülməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-42/2019 saylı, 03.05.2019-cu tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bak Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 avqust 2019-cu il tarixli 1(103)- 847/2019 saylı qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-42/2019 saylı, 03.05.2019-cu tarixli hökmü məhkum Cavabdeh barəsində onun müdafiəçisinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə cavabdehin ona məxsus pulun qaytarılmasını gecikdirməsi nəticəsində gəlir əldə etməsini, həmin puldan faydalanmasını təsdiq edən sübutlarını da məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119,216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faiz borcu nəzərə alınmaqla, 11.08.2014-cü il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 23515 manat borcu ödəməməklə ona vurduğu 9575 manat zərərin Cavabdeh tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 165 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar