Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-415/2022 06.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia tələbi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 11.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC Cavabdeh1 arasında bağlanmış 27.10.2021-ci il tarixli FN-00052-11/21A nömrəli kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada həmin kredit müqaviləsi üzrə 27.10.2021-ci il tarixinə ödənilməmiş 14999,92 manat əsas, 1050,08 manat faiz və 165,82 manat cərimə olmaqla, cəmi 16.215,82 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 138,65 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 16354,87 (on altı min üç yüz əlli dörd manat səksən yeddi qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, FNZ- 00052-11/21A nömrəli kredit müqaviləsinin tarixinin 27.05.2021-ci il kimi oxunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, "xxxx"ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.05.2021-ci il tarixli FN-00052-11/21A saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. 27.05.2021-ci il tarixli FNZ-00052-11/21A nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 zamin olmuşdur. Lakin borclu şəxs Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka 27.10.2021-ci il tarixə yaranmış 14999,92 manat əsas, 1050,08 manat faiz və 165,82 manat cərimə olmaqla, cəmi 16.215,82 manat borcu qalmışdır. Hazırda borclu Cavabdeh1 borcunu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən, X2 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” sistemi vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 27.05.2021-ci il tarixli FN-00052-11/21A nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh1 36 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 15000 manat kredit vermişdir. 27.05.2021-ci il tarixli FNZ-00052-11/21A nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 zamin olmuşdur. İş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 27.05.2021-ci il tarixli kredit müqaviləsi üzrə 27.10.2021-ci il tarixə 14999,92 manat əsas borc, 1050,08 manat faiz, 165,82 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilədən görünür ki, tərəflər müqavilə ilə dəbbə pulunu müəyyənləşdirmişlər və tələb olnan məbləğ nəzərdə tutulan penya həcminə uyğundur. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq, hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, kreditor tərəfindən cavabdehə kredit borcunun qaytarılması ilə bağlı müraciət olunmuşdur. Qeyd olunan müraciəti məhkəmə müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş təklifə bərabər tutur. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" ASC Cavabdeh1 arasında bağlanmış 27.05.2021-ci il tarixli FN-00052-11/21A nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27.05.2021-ci il tarixli FN-00052-11/21A nömrəli kredit müqaviləsi üzrə 27.10.2021-ci il tarixə yaranmış 14999,92 manat əsas, 1050,08 manat faiz və 165,82 manat cərimə olmaqla, cəmi 16.215,82 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 138,65 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 16354,87 (on altı min üç yüz əlli dörd manat səksən yeddi qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" ASC Cavabdeh1 arasında bağlanmış 27.05.2021-ci il tarixli FN- 00052-11/21A nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27.05.2021-ci il tarixli FN-00052-11/21A nömrəli kredit müqaviləsi üzrə 27.10.2021-ci il tarixə yaranmış 14999,92 manat əsas, 1050,08 manat faiz və 165,82 manat cərimə olmaqla, cəmi 16.215,82 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 138,65 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 16354,87 (on altı min üç yüz əlli dörd manat səksən yeddi qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-415/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-415/2022
06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver