Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-415/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı Çakın (Hacıyeva) Vüsalə Səxavət qızının nümayəndəsi (anası) – Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Çakın (Hacıyeva) Vüsalə Səxavət qızının Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Çakın (Hacıyeva) Vüsalə Səxavət qızı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-u il tarixli, 2(004)-2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3115/2019 saylı qətnaməsi ilə həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(004)-7506/2017 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2001-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Qızı Selcan yetkinlik yaşına çatmışdır. Onu da qeyd edir ki, o Türkiyə Respublikası vətəndaşı Çakın Sərkan ilə nikaha daxil olmuş və onun soyadını - Çakın soyadını götürmüşdür. Hal-hazırda, məhkəmə tərəfindən təyin olunmuş aliment məbləği Riadın təlabatını ödəmədiyindən, onun təminatına daha çox məbləğ tələb olunduğu üçün Cavabdeh tərəfindən ödənilməli olan alimentin məbləği artırılmalıdır. Belə ki, övladları artıq böyüdüyündən qidalanmaları, geyim əşyaları, istirahətləri və digər zəruri xərcləri əhəmiyyətli dərəcədə artmışdır. Onun maddi vəziyyəti isə verilən aliment ilə uşaqların tələbatını ödəməyə imkan vermir. Məhkəmə iclasında iştirak edən iddiaçı Çakın (Hacıyeva) Vüsalə Səxavət qızının nümayəndəsi (anası) – Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirmişdir ki, məhkəmə tərəfindən müəyyən edilən aliment uşağın xərclərini ödəməyə yetərli deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etdi və izahatında bildirmişdir ki, alimentin ödənilməsində çətinlik çəkir və artırılması üçün imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3115/2019 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-7605/2017 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2001-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Çakın (Hacıyeva) Vüsalə Səxavət qızına ödənilməsi qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment hazırda uşaqların saxlanılması üçün yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment iddiaçıya ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Çakın (Hacıyeva) Vüsalə Səxavət qızına ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-415/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-415/2024
13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver