Məhkəmə qərarları › İş №2(004)-4199/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4199/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4199/2024 02.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25000 manat pul borcunun, ödənilmiş 165 manat dövlət rüsumunun və vəkil xidməti üçün ödədiyi 320 manatın ümumilikdə, 25485 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı 25000 manat məbləğində pul vəsaitini borc alan Cavabdeh tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq borc vermiş, borc alan isə krediti xx.xx.2024-cü il tarixinədək tam şəkildə borcverənə qaytarmağı öhdəsinə götürür. 8i-4456 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli notariusun icra qeydinə əsasən, İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 25000 manat tutulsun. Bakı şəhəri 19 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün icra qeydi və ona əlavə olunmuş sənədlər Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən, Bakı şəhəri 19 saylı Notariat Kontorunun 8i-4456 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Yasamal Rayon İcra Şöbəsində icraat başlanmışdır. İş materiallarından göründüyü kimi, İddiaçı xeyrinə Cavabdeh 25000 manat tutulması ilə bağlı notariusun icra qeydi əsasında Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. İddia tələbi ilə bağlı notariusun icra qeydi əsasında Yasamal Rayon İcra Şöbəsində icraat başlandığından iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə müraciət etmək hüququ izah edilsin. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 164 (yüz altmış dörd) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar