Məhkəmə qərarları › İş №2(004)-42/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-42/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-42/2024 04.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tkinti Kooperativinə qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tkinti Kooperativinə qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativindəniddiaçı "xxxx" ASCnin xeyrinə 12-xx-xx-2017-HR-FE saylı 11 may 2017-ci il tarixliKredit müqaviləsinə əsasən əsas borc üzrə 115 801 AZN, faiz borcu üzrə 12 483.16 AZN, cərimə borcu 0.01 AZN olmaqla, cəmi 128 284.17 AZN borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46.45 AZN dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 418.28 AZN dövlət rüsumu və 0.40 AZN xidmət haqqının tutulması; tələbin 12xx-xx-2017-HR-FE saylı 11 may 2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.3 kv.m. olan mənzilə yönəldilməsi; həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin Cavabdeh1 12-xx-xx-2017-HR-FE saylı 11 may 2017-ci il tarixliKredit müqaviləsinə əsasən cəmi 128 284.17 AZN borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46.45AZN dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 418.28 AZN dövlət rüsumu və 0.40 AZN xidmət haqqının ödənilməsinə yönəldilməsi; ipoteka predmeti olan – Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.3 kv.m. olan mənzilə tutma yönəldikdən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ən geci bir ay ərzində boşaldılmış vəziyyətdə iddiaçı "xxxx" ASC-yə təhvil verməsi; satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativindən ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 12-xx-xx-2017-HR-FE saylı 11 may 2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 229 ay müddətinə, 8 faiz dərəcəsi ilə 131482 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. 12-xx-xx-2017-HR-FE saylı, 11 may 2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə bank arasında bağlanan 9 aprel 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.3 kv.m. olan mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, kredit müqaviləsinin təminatı olaraq bank Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativi arasında xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-HR-FE saylı zaminlik müqavilələri bağlanmışdır. 12-xx-xx-2017-HR-FE saylı, 11 may 2017-ci il tarixli kredit müqaviləsinə dair təminat qismində olan Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.3 kv.m. olan mənzil ipoteka predmeti üzrə tutmanın yönəldilməsi barədə bildiriş tərəfindən xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Həmin bildiriş üzrə əmlaka dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair 46.45 manat dövlət rüsumu tərəfindən ödənilmiş və bildiriş qeydə alınaraq cavab məktubu verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə X1, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativinə xx.xx.2023-ci il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Yuxarıda adı çəkilən 12-xx-xx-2017-HR-FE saylı, 11 may 2017-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin əsas borc üzrə 115 801 manat, faiz borcu üzrə 12 483.16 manat, cərimə borcu 0.01 manat olmaqla, cəmi 128 284.17 manat borcu mövcuddur. Eyni zamanda tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 418.28 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. İşə baxılan zaman "xxxx" ASC xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tkinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə 11 may 2017-ci il tarixli, 12-xx-xx-2017-HR-FE saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 115801 manat, faiz borcu üzrə 24481,07 manat, cərimə borcu 0,08 manat olmaqla, cəmi 140282,15 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldiməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 01 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46,45 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 430,28 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması; tələbin 11 may 2017-ci il tarixli, 12-xx-xx-2017-HR-FE saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 (1/2 hissə) və Cavabdeh2 (1/2 hissə) paylı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.3 kv.m. olan mənzilə yönəldilməsi; həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin Cavabdeh1 11 may 2017-ci il tarixli, 12-xx-xx-2017-HR-FE saylı kredit müqaviləsinə əsasən cəmi 140282,15 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldiməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 01 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46,45 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 430,28 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının ödənilməsinə yönəldilməsi; ipoteka predmeti olan - Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.3 kv.m. olan mənzilə tutma yönəldikdən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ən geci bir ay ərzində boşaldılmış vəziyyətdə iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi; satışdan əldə olunmuş vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tkinti Kooperativindən ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, mübahisənin uzun müddətdir ki davam etdiyini, borcun ipoteka predmetinə yönəldilməsini, mənzilin likvid dəyəri ilə razılaşdığını, tutulacaq məbləğlə bağlı faiz borcuna dair hissədə daha ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tkinti Kooperativinə məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduqları və hüquqi ünvan üzrə bildirişlər göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, gəlmiş tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 11 may 2017-ci il tarixli, 12-xx-xx-2017-HR-FE saylı əsas kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin “Abşeron” filialı tərəfindən Cavabdeh1 229 ay müddətinə illik 8% dərəcəsi ilə 131482 manat məbləğində kredit verilmişdir. - xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 ilə “Bank” arasında xx.xx.2018ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.3 kv.m. olan mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 194/ mənzil 8 (1/2 hissə) paylı mülkiyyət hüququ ilə Cavabdeh1 və Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir - "xxxx" ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktubundan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzil olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. - Cavabdeh2 tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, əri Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzilin "xxxx" ASC-yə ipotekaya qoyulmasına etiraz etmir. İpoteka müqaviləsinin şərtləri ilə tanışdır və bankda olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin əmlaka yönəldilməsinə razıdır və bu halda Bankın tələbinə əsasən əmlakı könüllü olaraq boşaltmağı öhdəsinə götürür. - "xxxx" ASC ilə Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-HR-FE saylı zaminlik müqavilələrinə əsasən, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativi bank qarşısında Cavabdeh1 11 may 2017-ci il tarixli, 12-xx-xx-2017-HR-FE saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüş və müqavilə öhdəliklərin tam icra olunmasına qədər qüvvədədir. - xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 418,28 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2443/2023 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, iş rəy verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2113-9/2108 saylı məktubu məhkəməyə daxil olmuş, məlumata əsasən göstərilən tarixdə ekspertlər iddiaçı ilə birlikdə sözügedən ünvanda olmuş, lakin iş üzrə cavabdeh iştirak etmədiyindən və tədqiqat obyektinin qapısı bağlı olduğundan baxış keçirilməsi və ölçü işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən də, qərardadda qoyulmuş sualar üzrə tədqiqat aparılması mümkün olmamışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-42/2024 saylı qərardadına əsasən mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, iş rəy verilməsi üçün “X2 Mərkəzi” MMC-yə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. - “X2 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 004-095/2024 saylı hesabatı məhkəməyə daxil olmuşdur. - “X2 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 004-095/2024 saylı hesabatın nəticə hissəsindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 165000 manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 229 ay müddətinə illik 8 faiz olmaqla 131482 manat məbləğində kredit vermiş, verilmiş kreditin təminatı olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M8 ünvanında yerləşən 8 saylı mənzil banka ipoteka qoyulmuşdur. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativi arasında xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə cavabdehin bank qarşısında borcu yaranmışdır. X2 Mərkəzi MMC-nin YDQ 004-095/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M8 ünvanında yerləşən 8 saylı mənzilin likvid qiyməti 165000 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tkinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə 11 may 2017-ci il tarixli, 12xx-xx-2017-HR-FE saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 115801 manat, faiz borcu üzrə 24481,07 manat, cərimə borcu 0,08 manat olmaqla, cəmi 140282,15 manat borc məbləğində tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativindən müştərək qaydada 12-xx-xx-2017-HR-FE saylı, 11 may 2017-ci il tarixli kredit müqaviləsi üzrə 115801 (yüz on beş min səkkiz yüz bir) manat əsas borc, 12483,16 (on iki min dörd yüz səksən üç manat on altı qəpik) manat faiz borcu, 0,01 (bir) qəpik cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 (qırx altı manat qırx beş qəpik) manat rüsum, 0,40 (qırx) qəpik xidmət haqqı olmaqla, cəmi 128331,02 (yüz iyirmi səkkiz min üç yüz otuz bir manat iki qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativinə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-HR-FE saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 115801 manat əsas borcu və ona hesablanmış fazi və cərimə borcunu ödəməmişdir. Yaranmış öhdəliyin üç gün mddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə 115801 (yüz on beş min səkkiz yüz bir) manat əsas, 12483,16 (on iki min dörd yüz səksən üç manat on altı qəpik) manat faiz, 0,01 (bir) qəpik cərimə borcu vardır. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə (köhnə redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-HR- FE saylı kredit müqaviləsinə əsasən faiz və cərimə üzrə hesablanmış borc məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan, (iradə ifadəsinin təsdiqindən) yəni həmin dövrə hesablanmış 14 mart 2024-cü il tarixli maliyyə arayışından hesablanmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativi borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativi onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə əsas borc və hesablanmış faiz borcunu və cəriməni iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.3 kv.m. olan mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1 maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1 maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 (qırx altı manat qırx beş qəpik) manat rüsumun və 0,40 (qırx) qəpik xidmət haqqının ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tələbin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 46,45 (qırx altı manat qırx beş qəpik) manat rüsum və 0,40 (qırx) qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, "xxxx" ASC-yə təhvil verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbləri bu hissədə də qismən təmin edilməlidir. Belə ki, mənzilin təhvil verilməsi tələbi ilə iddia qaldırmaq, subyektiv hüquq olaraq mənzilin mülkiyyətçisinə aid olduğundan, mənzili əldə etmiş yeni mülkiyyətçisi tərəfindən qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət oluna bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.3 kv.m. olan mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativindən müştərək qaydada 12-xx-xx-2017-HR-FE saylı, 11 may 2017-ci il tarixli kredit müqaviləsi üzrə 115801 (yüz on beş min səkkiz yüz bir) manat əsas borc, 12483,16 (on iki min dörd yüz səksən üç manat on altı qəpik) manat faiz borcu, 0,01 (bir) qəpik cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 (qırx altı manat qırx beş qəpik) manat rüsum, 0,40 (qırx) qəpik xidmət haqqı olmaqla, cəmi 128331,02 (yüz iyirmi səkkiz min üç yüz otuz bir manat iki qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı; tutma ipoteka ilə yüklü edilmiş likvid qiyməti 165000 (yüz altmış beş min) manat müəyyən edilməklə Cavabdeh1 (1/2 hissə) və Cavabdeh2 (1/2 hissə) paylı mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.3 kv.m. olan mənzilə yönəldilməli; mənzil açıq hərracdan satılmalı; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativindən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulmalı; ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.3 kv.m. olan mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin mənzil boşaldılmalı və yeni alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 430,28 manat dövlət rüsumunun 418,28 (dörd yüz on səkkiz manat iyirmi səkkiz qəpik) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativindən müştərək qaydada 12-xx-xx-2017-HR-FE saylı, 11 may 2017-ci il tarixli kredit müqaviləsi üzrə 115801 (yüz on beş min səkkiz yüz bir) manat əsas borc, 12483,16 (on iki min dörd yüz səksən üç manat on altı qəpik) manat faiz borcu, 0,01 (bir) qəpik cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 (qırx altı manat qırx beş qəpik) manat rüsum, 0,40 (qırx) qəpik xidmət haqqı olmaqla, cəmi 128331,02 (yüz iyirmi səkkiz min üç yüz otuz bir manat iki qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş likvid qiyməti 165000 (yüz altmış beş min) manat müəyyən edilməklə Cavabdeh1 (1/2 hissə) və Cavabdeh2 (1/2 hissə) paylı mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.3 kv.m. olan mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın. Satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativindən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.3 kv.m. olan mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin mənzil boşaldılsın və yeni alıcıya təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 430,28 manat dövlət rüsumunun 418,28 (dörd yüz on səkkiz manat iyirmi səkkiz qəpik) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar