Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-420/2022 10.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********90749 iPhone 11 Pro, İMEİ kodu **********03146 iPhone 11 Pro markalı 2 ədəd telefon üçün 5165 (beş min yüz altmış beş) manat ödənilməmiş hissə, 564 (beş yüz altmış dörd) manat manat dəbbə, 28.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********94886 Elari KidPhone 3G markalı telefon markalı telefon üçün 139.4 (yüz otuz doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 41.6 (qırx bir manat, altmış qəpik) manat dəbbə, 01.08.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********34707 Samsung Galaxy S20 Ultra DUAL markalı telefon 2950.6 (iki min doqquz yüz əlli manat, altmış qəpik) manat ödənilməmiş hissə, 709.4 (yeddi yüz doqquz manat, qırx qəpik) manat dəbbə miqdarında borc, ümumilikdə, 9570 manat borc və 115.7 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnaməyə əsasən nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.03.2020-ci il tarixli 20191229 nömrəli müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********90749 İPhone 11 Pro, İMEİ kodu **********03146 iPhone 11 Pro markalı 2 ədəd telefon almış, müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 6775,2 (altı min yeddi yüz yetmiş beş manat, iyirmi qəpik) manat (18 ay x 376.4 manat + 0 manat ilkin ödəniş) İPhone 11 Pro markalı telefonlar üçün ümumilikdə, 5165 (beş min yüz altmış beş) manat ödənilməmiş hissə, 564 (beş yüz altmış dörd) manat dəbbə pulu borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.01.2020-ci il tarixli 20065706 nömrəli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********94886 Elari KidPhone 3G markalı telefon almış, müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 278,4 (iki yüz yetmiş səkkiz manat qırx qəpik) manat (12 ay x 23.3 manat + 0 manat ilkin ödəniş) Elari KidPhone 3G markalı telefon üçün ümumilikdə 181 (yüz səksən bir) manat olmaqla ondan 139.4 (yüz otuz doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 41.6 (qırx bir manat, altmış qəpik) manat dəbbə pulu borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.08.2020-ci il tarixli 21049924 nömrəli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********34707 Samsung Galaxy S20 Ultra DUAL markalı telefon almış, müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3375.8 (üç min üç yüz yetmiş beş manat səksən qəpik) manat (18 ay x 182.6 manat + 89 manat ilkin ödəniş) Samsung Galaxy S20 Ultra DUAL markalı telefon üçün ümumilikdə 3360 (üç min altı yüz altmış) manat olmaqla ondan 2950.6 (iki min doqquz yüz əlli manat, altmış qəpik) manat ödənilməmiş hissə, 709.4 (yeddi yüz doqquz manat, qırx qəpik) manat dəbbə pulu borcu yaranmışdır. "xxxx" MMC-nin 04 noyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20.03.2020-ci il tarixli müqavilə üzrə 5165 (beş min yüz altmış beş) manat ödənilməmiş hissə, 564 (beş yüz altmış dörd) manat dəbbə pulu olmaqla, cəmi 5729 (beş min yeddi yüz iyirmi doqquz manat) manat borcu, 28.01.2020-ci il tarixli müqavilə üzrə 139.4 (yüz otuz doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 41.6 (qırx bir manat, altmış qəpik) manat dəbbə pulu olmaqla, cəmi 181 (yüz səksən bir) manat borcu, 01.08.2020-cu il tarixli müqavilə üzrə 2950.6 (iki min doqquz yüz əlli manat, altmış qəpik) manat ödənilməmiş hissə, 709.4 (yeddi yüz doqquz manat, qırx qəpik) manat dəbbə pulu olmaqla, cəmi 3360 (üç min altı yüz altmış) manat borcu yaranmışdır. Ümumilikdə Cavabdeh 8255 manat ödənilməmiş əsas borc, 1315 manat dəbbə borcu olmaqla 9570 manat borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 28 dekabr 2020-ci il və 13 oktyabr 2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. 05 noyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 115.70 (yüz on beş manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 20.03.2020-ci il tarixli 20191229 nömrəli, 28.01.2020-cu il tarixli 20065706 nömrəli 01.08.2020-cu il tarixli 21049924 nömrəli müqavilələr üzrə iddiaçı tərəf öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini lazımı səkildə icra etməmiş və nəticədə 8255 manat ödənilməmiş əsas borc, 1315 manat dəbbə borcu olmaqla 9570 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının müqavilə üzrə hesablanmış tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı, 20.03.2020-ci il tarixli müqavilə üzrə 5165 (beş min yüz altmış beş) manat ödənilməmiş hissəyə hesablanmış 564 (beş yüz altmış dörd) məbləğində dəbbə borcu 100 (yüz) manat, 28.01.2020-ci il tarixli müqavilə üzrə 139.4 (yüz otuz doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissəyə hesablanmış, 41.6 (qırx bir manat, altmış qəpik) manat məbləğində dəbbə borcu 30 (otuz) manat, 01.08.2020-ci il tarixli müqavilə üzrə 2950,6 (iki min doqquz yüz əlli manat, altmış qəpik) manat ödənilməmiş hissəyə hesablanmış 709.4 (yeddi yüz doqquz manat, qırx qəpik) manat məbləğində dəbbə borcu 100 (yüz) manat məbləğində müəyyən edilərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20.03.2020-ci il tarixli 20191229 nömrəli müqavilə üzrə 5165 (beş min yüz altmış beş) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə, 28.01.2020ci il tarixli 20065706 nömrəli nömrəli müqavilə üzrə 139,40 (yüz otuz doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, 01.08.2020-ci il tarixli 21049924 nömrəli müqavilə üzrə 2950,60 (iki min doqquz yüz əlli manat, altmış qəpik) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə olmaqla, cəmi 8485 (səkkiz min dörd yüz səksən beş) manat və ödənilmiş 115,70 (yüz on beş manat yetmiş qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20.03.2020-ci il tarixli 20191229 nömrəli müqavilə üzrə 5165 (beş min yüz altmış beş) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə, 28.01.2020-ci il tarixli 20065706 nömrəli nömrəli müqavilə üzrə 139,40 (yüz otuz doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, 01.08.2020-ci il tarixli 21049924 nömrəli müqavilə üzrə 2950,60 (iki min doqquz yüz əlli manat, altmış qəpik) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə olmaqla, cəmi 8485 (səkkiz min dörd yüz səksən beş) manat və ödənilmiş 115,70 (yüz on beş manat yetmiş qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-420/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-420/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver