Məhkəmə qərarları › İş №2(004)-4205/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4205/2022

15.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4205/2022 15.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin və mediasiya təşikatına ödənilən 50 manat rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02 aprel 2007-ci il tarixdə rəsmi nikah bağlamışlar. Birgə nikahdan onların 2 övladı doğulmuş: xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 155 manat olmaqla, ümumilikdə 310 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh uşaqlarını yaşayış yeri ilə təmin etmədiyi üçün onlar kirayə qalmaq məcburiyyətindədirlər. Uşaqların yaşını, tələbatlarını, təhsil xərclərini, kirayə haqqını nəzərə alaraq 2018-ci il tarixdə çıxarılmış qətnamədə qeyd edilmiş aliment məbləği uşaqlarının tələbatlarının ödənilməsinə yetmir. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Onların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələblərini ödəmək tək iddiaçı üçün çətindir. Hazırda Cavabdeh qazancı qeyri-müntəzəm olduğundan birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin qismən təmin olunmasının məhkəmədən xahiş etdi və hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutulmasına etirazı olmadığını bildirdi və bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-5089/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 02 aprel 2007-ci il tarixdə bağlanmış və 551 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 anaları İddiaçı yanında qalması, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 155 manat olmaqla, ümumilikdə 310 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. - X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, mübahisə üzrə xx.xx.2022-ci il tarixində, 11:00-11:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək sessiyanın keçirilməsi ilə 50 manat mediasiya xərcini ödəmişdir. "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli 10 nömrəli arayışdan və Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də Sosial infrastuktur idarəsində komendant vəzifəsində işləyir və onun aylıq maaşı 1120 manat təşkil edir. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən edilir ki, İddiaçı Azərbaycan Dövlət Pedoqoji Kollecdə müəllim vəzifəsində işləməklə məvacibi 548,64 manat, eyni zamanda “X3” MMC-də direktor vəzifəsində işləməklə məvacibi 785 manat təşkil edir. Göründüyü kimi iddiaçının aylıq gəliri 1333,6 manat təşkil edir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etmişdir. Hazırda iddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər uşağa görə 155 manat aliment hazırda yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Beləliklə qanunvericilik normalarından göründüyü kimi, uşaqların saxlanılması hər iki valideyinin borcudur. Hazırki işin hallarından isə müəyyən edilir ki, iddiaçının aylıq gəliri 1333,6 manat təşkil, cavabdehin aylıq gəliri isə 1120 manat təşkil edir. Cavabdeh isə uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment ödənilməsi ilə bağlı etirazının olmamasına dair məhkəməyə razılıq ərizəsi vermişdir. İddiaçı tərəfindən isə məhkəməyə daha artıq məbləğdə alimentin tutulmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş cəmi 50 manat pulun cavabdehdən tutulması ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, ilkin mediasiya prosesində tərəflərdən biri üzrsüz səbəbdən iştirak etmədiyi halda mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ödəməli, əks halda əgər tərəflər arasında ayrı razılaşma yoxdursa mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya prosesində iştirak etməməsinə dair sübut təqdim etmədiyindən mediasiya xərcinin ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilməli və ilkin mediasiya prosesində ödənilmiş 50 (əlli) manatın ½ hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə belə qənaətə ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş məbləğin ½ hissəsi olan 25 (iyirmi beş) manat Cavabdeh tutularaq İddiaçı ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Alimentin tutulması vaxtı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş məbləğin ½ hissəsi olan 25 (iyirmi beş) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar