Məhkəmə qərarları › İş №2(004)-4208/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4208/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4208/2020 15.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxxxxxxxxxx” BOKT MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxx” BOKT MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” BOKT MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3.621 manat əsas borc, 368,75 manat faiz borcu, 92,85 manat cərimə və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4.113 manat pulun tutularaq «xxxxxxxxxxxx” BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxx” BOKT MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı «xxxxxxxxxxxx” BOKT MMC Cavabdeh 24 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 3.621 manat kredit vermişdir. Borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq və xəbərdarlıq edilməsinə baxmayaraq, borc öhdəliyini lazımi qaydada icra etməmişdir. Borclu Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə «xxxxxxxxxxxx” BOKT MMC-yə xx.xx.2020-ci il tarixə 3.621 manat əsas borc, 368,75 manat faiz borcu və 92,85 manat cərimə olmaqla, cəmi 4.082,60 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öhdəliyini yerinə yetirməmişdir. Hesab edir ki, “xxxxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməli və yaranmış borc tutulmalıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, onunla “xxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı «xxxxxxxxxxxx” BOKT MMC ona 24 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 3.621 manat kredit vermişdir. Maddi imkanı olmadığına görə 3.621 manat əsas borc, 368,75 manat faiz borcu və 92,85 manat cərimə olmaqla, cəmi 4.082,60 manat borcunu ödəyə bilməmişdir. Yaranmış borcunu ödəməkdən imtina etmir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim edir. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin iddianı qəbul etməsinə dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli 01İK004120 nömrəli kredit müqaviləsinə əsasən kreditor «xxxxxxxxxxxx” BOKT MMC borcalan Cavabdeh 24 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 3.621 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Azərbaycan Respublikası MPM-in 106.3-ci maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. «xxxxxxxxxxxx” BOKT MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, borclu Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 3.621 manat əsas borcu, 368,75 manat faiz borcu və 92,85 manat cərimə olmaqla, cəmi 4.082,60 manat borcu vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “xxxxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01İK004120 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdehxx.xx.2020-ci il tarixli 01İK004120 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 3.621 manat əsas borc, 368,75 manat faiz borcu, 92,85 manat cərimə olmaqla, cəmi 4082,60 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4.113 manat pul tutularaq iddiaçı “xxxxxxxxxxxx” BOKT MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01İK004120 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehxx.xx.2020-ci il tarixli 01İK004120 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 3.621 manat əsas borc, 368,75 manat faiz borcu, 92,85 manat cərimə olmaqla, cəmi 4082,60 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4.113 (dörd min yüz on üç) manat pul tutularaq iddiaçı “xxxxxxxxxxxx” BOKT MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar