Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4248/2021 11.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 1263 manat vurulmuş zərər, işçiliyə görə 570 manat, ümumilikdə 1833 manat və ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanmış 13.03.2020-ci il tarixli ALY-32 saylı “X4 əsasında lizinqə verilmiş Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh1 istifadəsinə verilmişdir. Digər Cavabdeh2 həmin sürücünü iddiaçı ilə tanış etmişdir və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh1 avtomaşını idarə edərkən 29 oktyabr 2020-ci il tarixdə saat 15:30 radələrində avtomobili “RS” servisin həytinə gətirib, heç bir sənədləşmə aparmadan açarları üstündə saxlayıb getmişdir. Həmin avtomaşına baxış zamanı aşağıdakı detalların dəyişdirildiyi və maddi ziyan dəydiyi aşkar edilmişdir (arxa stoplar, sükan, oturacaqlar və arxa polka, radio maqnitafon, damın üzlüyü cə stoykanın plasmasları). Cavabdeh1 hərəkətləri nəticəsində avtomaşına 1263 manat zərər dəymişdir. Həmin məbləği sonuncu ödəməkdən imtina etmişdir. Digər Cavabdeh2 şifahi öhdəliklərindən imtina edərək bu məbləği ödəməkdən imtina edir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair və Cavabdeh2 münasibətdə iddia tələbindən imtina edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq, Cavabdeh1 1533 manat (1833 manatdan ödənilmiş 300 manat çıxılmaqla) və ödənilən dövlət rüsumunun tutulması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 münasibətdə (digər cavabdeh məsuliyyəti tam olaraq üzərinə götürdüyündən) iddiadan imtina edərək iş üzrə icraata Cavabdeh2 münasibətdə xitam verilməsini xahiş etmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini, vurulmuş ziyandan 300 manat ödədiyini, vurulmuş ziyana görə 1533 manat məbləğində pulun ondan iddiaçının xeyrinı tutulması barədə qətnamə çıxarılmasını və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin ərizələrini, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 27.05.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC mülkiyyətində olan 13.03.2020-ci il tarixli ALY-32 X4 əsasında lizinqə verilmiş 1 ədəd Ravon Nexia R3 minik” markalı, **-PX- *** dövlət qeydiyyat nişanlı avtobili yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsini Cavabdeh1 21.05.2020-ci il tarixdən 13.06.2020-ci il tarixi də daxil olmaqla səlahiyyət vermişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 13.03.2020-ci il tarixli ALY-32 saylı X2 surətindən görünür ki, lizinq verən "xxxx" MMC lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı lizinq alan İddiaçı müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşlər. Lizinq müqaviləsinin 5.2-ci bəndinə əsasən, bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. İş materiallarına əlavə edilmiş 13.03.2020-ci il tarixli ALY-32 saylı X3 13.03.2020-ci il tarixli 3 saylı əlavədən görünür ki, lizinq obyekti Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27.05.2020-ci il tarixli 50 saylı İcarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən İddiaçı Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürən Cavabdeh1 icarəsinə verilmişdir. İcarə müqaviləsinin 1.,1.1.,1.5-ci bəndlərində göstərilmişdir ki, nəqliyyat vasitəsini icarəyə götürən ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə həmin nəqliyyat vasitəsinin qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə sıradan çıxmış tam hissələrini rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, yol nəqliyyatı, yanğın,oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən zərəri ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və haslilata olan borc qalığını ödəməyə borcludur. İş materiallarında olan AD 77910 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Ravon Nexia R3 minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil “AZƏRMAŞ ALYANS” MMC-nin mülkiyyətindədir. İş materiallarında olan E.E.Hüseynov, B.V.Bəhmənov, A.M.Ağazadə və E.A.Abdullayev tərəfindən tərtib edilmiş 29.10.2020-ci il tarixli aktdan görünür ki, aktı tərtib edənlər 29.10.2020-ci il tarixdə saat 15.30 radələrində Ravon Nexia R3 minik” markalı, **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobilini müqavilə əsasında idarə edən Cavabdeh1 avtomobili RS servisin həyətinə gətirib heç bir sənədləşmə aparmadan açarları üstündə saxlayıb getmişdir.Həin avtomobilə baxış zamanı detalların dəyişdirildiyini və maddi ziyanın dəydiyini aşkaretdiklərini təsdiq etmişlər. İş materiallarında olan “RS avtoservis” tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ehtiyat hissələri üzrə 1263 manat, təmir xərci 570 manat olmaqla cəmi 1833 manat təşkil edir. İş materialına əlavə edilmiş 26 iyun 2021-c il tarixli iltizamdan görünür ki, Cavabdeh1 İddiaçı vurduğu zərəri tam həcmdə bir ay ərzində ödəyəcəyinə söz verir. Zərərdən 300 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan və ona lizinq müqaviləsi üzrə lizinqə verilmiş Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili 27.05.2020-ci il tarixli 50 saylı İcarə müqaviləsi əsasında Cavabdeh1 istifadəsinə vermiş, cavabdehin istifadəsində olarkən həmin avtomobilə 1833 manat maddi ziyan dəymiş, Cavabdeh1 həmin ziyanı yazılı formada verilmiş ərizə ilə etiraf etmiş, dəymiş zərərdən 300 manat ödəniş etmiş, qalan məbləği isə 1 ay ərzində ödəyəcəyini bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4248/2021 saylı 13 avqust 2021ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası Cavabdeh2 münasibətdə qəbul olunması, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata Cavabdeh2 münasibətdə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, iddia ərizəsi üzrə Cavabdeh1 iddiaçı şəxsə vurduğu zərərin məbləği ilə razılaşmış, həmin məbləği etiraf edir və onun iddiaçı şəxsin xeyrinə tutulmasına etiraz etmir. Buna görə də məhkəmə araşdırması zamanı müəyyən olunmuş 1533 (bir min beş yüz otuz üç) manat məbləğində pul vəsaitini iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 vurulmuş maddi ziyana görə 1533 (bir min beş yüz otuz üç) manat İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddia tələbi üzrə İddiaçı xeyrinə Cavabdeh1 tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh1 maddi ziyanın əvəzi olaraq 1533 (bir min beş yüz otuz üç) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4248/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4248/2021
11.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver