Məhkəmə qərarları › İş №2(004)-4254/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4254/2024

08.08.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4254/2024 08.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin verilməsi, hərəkətlərin görülməsi, bu mümkün olmadıqda mənzilin bazar dəyərinin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin verilməsi, hərəkətlərin görülməsi, bu mümkün olmadıqda mənzilin bazar dəyərinin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlara əsasən müəyyən olunur ki, cavabdeh "xxxx" MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 1ya izah edir ki, hazırki iddia tələbi üzrə iddia Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinin tələblərinə əsasən müstəsna aidiyyat qaydaları ilə deyil, məhz müqavilə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ümumi ərazi aidiyyatı üzrə cavabdehin qeydiyyat ünvanı üzrə müvafiq məhkəməyə verilməlidir. Məhkəmə qərar qəbul edərkən yuxarı instansiya məhkəməsinin (apellyasiya məhkəməsi) hüquqi mövqeyini əsas götürür. Yəni, hazırki iddia tələbinin mahiyyəti dolayı yolla mülkiyyət hüququ ilə bağlı olsa da, mübahisənin yaranma əsası qismində müqavilə (podrat) hüquq münasibətləri çıxış edir. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu yer nəzərə alınaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin verilməsi, hərəkətlərin görülməsi, bu mümkün olmadıqda mənzilin bazar dəyərinin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçı X2 geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən X2 qaytarılsın. İddiaçı X2 izah edilsin ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar