Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4264/2024 02.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: alimentin artırılması) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-1571/2016 saylı qətnaməsi ilə övladları xx.xx.2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 117 manat məbləğində alimentin artırılaraq, 235 manat məbləğində alimentin, həmçinin mediasiyaya müraciət üçün ödənilmiş 60 manat mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 14 fevral 2014-cü il tarixində 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində 147 saylı akt qeydi ilə aralarında nikah bağlanılmışdır. Birgə nikahlarından 19 mart 2015-ci il tarixində X10 anadan olmuşdur. Cavabdeh övladının xərclərini qarşılamaq vəzifəsini yerinə yetirmədiyi üçün aliment tələbi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-11858/2015 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, həmçinin uşaq üç yaşına çatana kimi maddi köməklik qismində 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. Cavabdeh bundan narazı qalıb apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)- 1571/2016 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 11858/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv ediləsi, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 117 manat məbləğində alimentin, həmçinin uşağın üç yaşına çatanadək əlavə xərclərinin qarşılanması məqsədilə 50 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qərara alınmışdır. Cavabdehlə aralarında şiddətli keçimsizlik baş verdiyindən nikahlarının rəsmi qaydada pozulması və övladının onun yanında saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-8188/2016 saylı qətnaməsi ilə nikahın pozulması və uşağın onun yanında saxlanılması barədə qətnamə qəbul edilmişdir. Hal-hazırda hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə övladının saxlanılmasına görə müəyyən edilmiş 117 manat məbləğində təyin edilən alimentin bir uşaq üçün 235 manata artırılması zəruridir. Belə ki, yetkinlik yaşına çatmamış övladı böyüdükcə onun tələbatı və müvafiq olaraq xərcləri də artır həmin xərcləri də o təkbaşına qarşılaya bilmir. Əvvəllər cavabdehlə aralarında müəyyən razılıqlar baş tutmuş və onun tərəfindən bu ilin mart ayınadək aliment könüllü şəkildə ödənilmişdir. Sonradan cavabdeh alimenti ödəməməyə başladı. Onun bu hərəkətinin səbəbi onlara hələ də məlum deyildir. O övladını vətənə, millətə, dövlətə layiqli bir vətəndaş kimi, gələcəyi sağlam bir gənc kimi yetişdirmək istəyir. Bunun üçün isə xanım olsa da, həm özünü ata kimi, həm də ana kimi aparır. Məlumdur ki, bu gün onların inkişaf etməsi üçün maddi imkan mütləqdir. Maddi imkan kifayət qədər olduğu təqdirdə o övladını müxtəlif növ məşğələlərə yazdıra, digər növ məşğuliyyətlərlə təmin edərək inkişaf etməsinə səbəb olmuş olar. Cavabdehin verdiyi aliment məbləği isə 2015-ci ilin yaşayış minimumu haqqında qanuna əsasən təyin edilən məbləğdir. Övladı bu günədək xərcləri onun ailəsi tərəfindən qarşılamışdır. Hətta bu yaxınlarda övladı əməliyyat olunmuşdur ki, onun xərclərini də tam şəkildə ailəsi qarşılamışdır. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl tərəfindən 13 saylı medasiya təşkilatına müraciət edildi. xx.xx.2024-cü il tarixində 13 saylı Mediasiya təşkilatında müvafiq iclas keçirilərək ona “X3 sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış təqdim edilmiş və bildirilmişdir ki, bundan sonra məhkəməyə müraciət etməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etdiyini bildirmişdir.
6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ 518913 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X10 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X6r.
9. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-11858/2015 saylı, xx.xx.2015ci il tarixli qətnaməsinə əsasən 19 mart 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, habelə uşağın üç yaşına çatana kimi, yəni 19 mart 2018ci il tarixədək maddi köməklik qismində 100 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi qət edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1571/2016 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11858/2015 saylı iş üzrə 03 dekabr 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, 19 mart 2015-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh sabit pul məbləğində 117 manat alimentin tutularaq X7 ödənilməsi, uşaq üç yaşına çatanadək, yəni 19 mart 2018-ci il tarixədək Cavabdeh 50 manat sabit pul məbləğində alimentin tutularaq X7 ödənilməsi qət edilmişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 8188/2016 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X9 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış, 147 saylı qeydlə qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X5 anası X4 himayəsində saxlanılması qət edilmişdir.
12. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
13. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
14. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.
16. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
18. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
19. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
21. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1571/2016 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh 13xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə həmçinin qeyd edir ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
V. Nəticə:
24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-1571/2016 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil