Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4268/2021 13.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğ maddi ziyana görə 480 manat və ödənilmiş 20 manat dövlət rusumunun alınıb iddiaçı X6 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh vurduğu maddi ziyana görə 480 manat və ödənilmiş 20 manat dövlət rusumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında ekspert rəyi ilə razı olmadığını bildirmiş, qeyd etmişdir ki, ekspert rəyi AS motors tərəfindən təqdim olunmuş qüsur aktına əsasən verilmişdir, həmin qüsur aktında isə göstərilən qiymətlər şişirdilimişdir. Maşın artıq təmir olunub, əgər maşın həmin vəziyyətdə ekspertə təqdim edilsəydi məbləğ az olardı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmiş və cavabdeh mahiyyəti üzrə baxışı tələb etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasınnın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 05.05.2021-ci il tarixli İXP3943861 nömrəli X9 protokola əsasən müəyyən olunur ki, Renault Megane minik markalı 99SJ512 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Məmmədov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta nəticəsində X6 maddi zərər dəymişdir. İş materiallarında olan 15.05.2021-ci il tarixli TP4377308 nömrəli X9 qərara əsasən Məmmədov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 045438 №-li arayışa əsasən müəyyən edilir ki, Reno 99SJ512 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol yan hissəsi, X5 idarə etdiyi Toyota markalı, 90UA404 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi zədələnmişdir. İş materiallarında olan AC № 623298 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Toyota Camry minik markalı, 90UA404 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan 09.02.2016-cı il tarixli İcbari qaydada sığortalanmış nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətinə əsasən İddiaçı X6 Toyota Camry minik markalı, 90UA404 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. İş materillarında olan 30.12.2020-ci il tarixli İcbari qaydada sığortalanmış nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətinə əsasən müəyyən olunur ki, mülkiyyətçi X1 Ruslan Oqtay oğluna Renault Megane minik markalı 99SJ512 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam və digər hərəkətlər etmək, qeydiyyata və qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri vermişdir. İş materiallarında olan Yol nəqliyyat hadisəsinin sxeminə əsasən müəyyyən olunur ki, Renault Megane minik markalı 99SJ512 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaqsol hissəsi, Toyota Camry minik markalı, 90UA404 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sağ arxa yan hissəsi, sağ arxa disk təkəri zədələnmişdir. İş materiallarında olan As Motors tərəfindən təqdim olunmuş Təmir aktından görünür ki, Toyota Camry minik markalı, 90UA404 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri 480 manat təşkil etmişdir. İş materiallarında olan 08.09.2021-ci il tarixli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə AS Motors MMC-nin 25.05.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Camry” minik markalı, 90UA404 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 450 manat müəyyən edilir. Məhkəmə cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Renault Megane minik markalı 99SJ512 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərədfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və nəticədə İddiaçı məxsus, X7 idarə etdiyi Toyota Camry minik markalı, 90UA404 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan vurması, həmçinin Cavabdeh Renault Megane minik markalı 99SJ512 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməsi iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh mülki hüquq pozuntusu törətməsi və ziyan vurması sübuta yetirildiyindən iddia tələbi əsaslı hesab edilməli və Cavabdeh, ekspert rəyi nəzərə alınaraq, vurduğu maddi ziyana görə 450 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin Mülki Posessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 20 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, iş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurduğu maddi ziyana görə 450 manat pul və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4268/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4268/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver