Məhkəmə qərarları › İş №2(004)-427/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-427/2021

03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-427/2021 03.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi; Cavabdeh iddiaçı “İddiaçı” İstehsalat Birliyinə qarşı “aktların ləğv hesab edilməsi, həmin aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 10.09.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsi 179 nömrəli evin 1 nömrəli mənzilində təbii qazdan istifadə edilməsi nəticəsində vurulmuş 1.925,80 manat zərərin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.955,80 manat pulun Cavabdeh məcburi qaydada tutularaq “İddiaçı” İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh iddiaçı “İddiaçı” İstehsalat Birliyinə qarşı “aktların etibarsız hesab edilməsi, hesablanmış borcun ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 30.10.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsi 179 nömrəli evin 1 nömrəli mənzilində təbii qazdan istifadə edilməsi ilə bağlı qanunsuz tərtib edilmiş aktların etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdır. İddiaçı “İddiaçı” İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 22.04.2020-ci il tarixdə 02/407 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Qeyd olunan ünvana “İddiaçı” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmiş və qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəсə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar (14 ədəd) tərtib edilmişdir. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında “İddiaçı” İB-yə cəmi 1918,1 manat maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Həmçinin, cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə 1.925,8 manat (7,7 manat sayğğac vasitəsi ilə istifadə edilən qazın dəyəri) təşkil edir. “İddiaçı” İBnın nümayəndələri tərəfindən cavabdehə 1925,8 manat pulun könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi xəbərdarlıq məktubunda izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 2(004)-427/2021 nömrəli qərardadı ilə iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və Cavabdeh iddiaçı “İddiaçı” İstehsalat Birliyinə qarşı “aktların etibarsız hesab edilməsi, hesablanmış borcun ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Cavabdeh 19.03.2021-ci il tarixdə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli 2(004)-427/2021 nömrəli qərardadı ilə Cavabdeh vəsatəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 2(004)-427/2021 nömrəli qərardadı ləğv edilmiş, işin məhkəmə baxışı 03.05.2021-ci il tarixə saat 10:30-a təyin edilmişdir. Bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə, həmçinin “AZEMİS” sistemi vasitəsilə SMS göndərilməklə məlumat verilsə də, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi, qarşılıqlı iddiasını müdafiə etdi və izahatında bildirdi ki, 2020-ci ilin aprel ayından mənzilinə qaz sayğacı quraşdırılmış həmin vaxtdan hazırkı dövrə kimi 30 manat həcmində qazdan istifadə etmişdir və həmin məbləği ödəyəcəkdir. O, yaşadığı evdə yalnız dörd gözlü qaz plitəsindən istifadə edir. Onun barəsində “İddiaçı” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.03.2019cu, 30.04.2019-cu, 30.05.2019-cu, 28.06.2019-cu, 31.07.2019-cu, 30.08.2019-cu, 30.09.2019-cu, 30.10.2019-cu, 29.11.2019-cu, 30.12.2019-cu, 30.01.2020-ci, 28.02.2020-ci, 30.03.2020-ci və 22.04.2020-ci il tarixli aktlardan məlumatı olmamışdır və aktlar əsassız şəkildə tərtib olunmuşdur. Təqdim edilmiş şəkillərdə qaz xətti deyə təqdim edilən borular, əslində su xəttidir və həmin boruların qaz xətti kimi təqdim edilməsi şişirdilmiş borc yazılması məqsədini daşımışdır. O, birinci Qarabağ müharibəsi iştirakçısıdır, əlildir və pensiya ilə dolanır. Qeyd edilən mənzildə çox vaxt olmur və bu səbəbdən də qazdan az istifadə edir. Onun mənzilinə sayğac quraşdırılarkən borcunun olmadığı bildirilmişdir. 1.925,80 manat borc məbləği ona qanunsuz tərtib edilmiş aktlar əsasında yazılmışdır. Odur ki, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilməlidir. Belə ki, abonentin saldosundan müəyyən edilir ki, Cavabdeh yaşadığı Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsi 179 nömrəli evin 1 nömrəli mənzilinə (abonent kodu **********00001) 22.04.2020-ci il tarixdə 12529956 nömrəli “Elster G-4T diafraqma” tipli qaz sayğacı quraşdırılmışdır. Mənzildə 4 gözlü qaz plitəsi (PQ-4)(1/1) cihazı istifadə edilir. Cavabdeh barəsində “İddiaçı” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.03.2019-cu, 30.04.2019-cu, 30.05.2019-cu, 28.06.2019-cu, 31.07.2019-cu, 30.08.2019-cu, 30.09.2019-cu, 30.10.2019-cu, 29.11.2019-cu, 30.12.2019-cu, 30.01.2020-ci, 28.02.2020-ci, 30.03.2020-ci və 22.04.2020-ci il tarixli aktlarda göstərilir ki, Cavabdeh yaşadığı ünvan 3 (abonent kodu **********00001) ünvanda qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. Aktlarda abunəçinin aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Aktları BQRSD-nin Yasamal rayonu üzrə nümayəndələri Möhsüm Məmmədov, Fazil Adıgğzəlov və Ruslan Ağakişiyevin tərtib etdiyi və imzaladığı qeyd edilmişdir. Abunəçiyə 29.03.2019-cu il tarixli ******* nömrəli akta əsasən 685,8 manat; 30.04.2019-cu il tarixli ******* nömrəli akta əsasən 66,6 manat; 30.05.2019-cu il tarixli ******* nömrəli akta əsasən 32,4 manat; 28.06.2019-cu il tarixli ******* nömrəli akta əsasən 32,4 manat; 31.07.2019-cu il tarixli ******* nömrəli akta əsasən 32,4 manat; 30.08.2019-cu il tarixli ******* nömrəli akta əsasən 32,4 manat; 30.09.2019-cu il tarixli ******* nömrəli akta əsasən 32,4 manat; 30.10.2019-cu il tarixli 57,6 manat; 30.12.2019-cu il tarixli ******* nömrəli akta əsasən 194,4 manat; 30.01.2020-ci il tarixli ******* nömrəli akta əsasən 194,4 manat; 28.02.2020-ci il tarixli ******* nömrəli akta əsasən 194,4 manat; 30.03.2020-ci il tarixli ******* nömrəli akta əsasən 194,4 manat; 22.04.2020-ci il tarixli ******* nömrəli akta əsasən 136,1 manat olmaqla, cəmi 1.918,10 manat borc hesablanmışdır. Aktların tərtib edilməsində Cavabdeh iştirakı təmin edilməmiş, foto və video çəkiliş aparılmamışdır. Cavabdeh aktları imzalamaqdan imtina etdiyi aktlarda qeyd edilsə də, bu halı təsdiq edən video görüntülər, iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilmiş akt mövcud deyildir. Əgər həqiqətən də sayğacdan kənar xətt aşkar edilmişdirsə, “İddiaçı” İB-nin əməkdaşları həmin xəttin kəsilməsini və mənzildə təbii qazdan qeyri-qanuni istifadə edilməsinin qarşısının alınması üçün tədbirlər görməli və bu barədə cavabdehin iştirakı ilə müvafiq sənədləşdirmə işləri aparmalı idilər. Hazırkı iş üzrə bu halları təsdiq edən sənədlər (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmasını təsdiq edən və sonradan qazın verilməsinin bərpa olunmasını təsdiq edən, istehlakçının iştirakı ilə tərtib edilmiş aktlar və bu aktların bir nüsxəsinin istehlakçıya təqdim edilməsini təsdiq edən sübutlar yoxdur) mövcud deyildir. İddia ərizəsində cavabdehin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması hallarının iddiaçı tərəfindən aşkar edildiyini, bu barədə aktlar tərtib edildiyi qeyd edilsə də, birinci dəfədən, yəni 29.03.2019-cu ildən iddiaçının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırılmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdehin mənzilində sayğacdan qeyri-qanuni təbii qazdan istifadə edilməsi halı ümumiyyətlə mövcud olmamışdır. Tərtib edilmiş 29.03.2019-cu, 30.04.2019-cu, 30.05.2019-cu, 28.06.2019-cu, 31.07.2019-cu, 30.08.2019-cu, 30.09.2019-cu, 30.10.2019-cu, 29.11.2019-cu, 30.12.2019-cu, 30.01.2020-ci, 28.02.2020-ci, 30.03.2020-ci və 22.04.2020-ci il tarixli aktlar qanunsuzdur və həmin aktlar əsasında hesablanmış borclar abunəçinin hesabına əsassız olaraq yazılmışdır və ödənilməsi cavabdehdən tələb edilə bilməz. Cavabdeh barəsində “İddiaçı” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.03.2019-cu, 30.04.2019-cu, 30.05.2019-cu, 28.06.2019-cu, 31.07.2019-cu, 30.08.2019-cu, 30.09.2019-cu, 30.10.2019-cu, 29.11.2019-cu, 30.12.2019-cu, 30.01.2020-ci, 28.02.2020-ci, 30.03.2020-ci və 22.04.2020-ci il tarixli aktlar qanunsuz olduğundan ləğv edilməli və həmin aktlar əsasında hesalanmış borc məbləğləri istehlakçı Cavabdeh (abonent kodu **********00001) hesabından silinməlidir. Bildiriş-xəbərdarlığa əsasən Cavabdeh (abonent kodu **********00001) sayğac vasitəsilə istifadə edilən təbii qaza görə 06.02.2021-ci il tarixə 20,70 manat borcu yaranmışdır. 22.04.2020-ci il tarixdə quraşdırılmış sayğacın göstəricisinə əsasən 2020-ci ilin aprel, may, iyul ayları üzrə sayğac üzrə cəmi 7,70 manat məbləğində təbii qazdan istifadə edilmişdir, bu hal bir daha təsdiq edir ki, iddiaçının 29.03.2019-cu ildən 22.04.2020-ci il tarixədək tərtib etdiyi 14 ədəd aktlara əsasən cavabdehin yaşadığı mənzildə 11 ay müddətində 1.918,10 manat həcmində təbbi qazdan istifadə edilməsi qeyri-mümkündür. Çünki sayğacın göstəricisinə əsasən həmin mənzildə üç ay müddətində cəmi 7,70 manat, 10 ay müddətində 22.04.2020-06.02.2021-ci ilə kimi isə cəmi 20,70 manat həcmində təbii qaz sərfiyyatı olmuşdur. Odur ki, iddiaçı tərəfindən tələb edilən sayğacın göstəricisinə əsasən yaranmış 7,70 manat pul Cavabdeh tutularaq iddiaçı “İddiaçı” İB-yə ödənilməli, qalan hissədə isə iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçı qanunsuz tərtib etdiyi yuxarıda qeyd edilən 14 ədəd akta əsaslanmaqla cavabdehdən istifadə etmədiyi təbii qaza görə ödəniş tələb edə bilməz. Cavabdeh yalnız sayğacın göstəricisinə uyğun olaraq istifadə etdiyi təbii qazın pulunu ödəməlidir, cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsi və iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İstifadə etmədiyi təbii qaza görə iddiaçının qanunsuz hesabladığı və cavabdehin abunə hesabında göstərdiyi borc məbləği, istehlakçı kimi cavabdehdən tələb edilə bilməz. Çünki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı “İddiaçı” İB-yə aid edilməli, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin iddiası qismən təmin edilsin. Cavabdeh yaşadığı Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsi 179 nömrəli evin 1 nömrəli mənzilində (abonent kodu **********00001) təbii qazdan istifadə edilməsi nəticəsində 2020ci ilin aprel, may, iyul ayları üzrə sayğacın göstəricisinə (sayğac 22.04.2020-ci ildə quraşdırılıb) əsasən yaranmış 7,70 (yeddi manat yetmiş qəpik) manat pul Cavabdeh tutularaq iddiaçı “İddiaçı” İstehsalat Birliyinə ödənilsin. İddiaçı “İddiaçı” İstehsalat Birliyinin iddia tələbi qalan hissədə, yəni - “Cavabdeh Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsi 179 nömrəli evin 1 nömrəli mənzilində təbii qazdan istifadə edilməsi nəticəsində 29.03.2019-cu, 30.04.2019-cu, 30.05.2019-cu, 28.06.2019-cu, 31.07.2019-cu, 30.08.2019-cu, 30.09.2019-cu, 30.10.2019-cu, 29.11.2019-cu, 30.12.2019-cu, 30.01.2020-ci, 28.02.2020-ci, 30.03.2020-ci və 22.04.2020-ci il tarixlərdə tərtib edilmiş 14 ədəd akt üzrə hesablanmış cəmi 1.918,10 manat zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.948,10 manat pulun Cavabdeh məcburi qaydada tutularaq “İddiaçı” İB-yə ödənilməsi” hissəsində rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı “İddiaçı” İB-yə aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh barəsində “İddiaçı” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.03.2019-cu, 30.04.2019-cu, 30.05.2019-cu, 28.06.2019-cu, 31.07.2019-cu, 30.08.2019-cu, 30.09.2019-cu, 30.10.2019-cu, 29.11.2019-cu, 30.12.2019-cu, 30.01.2020-ci, 28.02.2020-ci, 30.03.2020-ci və 22.04.2020-ci il tarixli aktlar ləğv edilsin. “İddiaçı” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 29.03.2019-cu, 30.04.2019-cu, 30.05.2019cu, 28.06.2019-cu, 31.07.2019-cu, 30.08.2019-cu, 30.09.2019-cu, 30.10.2019-cu, 29.11.2019-cu, 30.12.2019-cu, 30.01.2020-ci, 28.02.2020-ci, 30.03.2020-ci və 22.04.2020-ci il tarixli aktlar əsasında ünvan 3 ünvan üzrə qanunsuz hesablanmış cəmi 1918,10 (bir min doqquz yüz on səkkiz manat on qəpik) manat borc istehlakçı Cavabdeh (abonent kodu **********00001) hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar