Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4272/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X4 xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01 nömrəli əlavə saziş üzrə yaranmış 1.400,99 ABŞ dolları əsas borc, 2.794,36 ABŞ dolları faiz borcu, 4.002,54 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 203,30 ABŞ dolları olmaqla, cəmi 8.401,19 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə X2 xx.xx.2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, X1 İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2014-cü il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 32 faiz ödəmək şərti ilə 3.800 ABŞ dolları kredit xətti açılmışdır. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kredit məbləğindən qalıq məbləği 3.239,62 ABŞ dolları təşkil edir və kreditin ödənilmə müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Borcun təminatı olaraq X6 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kreditin bitmə müddəti xx.xx.2017-ci ildir. Hazırda borclu müqavilənin şərtlərini pozaraq öhdəliyini icra etmir və onun ləğv prosesində olan banka 1400,99 ABŞ dolları əsas borc, 2794,36 ABŞ dolları faiz borcu, 4.002,54 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 203,30 ABŞ dolları olmaqla, cəmi 8401,19 ABŞ dolları borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh1 24 ay müddətinə illik 32 faiz ödəmək şərti ilə 3.800 ABŞ dolları kredit vermişdir. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01 nömrəli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kredit məbləğindən qalıq məbləği 3.239,62 ABŞ dolları təşkil edir və kreditin ödənilmə müddəti xx.xx.2017-ci ilədək təyin olunmuşdur. Borcun təminatı olaraq kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 və zamin X6 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. X6 zaminlik müqaviləsini imzalamamışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. LPO İddiaçı ASC xx.xx.2020-ci il tarixli **********594 nömrəli çıxarışda göstərir ki, borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixə 1.400,99 ABŞ dolları əsas borc, 2.794,36 ABŞ dolları faiz borcu, 4.002,54 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 203,30 ABŞ dolları borcu olmaqla, cəmi 8.401,19 ABŞ dolları borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tənasübsüz surətdə hesablanmış yüksək 4.002,54 ABŞ dolları cərimə azaldılaraq 30 ABŞ dolları cərimə müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01 nömrəli əlavə saziş üzrə xx.xx.2017-ci il tarixədək (müqavilənin müddətinin bitdiyi tarixə) yaranmış 1.400,99 ABŞ dolları əsas borc, 528,38 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə olmaqla, cəmi 1.959,37 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Cavabdeh1 qarşı iddia qalan hissədə rədd edilməlidir. Çünki, cavabdehin borcun qaytarılmasını gecikdirməklə, ondan fayda götürməsi halı məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. İddia tələbi - Cavabdeh2 qarşı olan hissədə tam rədd edilməlidir. Çünki, zaminlik müqaviləsi zamin tərəfindən imzalanmadığına görə, onun borcun ödənilməsi üçün öhdəliyi yaranmamışdır. Mülki Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01 nömrəli əlavə saziş üzrə xx.xx.2017-ci il tarixədək (müqavilənin müddətinin bitdiyi tarixə) yaranmış 1.400,99 ABŞ dolları əsas borc, 528,38 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə olmaqla, cəmi 1.959,37 (bir min doqquz yüz əlli doqquz ABŞ dolları otuz yeddi sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Cavabdeh1 qarşı iddia qalan hissədə rədd edilsin. İddia tələbi - Cavabdeh2 qarşı olan hissədə tam rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4272/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4272/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver