Məhkəmə qərarları › İş №2(004)-4274/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4274/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4274/2021 14.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 27 oktyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 10000 manat pulun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 27.10.2018-ci il tarixdə 10000 manat borca pul vermişdir. Aralarında olan öhdəlik münasibətlərini 27.10.2018-ci il tarixdə kredit müqaviləsi bağlamaqla rəsmiləşdirmişlər. Onunla Cavabdeh arasında bağlanmış 27 oktyabr 2018-ci il tarixli kredit müaviləsinə görə 10.000 manat pulu 27 dekabr 2018-ci tarixə kimi ödəyəcəyini öhdəsinə götürmüşdür. 27 oktyabr 2018-ci il tarixli kredit müqaviləsinə görə Cavabdeh ona olan borcu zamanında ödəməyi öhdəsinə götürsə də, bugünki dövrdə cavabdeh öhdəliyin icrasından qərəzli olaraq yayınır. Dəfələrlə borcun ödənilməsini tələb etsə də, tələbi cavabsız qalmışdır. Cavabdeh ondan almış olduğu borcu kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə nəinki qaytarmış, hətta bu illər ərzində ona borcunu qaytarmaq adı ilə hər dəfə yalan vədlər vermişdir. Bundan sonra anlamışdır ki, cavabdeh onun sadəliyindən, səmimiyyətindən sui-istifadə edərək bu illər ərzində onu aldatmışdır. Cavabdeh tərəfindən aldadılmış bir azərbaycan vətəndaşı kimi hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış, 5 saylı Bakı Asan xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 27.10.2018-ci il tarixli «Kredit Müqavilə»sindən görünür ki, Yusifli X1 İsa Vahid oğluna 27.12.2018-ci il tarixədək faizsiz 10000 manat məbləğində pulu borc vermişdir. İstinad olunan Kredit Müqaviləsinin 8-ci bəndinə əsasən “borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilkdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, 27.10.2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 10000 manat məbləğində maliyyə yardımı kimi borc verilmiş, və cavabdeh həmin borcu 27 dekabr 2018-ci il tarixinədək qaytaracağı barədə öhdəlik götürmüşdür. Cavabdeh öhdəliyinə götürdüyü 10000 manat məbləğində borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlı olduğundan, iddia ərizəsi təmin edilməli, Cavabdeh 10000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar