Məhkəmə qərarları › İş №2(004)-4282/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4282/2020

28.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4282/2020 28.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğluna qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğlundan məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarında dəyişiklik edərək hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəıbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixində Mütəllimov Röyyal Ziyadxan oğlu ilə el adəti ilə ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2018ci il tarixində Mirmehdi adlı oğlu doğulmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Xeyli müddət cavabdeh ümumiyyətlə nə onunla, nə də uşaqla maraqlanmamış, uşağın saxlanması üçün heç bir maddi köməklik göstərməmişdir. Ona görə də o, məcbur olub həm atalıq faktının müəyyən olunması, həm də aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-1899/2019 saylı qətnaməsi ilə onun şikayəti təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixində Bakı şəhərində doğulmuş Əliyev Mirmehdi Röyal oğlunun atası olması faktı müəyyən edilmiş və həmçinin uşağın saxlanması üçün Mütəllimov Royaldan aylıq qazancının 1/4 hissəsi həcmində və uşağa qulluğa görə 55 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə baxışı zamanı cavabdeh “xxxxxxxxxxx” MMCdə çapçı vəzifəsində işləməsi və aylıq gəlirinin 300 manat olması barədə arayış təqdim etmişdir. Təbii ki, onun bu arayışı yalnız rəsmiyyət üçün verilmiş, əslində isə onun aylıq gəliri daha çoxdur. Belə ki, mən onun həyat yoldaşı olduğu üçün aylıq gəlirinin də çox olduğunu bilir. Əgər hal-hazırki vəziyyətdə onun əmək haqqından aliment tutularsa, onda uşağın saxlanması üçün ona cəmi 130 manat məbləğində aliment edənəcəkdir. Bu isə möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş 2020-ci ildə uşaqların minimum yaşayış səviyyəsi haqqında Fərmanın tələblərinə ziddir. Belə ki, həmin Fərmana görə 2020-ci ildə uşaqların minimum yaşayış səviyyəsi 170 manat həcmində müəyyən edilmişdir. Həmçinin oğlu böyüdüyü üçün təbii ki, onun ehtiyacları da artır. Hələ onun 3 yaşı tamamlandığı üçün uşaq bağçasına yerləşdirməkdə də problemlər yaranır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, o alimentin artırılmasına razı deyil. Belə ki, o, hazırda Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-1899/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimenti belə ödəməkdə çətinlik çəkir. Ona görə də onun daha yüksək məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin 2(106)- 3293/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1899/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğluna qarşı “atalıq faktının tanınması və aliment ləbinə dair” iddiasının qismən təmin edilməsi, cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğunun İddiaçı tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhərində doğulmuş Əliyev Mirmehdi Röyyal oğlunun atası olmasının müəyyən edilməsi, müvafiq qeydiyyatın aparılmasının Masallı rayon qeydiyyat şöbəsinə həvalə edilməsi, xx xxxx 2019-cu ildən başlayaraq cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğlundan 21 sentyabr 18-ci il tarixdə doğulmuş Əliyev Mirmehdi Röyyal oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Mütəllimov Röyyal Ziyadxan oğlunun aylıq qazancının (gəlirinin) 1/4 hissəsi miqdarında və 55 (əlli beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, aliment tələbi barədə iddianın qalan hissəsinin təmin ediİməməsi qət edilmişdir. İddiaçı qzı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-1899/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdiriolmədən saxlanmışdır. İş materiallarına əlavə edilmiş AZ-İV 184086 saylı 3 saylı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Əliyev Mirmehdi Röyyal oğlu xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Əliyev Röyyal Ziyadxan oğlu, anası İddiaçıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1899/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğluna qarşı “atalıq faktının tanınması və aliment ləbinə dair” iddiasının qismən təmin edilməsi, cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğunun İddiaçı tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhərində doğulmuş Əliyev Mirmehdi Röyyal oğlunun atası olmasının müəyyən edilməsi, müvafiq qeydiyyatın aparılmasının Masallı rayon qeydiyyat şöbəsinə həvalə edilməsi, xx xxxx 2019-cu ildən başlayaraq cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğlundan 21 sentyabr 18-ci il tarixdə doğulmuş Əliyev Mirmehdi Röyyal oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Mütəllimov Röyyal Ziyadxan oğlunun aylıq qazancının (gəlirinin) 1/4 hissəsi miqdarında və 55 (əlli beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, aliment tələbi barədə iddianın qalan hissəsinin təmin ediİməməsi qət edilmiş, və qətnamə qanuni qüvvəsini almışdır. Lakin həmin aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, xx.xx.2018-ci il təvəllüdlü Əliyev Mirmehdi Röyyal oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü Əliyev Mirmehdi Röyyal oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü Əliyev Mirmehdi Röyyal oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğlundan xx.xx.2018-ci il təvəllüdlü Əliyev Mirmehdi Röyyal oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar