Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4283/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı“İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı“İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “İddiaçı” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2012-ci il tarixində 14 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və lazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələbləri pozularaq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışlar. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz ətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır, həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan isfadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 853,20 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 1054,80 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 284,40 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 473,20 manat; xx.xx.2018ci il tarixli, ******* saylı akt əsasında 291,60 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat; xx.xx.2020ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 275,50 manat olmaqla, cəmi 5273,90 manat məbləğində iddiaçıya maddi ziyanın dəymiş olduöu müəyyən olunmuşdur. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, cavabdehin yuxarıda göstərilən borc məbləğlərindən əlavə olaraq 2020-ci ilin may və iyun ayları üçün istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 3,20; 18,30 və 7,20 manat məbləğində debitor borcları da yaranmışdır. Cavabdehin yuxarıda göstərilən borc məbləğlərindən əlavə olaraq 2012-ci ilin may ayından 2016-cı ilin sentyabr ayına kimi iddiaçı “İddiaçı İB”yə ödənilməmiş 883,90 manat məbləğində qalıq borcu da mövcud olmuşdur. Nəticədə cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə qalıq borclarla birlikdə ümumi olaraq 6186,50 manat təşkil etməkdədir. Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə sonuncu ödəniş 2016-cı ilin mart ayında 22 manat məbləğində aparılmışdır. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə vurulmuş 6186,50 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 6.216,50 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı «İddiaçı» İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «İddiaçı» İstehsalat Birliyinin nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bldirdi ki, tələb olunan məbləğlərdən 883,90 manat məbləğində borc cavabdehin 2012-ci ilin may ayından 2016-cı ilin sentyabr ayına kimi iddiaçı “İddiaçı İB”-yə ödənilməmiş qalıq borcu, qalan məbləğlər isə qanunsuz qoşulma nəticəsində vurulmuş ziyanla bağlı yaranmış borcdur. Həmin məbləğlər müvafiq aktlar tərtib edilməklə cavabdehin istifadəsində olan avadanlıqların, cihazların sayı və ortalama iş saatları nəzərə alınmaqla tərtib edilmişdir. Qaz avadanlıqlarının modeli və istifadədə olan digər avadanlıqlar isə istehlakçı ilə imzalanmış, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinə əsasən həmin müqavilədə qeyd edilmiş qurğular əsasında hesablanmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, iddia ərizəsində qeyd olunan borc məbləği ilə razı deyildir. Əvvəllər o, kartın balansına müəyyən məbləğdə pul ödəyirdi və həmin məbləğin müəyyən hissəsi borcundan silinirdi. Lakin sonradan İddiaçı sayğacı mənfiyə işləməyə başlamış, onun isə bundan bir müddət sonra xəbəri olmuş və həmin vaxt bu barədə İddiaçı müraciət etmişdir. Bildirmişdir ki, kartı ona versinlər, o əvvəlki kimi pul ödəsin və müəyyən məbləğ borcundan silinsin. Amma İddiaçı nümayəndəsi ona bunun mümkün olmadığını bildirmişdir. Daha sonra isə o, artıq qazdan istifadə etməmişdir. Sadəcə soyuq qış aylarında evdə istilik olmadığı üçün uşaqlara görə iki dəfə qanunsuz olduğundan xəbəri olmadan qazdan istifadə etmişdir. Tərtib edilmiş aktlarda onun akta imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Lakin, onun həmin aktlardan xəbəri olmamışdır. Həmçinin qazdan istifadəsinin qanunsuz olduğu barədə İddiaçı tərəfindən ona heç bir xəbərdarlıq olunmamışdır. 2016-cı ilin sentyabr ayına kimi onun “İddiaçı İB”-yə ödənilməmiş 883,90 manat məbləğində qalıq borcu olmuşdur. Onun evində sadəcə 4 gözlü qaz plitəsi vardır. Evində hamam yoxdur və onlar çimmək üçün hər dəfə atasına məxsus evə gedirdilər. İsti su lazım olanda isə tefaldan istifadə edirdilər. Tələb olunan məbləğlər həddən artıq şişirdilməklə hesablanıb və onun bu pulları ödəmək imkanı yoxdu. Qətnamə çıxarılarkən qeyd edilənləri nəzərə almağı xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı «İddiaçı» İB ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 14 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-ü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. 4.3cü bəndində isə istismar edilən 1 ədəd PQ-4 model qaz qurğusu quraşdırılmışdır. İş materiallarındakı Cavabdeh adına olan **********00000 saylı abonentin saldosundan görünür ki, cavabdehin sərf edilmiş təbii qaza görə 6186.50 manat borcu yaranmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli, ******* saylı akt; xx.xx.2018-ci il tarixli, ******* saylı akt; xx.xx.2018-ci il tarixli, ******* saylı akt; xx.xx.2018-ci il tarixli, ******* saylı akt; xx.xx.2018-ci il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2020-ci il tarixli, ******* saylı akt; xx.xx.2020-ci il tarixli, ******* saylı akt; xx.xx.2020-ci il tarixli, ******* saylı akt; xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh ünvanında quraşdırılmış qaz sayğacının abonent tərəfindən açılaraq birbaşa qoşulması, sayğacdan kənar xətt vasitəsilə təbii qzdan istifadə etməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh yaşadığı mənzilində təbii qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə onun iddiaçı təşkilata 6186.50 manat borcu yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Hazırda iddiaçı tərəfindən 6186.50 manat məbləğində borc cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “X2nın” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə həm paylayıcının, həm də istehlakçının qanunla qorunan mənafelərini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, ağlabatan məbləğdə tutulmalıdır. Belə ki, iddiaçı tərəf istehlakçının qaz sayğacına müdaxilələr etməsini və paylayıcıya zərər verməsini ilk olaraq xx.xx.2017-ci il tarixdən aşkar edilməsinə və buna dair aktlar tərtib edilməsinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş aktlarda xx.xx.2017-ci il tarixə aid cavabdeh tərəfindən təbii X2nın pozulması haqqında akt mövcud olsa da, həmin akt cavabdeh tərəfindən imzalanmamış, iddiaçı tərəfindən isə aktın mötəbərliyinə dair sübutlar təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan və özündə qanunsuz qoşulmanı təsdiq edən fotoşəkillərdən görünür ki, həmin şəkillərdə əsk olunmuş sayğac Smart tipli sayğacdır. Məhkəmə araşdırılması zamanı isə sözü gedən sayğacın cavabdehin ünvanına 2018-ci il tarixdə quraşdırılması müəyyən edilmişdir. İşin bu halları istər tərəflərin etiraf edici izahatları, istərsə də, iş materiallarında olan abonentə aid hesabdan çıxarışla təsdiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli akta tənqidi yanaşaraq, mötəbər sübut kimi qəbul etmir. İş materiallarında olan digər aktlardan görünür ki, həmin aktlar, fərdi yaşayış evinə smart sayğac quraşdırıldıqdan sonra tərtib edilməklə, məhkəməyə sübut qismində təqdim edilmiş və özündə qanunsuz qoşulmanı təsdiq edən fotoşəkillərdə əks olunmuş smart tipli sayğacın quraşdırıldığı dövrü əhatə edir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçə tərəfindən vurulmuş zərərin məbləği təbii X2nın pozulması haqqında aktlara əsasən cavabdehin istifadəsində olmuş samovar, dəmir soba və dörd gözlü pilitə avadanlıqlarına uyğun olaraq hesablansa da, işin halları ilə cavabdehin istifadəsində yalnız 1 ədəd 4 gözlü pilitəsinin olması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 14 saylı müqavilədən görünür ki, həmin müqavilənin 4.3-cü bəndinə əsasən cavabdehin fərdi yaşayış evində istismar edilən 1 ədəd PQ-4 model qaz qurğusu quraşdırılmışdır. İddiaçı cavabdehin istifadəsində samovar və dəmir sobanın olmasını iddia etsə də, məhkəməyə bu halları təsdiq edəcək hər hansı bir mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 2012-ci ilin may ayından 2016-cı ilin sentyabr ayına kimi qalıq borcu üzrə 883.90 manat məbləğində borcun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia tələbi bu hissədə cavabdeh tərəfindən də məhkəmə iclasında etiraf edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıdan, yəni cavabdehdən xx.xx.2018-ci – xx.xx.2020-cu il tarixləri üçün tutulmalı məbləğ, cavabdehə aid abonent saldosunda əks olunmuş və cavabdeh tərəfindən mütəmadi olaraq son iki il (2014-2015-ci illər) ərzində il boyu davamlı edilmiş ödənişlər nəzərə alınmaqla, hər aya görə ortalama ağlabatan məbləğ kimi 17.54 manat olmalıdır. Məhkəmə istehlakçının yaşadığı mənzilin sahəsini, istifadə etdiyi qaz cihazını nəzərə alaraq hər aya görə 17.54 manat ağlabatan məbləğ, ümumilikdə 25 ay 4 gün (25 ay x17.50 manat + 2.35 (4 günlük) manat=440.85 manat) üçün 440.85 manat məbləğinin tutulmasını ədalətli hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1324 (bir min üç yüz iyirmi dörd) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına (kod 805153; VÖEN:**********; M/H Az03NABZ********************; SWİFT İBAZAZ2X; İddiaçı İB; VÖEN**********; İBANAZ50İBAZ********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun 78.59% yəni 23 (iyirmi üç) manat 58 (əlli səkkiz) qəpik məbləği iddiaçıya aid edilməli, qalan 21.41% yəni 6 (altı) manat 42 (qırx iki) qəpik məbləğində pul vəsaiti Cavabdeh “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1324 (bir min üç yüz iyirmi dörd) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına (kod 805153; VÖEN:**********; M/H Az03NABZ********************; SWİFT İBAZAZ2X; İddiaçı İB; VÖEN**********; İBANAZ50İBAZ********************) ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun 78.59% yəni 23 (iyirmi üç) manat 58 (əlli səkkiz) qəpik məbləği iddiaçıya aid edilsin, qalan 21.41% yəni 6 (altı) manat 42 (qırx iki) qəpik məbləğində pul vəsaiti Cavabdeh “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4283/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4283/2020
13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver