Məhkəmə qərarları › İş №2(004)-4290/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4290/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4290/2021 15.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdeh ASC “Xalq” Bankın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh ASC “Xalq” Bankına qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ASC “Xalq” Bankına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25 dekabr 2014-cü il tarixdə "xxxx" Kommersiya Bankı ASC-dən kredit götürmüşdür. Həmin kredit milli valyuta ilə deyil, ABŞ dolları ilə götürülmüşdür. 2015-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 2 dəfə qiymətdən düşməsi kredit götürənlərin həmin müqavilə üzrə öhdəliklərinin icrasını qeyri-mümkün etmişdir. Bütün banklarda problemli kreditlər yaranmışdır. Devalvasiya nəticəsində fiziki şəxslərə ziyan dəymişdir. Bu problemləri nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti problemli kreditlər barədə fərman imzalamışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 N-li fərmanı əsasında tətbiq ediləsi güzəştlər və vaxtı keçmiş kreditlərin restrukturiziyasiya edilməsi istiqamətində işlər görülməyə başlanılmışdır. Bu fəaliyyət X4 Palatasına tapşırılmışdır. Fərmandan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşların Banklardan götürdüyü ABŞ dolları ilə olan kreditlərinə güzəştlər tətbiq edir, vaxtı keçmiş kreditləri restrukturiziyasiya edirdi və problemli kreditlərin kompensasiyası həyata keçirilirdi. Kompensasiyanın əsas şəti xarici valyutada əsas kredit məbləği 10 000 (on min) ABŞ dollarına qədər idi və 2012-ci il 01 yanvar tarixindən sonra verilən kreditlərə şamil edilirdi. Onun "xxxx" Kommersiya Bankı ASC-də olan kreditinə görə 488.49 manat kompensasiya hesablanmışdır. Ona hesablanmış kompensasiyanı alacağı bank barədə X4 Palatası tərəfindən bildiriş almışdır. Həmin bildirişdə deyilirdi ki, ona çatacaq 488.49 manat məbləğində kompensasiyanı Cavabdeh-dən götürə bilər. Həmin vaxt Cavabdeh tərəfindən ona 30 may 2012-ci il tarixdə bağlanılmış **********12 nömrəli kredit xətti müqaviləsinə əsasən illik 19 faiz hesabı ilə 48 ay müddətinə 16000 (on altı min) manat məbləğində kredit xətti açılmışdır. O, kompensasiyanı almaq üçün 11.08.2020-ci il tarixdə "xxxx"KB Nərimanov fılyalına ərizə ilə müraciət etmiş, lakin bank tərəfindən cavab ala bilməmişdir. X1 "xxxx" Kommersiya Bankı ASC-dən götürdüyü dollar kreditə görə 488.49 manat məbləğində kompensasiya hesablamış və həmin pul onun Cavabdeh-də olan faiz borcuna yönəldilmişdir. Cavabdeh-də aldığı hesabdan çıxarışdan görünür ki, ona hesablanmış 488.49 manat məbləğində pul Cavabdeh tərəfindən hesablanmış 1985.93 faiz borcuna hesablanmış , faiz borcu azalaraq 1497.44 manat olmuşdur. O, Cavabdeh-yə qarşı “kredit borcunun və ipoteka müqaviləsinin ləğvi, artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ona müqaviləsiz, yəni məktub əsasında əlavə pul ödəyəcəyini tələb etmişdir. Ona görə də 01 iyun 2018-ci il tarixə kimi, yəni qeyd olunan müddət ərzində cavabdeh banka daha 13555 manat məbləğində pul vəsaiti ödəmişdir. Buna baxmayaraq, cavabdeh bank bununla razılaşmamış və ondan əsassız olaraq əsas borc məbləğinə hesablanmış 15 faiz cərimə faizini də, 2008 (iki min səkkiz) manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyası özünün 17 iyun 2020-ci il tarixli 2(103)-517/2020 saylı qətnaməsi ilə Cavabdeh-nin apelyasiya şikayətini qismən təmin etmiş,Yasamal Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(004)-1243/2019 saylı qətnaməsi ilə cavabdehdən tutulan artıq ödənilmiş məbləğ hissəsində qismən ləğv olunmuş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmışdır. Həmin qətnamə ilə tərəflər arasında bağlanmış 30 may 2012-ci il tarixli **********12 nömrəli müqavilə üzrə hesablanmış 2008 manat cərimə borcu ləğv edilmişdir. Cavabdeh- dən artıq ödənmiş 2517.61 manat məbləğində pul alınaraq ona ödənilməsinə qərar verilmişdir. O, məhkəməyə müraciət edərkən X4 Palatasının fəaliyyəti zamanı borcun azaldılmasına yönəldilən 488.49 manat məbləğində restrukturiziyasiya edilməsi təklif edilən məbləğin taleyinə aydınlıq gətirilməsini də tələb etmiş, lakin məhkəmə tərəfindən buna münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən 2008 manat faiz ləğv edildiyi üçün faiz borcuna silinmiş 488.49 manat məbləğində restrukturiziyasiya edilməsi təklif edilən məbləğ bank tərəfindən ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Bakı Apelliyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən ona hesablanmış 2008 manat faiz borcu ləğv edildiyi üçün faiz borcuna silinmiş 488.49 manat məbləğində pulun Cavabdeh tərəfindən geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh ASC “Xalq” Bankın nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı 2008 manat faiz borcu ləğv edildiyi üçün faiz borcuna silinmiş 488.49 manat məbləğində pulun Cavabdeh tərəfindən geri qaytarılmasını tələb edir. Müvafiq məhkəmə qətnamələri ilə müəyyən edilmiş pul vəsaitləri bank tərəfindən iddiaçıya geri qaytarılmışdır. 488.49 manat məbləğində pul vəsaiti iddiaçının qeyd etdiyi kimi faiz borcuna silinməmişdir. Bildirir ki, tələb edilən 488.49 manat məbləğində pul vəsaiti iddiaçının Cavabdeh-yə olan borcunun azaldılmasına yönəldilmiş pul vəsaitidir. Belə ki, iddiaçının banka 1985.93 manat məbləğində əsas borcu olmuş və həmin məbləğdən 488.49 manat çıxıldıqdan sonra qalan 1497.44 manatın restrukturizasiya olunması təklif olunmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1243/2019 saylı, 31.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış 30.05.2012-ci il tarixli (**********12) kredit xətti müqaviləsi və həmin müqavilə üzrə hesablanmış cərimə borcunun ləğv olunması; Cavabdeh-dən artıq ödənilmiş 16.072 (on altı min yetmiş iki) manat 61 (altmış bir) qəpik məbləğində pulun alınaraq İddiaçı ödənilməsi; 30 may 2012-ci il tarixli, 132001/0184/09 nömrəli ipoteka müqaviləsinin ləğv olunması və Cavabdeh qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyətində olan İsmayıllı şəhəri, N.Nərimanov küçəsindəki 16 saylı fərdi yaşayış evinin ipotekasına xitam verilməsi və ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul vəsaitinin cavabdehə aid edilməklə, Cavabdeh-dən 145 (bir yüz qırx beş) manat pul tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-517/2020 saylı, 17.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1243/2019 saylı iş üzrə 31 iyul 2019-cu il tarixli qətnaməsinin cavabdehdən tutulan artıq ödənilmiş məbləğ hissəsində qismən ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi; "xxxx" ASC-dən artıq ödənilmiş 2517,61 (iki min beş yüz on yeddi manat altmış bir qəpik) manat məbləğində pulun alınaraq, İddiaçı ödənilməsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Problemli kreditlərin kompensasiyası barədə çıxarışdan görünür ki, İddiaçı XalqBank ASC-yə 01.03.2019-cu il tarixinə əsas kredit borcu 1985.93 manat, borcun azaldılmasına yönələn məbləğ 488.49 manat, qalıq borcun məbləği 1497.44 manat təşkil etmiş və restrukturizasiya olunması təklif edilən məbləğ 1497.44 manat olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, iş üzrə tərəflər arasında bağlanmış 30.05.2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh tərəfindən X6 illik 19 faiz hesablanmaqla 48 ay müddətinə 16000 manat məbləğində kredit xətti açılmış, kredit müqaviənin təminatı kimi ipoteka müqaviləsi bağlanmış və fərdi yaşayış evi bank qarşısında ipoteka yüklü edilmişdir. İddiaçı banka müraciət edərək, onunla bağlanmış kredit müqaviləsinin müddətinin daha 24 ay uzadılmasını xahiş etmiş, lakin bank tərəfindən onun xahişi qismən nəzərə alınaraq 18 ay müddətinə uzadılması razılaşdırılmışdır. İddiaçı Cavabdeh-yə qarşı kredit borcunun və ipoteka müqaviləsinin ləğv edilməsi, artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1243/2019 saylı, 31.07.2019-cu il tarixli qətnaməsinə əsasən, tərəflər arasında bağlanmış 30.05.2012-ci il tarixli (**********12) kredit xətti müqaviləsi və həmin müqavilə üzrə hesablanmış cərimə borcunun ləğv olunması; Cavabdeh-dən artıq ödənilmiş 16.072 (on altı min yetmiş iki) manat 61 (altmış bir) qəpik məbləğində pulun alınaraq İddiaçı ödənilməsi; 30 may 2012-ci il tarixli, 132001/0184/09 nömrəli ipoteka müqaviləsinin ləğv olunması və Cavabdeh qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyətində olan İsmayıllı şəhəri, N.Nərimanov küçəsindəki 16 saylı fərdi yaşayış evinin ipotekasına xitam verilməsi və ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul vəsaitinin cavabdehə aid edilməklə, Cavabdeh-dən 145 (bir yüz qırx beş) manat pul tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Daha sonra cavabdeh "xxxx" ASC həmin qətnamədən apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-517/2020 saylı, 17.06.2020-ci il tarixli qətnaməsinə əsasən, "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1243/2019 saylı iş üzrə 31 iyul 2019-cu il tarixli qətnaməsinin cavabdehdən tutulan artıq ödənilmiş məbləğ hissəsində qismən ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi; "xxxx" ASC-dən artıq ödənilmiş 2517,61 (iki min beş yüz on yeddi manat altmış bir qəpik) manat məbləğində pulun alınaraq, İddiaçı ödənilməsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı hazırda cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelliyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən ona hesablanmış 2008 manat faiz borcu ləğv edildiyi üçün faiz borcuna silinmiş 488.49 manat məbləğində pulun Cavabdeh tərəfindən geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, iddiaçı onunla bank arasında imzalanmış kredit müqaviləsi üzrə təyin edilmiş 488.49 manat məbləğində kompensasiya məbləğinin bank tərəfindən faiz borcuna silinməsini bildirsə də, bu barədə məhkəməyə hər hansı bir tutarlı sübutlar təqdim edə bilməmişdir. Bunun əksi olaraq, iş materiallarında olan Problemli kreditlərin kompensasiyası barədə çıxarışa əsasən, İddiaçı XalqBank ASC-yə 01.03.2019-cu il tarixinə əsas kredit borcunun 1985.93 manat olması, borcun azaldılmasına yönələn məbləğin 488.49 manat, qalıq borcun məbləğinin 1497.44 manat təşkil etməsi və restrukturizasiya olunması təklif edilən məbləğin isə 1497.44 manat olması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının qeyd etdiyi 488.49 manat miqdarında kompensasiya məbləği iddiaçının qeyd etdiyi kimi faiz borcuna deyil, 1985.93 manat məbləğində olan əsas kredit borcunun azaldılmasına yönəldilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğun təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbini təmin etməyərkən müvafiq məhkəmə qətnamələri ilə bank tərəfindən iddiaçıya artıq ödənilmiş pul vəsaitlərinin geri qaytarılmasını da, nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh ASC “Xalq” Bankına qarşı pul tələbinə dair iddiası təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ASC “Xalq” Bankına qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar