Məhkəmə qərarları › İş №2(004)-4293/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4293/2024

23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4293/2024 23.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə təhvil verilmiş 35654305 nömrəli elektron nəzarət vasitəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 2.277,40 manat pulun Cavabdeh tutularaq Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE********************, səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN **********1) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı böyük icra məmuru Ruhiyyə Məmmədova xx.xx.2024-cü il tarixli 21-1-3-19272 nömrəli məktubla məhkəməyə müraciət edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-517/2022 nömrəli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı böyük icra məmuru Ruhiyyə Məmmədova tərəfindən onun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla Attenti markalı 35654305 nömrəli elektron nəzarət vasitələri ona quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları ona izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. O, avadanlığın üzərinə vinil çəkmişdir ki, əlindən düşərsə zədələnməsin. O, ayağına bağlanan qolbağı özü açmışdır. İcra məmurunun təqdimatına əsasən onun cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. O, təhvil aldığı elektron nəzarət cihazına heç bir müdaxilə etməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin iddia tələbini müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-517/2022 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı böyük icra məmuru Ruhiyyə Məmmədova tərəfindən məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və Cavabdeh üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli aktla Attenti markalı 35654305 nömrəli elektron nəzarət vasitələri məhkum Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları Cavabdeh izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İcra məmurunun təqdimatına əsasən məhkum Cavabdeh cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş elektron nazarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli ED 000447 nömrəli texniki rəydən müəyyən edilir ki, İddiaçı tərəfindən məhkum Cavabdeh tətbiq edilmiş 35654305 seriya nömrəli Attenti V6 mobil qurğusunun plastik qapaqlarına yapışqan vurulub. Ana plata plastikə yapışıb. Təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır. "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli ED-M-96-21 nömrəli məktubundan müəyyən edilir ki, Attenti markalı 35654305 nömrəli elektron nəzarət vasitəsinin dəyəri 1.930 manat və 347,40 manat ƏDV olmaqla, cəmi 2.277,40 manat təşkil edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, elektron nəzarət vasitəsi tətbiq edilmiş cavabdeh həmin vasitəni yararsız vəziyyətə saldığına görə, onun dəyəri cavabdehdən tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə təhvil verilmiş 35654305 nömrəli elektron nəzarət vasitəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 2.277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul Cavabdeh tutularaq Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE********************, səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN **********1) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar